Bakıda gənc caz ifaçılarının beynəlxalq müsabiqəsi təşkil olunacaq
09/10/2018
Bakıda oktyabrın 15-dən 18-dək gənc caz ifaçılarının “Mən cazmenəm!” adlı beynəlxalq müsabiqəsi keçiriləcək.
Müsabiqə Bakıda ənənəvi Beynəlxalq Caz Festivalı çərçivəsində gerçəkləşəcək.
Oktyabrın 18-də Beynəlxalq Muğam Mərkəzində təşkil olunacaq müsabiqə qaliblərin mükafatlandırılması və qala konsertlə başa çatacaq.
Qeyd edək ki, festival Mədəniyyət Nazirliyi və “Jazz Dünyası” jurnalının dəstəyi ilə oktyabrın 14-dən 28-dək təşkil ediləcək. /Azərtac/