Raqif Raufoğlu – Moskva qeydləri
26.10.12

DEYİRLƏR Kİ, BU ÖLKƏDƏ HƏR GÜN ƏN AZI BIR AZƏRBAYCANLINI ÖLDÜRÜRLƏR. 

Olduqca təhlükəli və arzuolunmaz ölkələrdən biridir. Oradan sağ-salamat qayıtmağı bacaran həmyerlilərimiz mütləq nəzir verir, qurban kəsir, dualar edir. Həmyerlilərim bağışlasın, amma mən ora ingilis kimi getmişdim. Ona görə də heç bir qorxu-hürkü bilmədən hara gəldi çıxıb ingilis olmağın əsl ləzzətini yaşayırdım. Amma cibində Azərbaycan pasportu ola-ola ingilis olmaq o qədər də asan gəlməsin sizə. Mən bunu elə Moskvanın hava limanında hiss elədim. Gömrük nəzarətçisinin mənə bir xeyli diqqətlə baxıb “dalımca gəlin” deməsindən sonra başa düşdüm ki, mən azərbaycanlı deyiləm. Mənə bir xeyli suallar verib “sən rus dilində Azərbaycan aksenti ilə yox, İngilis aksenti ilə danışırsan” deyəndə tam başa düşdüm ki, qarşıda məni qafqazlı həyatı gözləmir. Düzdür, onlar mənim Moskvaya hansı “xüsusi təyinatla” getdiyimi öyrənə bilməsələr də, dala qaytarmadılar. Pasportumun arasına nəsə əlavə kağız qoyub buyurun dedilər. Daha bilmədilər ki, o kağız heç bir işə yaramayacaq. Çünki məndə heç bir şübhəli Qafqaz əlaməti yox idi ki, kimsə də saxlayıb pasportumu yoxlasın.

Ümumiyyətlə azərbaycanlıları hər yerdə tez-tez öldürürlər. Bu xaric ki, var, çox təhlükəli bir şeydir. Ora getmək xətalıdı. AZTV-nin göstərdiyinə görə hətta dünya mədəniyyətinin əsas mərkəzlərindən biri sayılan Almaniyada da vəziyyət çox pisdir. İnsanlar hər gün intihar edirlər. Azərbaycanda isə belə şeylər heç vaxt olmur. Mən hələ bu gün öyrəndim ki, həyətdə çörək satan Çiçək xalanın nə uzunluqda borc siyahısı var. İnsanlar pensiyasını alar-almaz aparıb onun borcunu qaytarırlar. Bəli, mənim ölkəmin insanları qürurlu insanlardır. Onlar çörək üçün də olsa yaşayacaqlar. Təki vətən sağ olsun!!!

Deyirlər ki, bir gün peyinqurdu atasından soruşur:

- Ata, biz almada yaşaya bilərik?

- Hə, yaşaya bilərik.

- Bəs armudda?

- Armudda da

- Bəs onda niyə bu peyinin içindən qırağa çıxmırıq?

- Bala, unutma ki, bu dünyada vətən anlayışı da var.

... Bu şəkli isə qaldığım mehmanxananın pəncərəsindən çəkmişəm. Bu təsadüfi şəkil deyil. Hər gün ən azı bir azərbaycanlının öldürüldüyü ölkənin paytaxtı, öz də lap mərkəzi küçələrindən biri mənə çox maraqlı idi. Küçədən keçən hər bir adam mənə qatil təsiri bağışlayırdı. Ona görə də mən pəncərə qarşısında uzun müddət dayanıb şəhərə və adamlara baxdım. Baxdım ki, görüm qatillər necə yaşayırlar. Düzdür, Moskvada insanlar kifayət qədər soyuq baxışlıdır və bir-birilərinə qarşı diqqətli deyillər. Amma bu laqeydlik deyil. Mənə çox qəribə gəldi ki, bu qatillər yolda nə qədər də nəzakətli imişlər. Avtomobillər üçün texniki baxışın olmadığı bir ölkənin əsas prospektində bir dənə də olsun VAZ 2107 markası gözümə dəymədi. Mən qəsdən dayanıb oranın 07-lərinə baxmaq istəyirdim. Amma hamısı şəkildə gördüyünüz modellərdən idi. 07-lər isə kənar yerlərdə, azərbaycanlıların və asiyalalıran sıx yaşadığı tərəflərdə gözə çarpırdı. Əksəriyyətini də alver edənlər istifadə edirdilər. Qatillərin ölkəsində öz “zebrasından” keçən heç bir piyada sağa sola baxmırdı. Onlara mütləq yol verilirdi. Amma nə badə ki, sən piyadaya aid olmayan yerdən keçəsən. Vuracaqlar, heç dönüb dala da baxmayacaqlar. Bunun məsuliyyəti sənindir. Ona görə də yollarda sürücüləri “gözlənilməz qonaq”lar gözləmir.

Qatillərin ölkəsində hökumətin varlığı daha çox hiss olunurdu. Amerikada olduğu kimi. Yerli vətəndaş hər addımda özünün sosial üstünlüyünü hiss edirdi. Metro kartı alanda da, muzeylərə gedəndə də, ailəsini dolandıranda da. Sadə bir misal: Rusiyada vətəndaş olaraq dünyaya gələn hər bir insan üçün ayrıca hesab açılır və dövlətin ora köçürdüyü vəsait gəlcəkdə həmin uşağın ev alması üçün yığılır. Mənim ölkəmdə isə hər bir azərbaycanlı dövlətə 300-400 manat arası borcla dünyaya gəlir. Borcla yaşayır, borcla böyüyür, borcla evlənir, sonra da bu ənənə nəsillərdən-nəsillərə ötürülür...

Qafqazlılara qarşı olan mühafizəkar baxışların sirri haqqında heç nə yazmaq fikrim yoxdur. Bu çox uzun və qəliz məsələdir. Yazsam da sizə darıxdırcı gələcək. Çünki bizdə mühafizəni sadə insanlar yox, polislər edir. İctimai nəzarətə hazır olmayan insanlar isə xaricdə dərhal sezilir. Ona görə də onları tez-tez şübhəlilər sırasına salıb öldürürlər.

Avanqard.net

Yenililklər
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.