Səlim Babullaoğlu - Allah və vətən aşiqi, böyük şair
09.12.23

“Məhməd Akif Ərsoy. Seçmə şeirlər” kitabı təqdim olundu

Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının təşkilatçılığı ilə dekabrın 8-də Türk ədəbiyyatının görkəmli nümayəndəsi Məhmət Akif Ərsoyun anadan olmasının 150 illiyi münasibətilə Azərbaycan dilinə uyğunlaşdırılan “Məhməd Akif Ərsoy. Seçmə şeirlər” kitabının təqdimatı olub.
TÜRKSOY-un nəşri olan kitabın Milli Kitabxanada keçirilən təqdimat mərasimində təşkilatın Baş katibi Sultan Raev, Mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, həmçinin ölkənin bir sıra tanınmış elm və mədəniyyət xadimləri, media nümayəndələri iştirak ediblər. 
Kitabın tərtibçisi və redaktoru, giriş yazısının müəllifi, Azərbaycan Yazıçıllar Birliyinin katibi və TÜRKSOY Yazıçılar Birliyinin vitse-prezidenti Səlim Babullaoğlu bizə eksklüziv açıqlamasında bildirib ki, kitabın tərcüməçisi gənc şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Elşən Mehdidir və kitab Məhməd Akif Ərsoyun yaradıcılığına  bu həcmdə ilk müraciətdir, yəni böyük şairin Azərbaycan türkcəsində nəşr olunan ilk kitabdır: “Bilirsiniz ki, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY Daimi Şurasının qəbul etdiyi qərarla 2023-cü ilin “Türk dünyasında Məhmət Akif Ərsoy İli” elan edilib. Kitaba Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın, habelə TÜRKSOY-un Baş katibi Sultan Rayevin “ön sözləri” var... 

Oxucularımız üçün maraqlı olacaq deyə Səlim Babullaoğlunun “Allah və vətən aşiqi böyük şair” giriş yazısını təqdim edirik. 


Allah və vətən aşiqi, böyük şair

Məhməd Akif Ərsoy poetik və insani əxlaqı ilə Yunus Əmrənin, Füzulinin davamçısıydı. Bəzən “mədəniyyət”lə bağlı söylədikləriylə şair Məhməd Akif Ərsoy səhv anlaşılır, daha doğrusu, yozulur, halbuki bütün böyük və həqiqi şairlər kimi Məhməd Akif Ərsoy kökündə “Xaliq” dayanan “əxlaqın” tərənnümçüsü olub, çağdaş yozumda “mədəniyyət” kateqoriyasının törəmə olduğunu gözəl anlayırdı; bilirdi ki, əxlaq Xəlq Edənlə xəlq olunan arasında, Yaradanla insan arasındakı münasibətlər məcmusu, “kodeks”dir; bütün ruhuyla, yaradıcılığı ilə həmin o ali, ilkin mədəniyyətin, yəni əxlaqın tərəfindəydi, ikincinin zahiriliyinə, nümayişkaranəliyinə qarşı idi. Bəşər tarixi bunu dəfələrlə təsdiq edib, böyük şairi haqlı çıxarıb. Eynən  bizim, Azərbaycanın yaxın tarixində olduğu kimi. Çox gördük zahiri mədəniyyətə sahib olanların riyasını.
Odur ki, təkcə Azərbaycan üçün deyil, elə Türkiyə üçün də bu əlamətdar, Zəfər havası ilə dolu günlərdə, Azərbaycanın gözü olan Qarabağın, qədim türk yurdunun işğaldan azad olunduğu bir vaxtda “İstiqlal marşı” ilə başlayıb “Çanaqqala şəhidlərinə” şeiri ilə bitən bu şeir kitabının nəşri çox qiymətlidir.
Əlbəttə,  böyük şairin irili-xırdalı 35 seçmə şeirinin toplandığı və müəllifinin yubileyi, anadan olmasının 150 illiyi ərəfəsində işıq üzü görməsi də çox vacib xüsusdur; və həm də bir ilkdir. Çünki Azərbaycan türkcəsində şairin şeirləri bu həcmdə, təəssüf ki, indiyədək təqdim olunmayıb. Başqa tərəfdən, istedadlı gənc şair, əruz bilicisi və tərcüməçi Elşən Mehdinin “təqdimatında” işıq üzü görən bu kitab böyük şairin azman yaradıcılığını, yaradıcı miqyasını və ali missiyasını bütünlüklə anlamağa imkan verən daha müfəssəl növbəti kitabın ərsəyə gəlməsi yolunda bir işarədir həm də.
Məhməd Akifin dili bir tərəfdən, “Osmanlı türkcəsi” idisə, o biri tərəfdən, sələflərindən, klassiklərdən fərqlənən bir dil hadisəsi, XX əsr Osmanlı-türk poeziyası faktı idi. Və gənc tərcüməçi, əlbəttə, çox rahat yol seçib, yalnız Türkiyə və Azərbaycan “türkcələrindəki” fərqli yazılışları və səslənmələri aradan qaldırıb, yalnız  saysız izahlarla, “dipnot”larla da keçinə bilərdi. Amma bu doğru olmazdı. Tərcüməçi orta bir yol tutdu: o yerdə ki, yalnız uyğunlaşdırmaq lazım gəldi – elə də etdi; o yerdə ki, tərcümə etmək, ekvivalentləri tapmaq, üstəgəl tərcümə olunan dilin klassik ədəbiyyata münasibətdəki “vərdişlərini və gerçəkliyi” nəzərə almaq lazımdı- nəzərə aldı.
Həqiqi Allah və vətən aşiqi, böyük şair və böyük vətəndaş olan Məhməd Akif Ərsoy Türkiyə və Azərbaycan var olduqca, bütün türk elləri durduqca anılacaq, oxunacaq. 
Məhməd Akif Ərsoy həmişə o azsaylı şairlərdən olacaq ki, onu məktəblərin həyətlərində və sinif otaqlarında, ali salonlarda və kürsülərdə, toylarda, şənliklərdə və daha harda və harda ayaq üstə, dik dayanaraq qürurla oxuyacaqlar. Hər gün, gün ərzində dəfələrlə. Ən başlıcası isə ürəklərdə, bəzən isə kövrələrək.

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.