Əsəd Qaraqaplan - Tənhalığın orqazmı
30.10.12

Elə ki, kirayə otağıma gəlib çıxıram, gün ərizində və evə gələ-gələ yol boyu durquğum bütün xəyallar, planlar, işlər, yazmaq istəyi bir an da dağılıb gedir. Mənə bu ağrılı təklikdə yalnız içmək qalır. Ona görə otağımı "Sibir" adlandırmışam. Mən doğrudan da 3 ildir bu otaqda sürgündəyəm. Ən pisi də odur ki, bu "sürgündən" qurtulmaq da istəmirəm, elə bil buna ruhi ehtiyac duyuram...

Hələ internetim də varsa və kədərli, ağır musiqiləri də dinləmyirəmsə, demək iş tamamdı. Və bu təklikdə həyatımda gün ərzində və belə gecələrdə baş verən hasidələr bir anda bütün ağırlığıyla üstümə çökməyə başlayır.

Əllərim hər şeydən və hər kəsdən soyurur, mənimçün yalnız havanın qaralmasıyla gecənin ağır energisi və mistikası qalır. Belə məqamlarda bir fiziki insan kimi nə qədər təmbə olduğumu və "bu dünyanın adamı" olmadığımı bütün dəhşətiylə duyuram. Hələ bir ağır şeirə və bir filmə ilişsəm internetdə, tamamən uçub gedirəm.

Qapıdan çöldə nə varsa, hər şeydən və hər kəsdən xəbərsiz oluram və hər şey və hər kəs mənim bu şəhərin ortasındakı varlığımdan xəbərsiz olur. Belə məqamlarda, gün ərzində olduğu kimi, nə şən, zarafatcıl və də hazırcavab ola bilirəm. Hələ görüşdüyüm qadınla da aram dəymişsə (həmişə onunla küsməyi sonuncu adamdan küsmək kimi anlamışam), vəziyyət biraz da ağırlaşır. Bir tərəfdən də təkliyin və xəbərsizliyin gətirdiyi azadlıqda ehtiras hisslərim baş qaldırmağa başlayır.

İnteret də var, daha nə durmaq olar? Hər şey sərbəst, davranışlar rahat. Həyatın başın buraxırsan. İçki, onanizm, özündən keçmək - hər şey bir arada. Daha səni kimsə tuta bilməz.

Belə məqamda biraz da Freydliyin tutur, mədəniyyət və bu kimi şeylər sənə gülməli və mənasız gəlir. Axı belə tənhalıqda adamın qarşısında hansı mədəniyyət dayana bilər və ya dayanmalıdı? Heç nə. İçin, çölün bir-birinə qarışır, yalnız belə bir məqamda bir bütöv olduğunu anlayırsan.
Artıq heç bir sərhədin və kompleksin qalmır. Bütün ciddiyyətlər, hətta fəlsəfələr sənə mənasız və gülməli gəlir...

Bəlkə də bu heç vaxt başqalarına açıb söyləməyəcəyin bir haldı. Çünki kimsənin bu halı yaşasa da, etiraf etmək gücündə olmadığını da anlayırsan. Ama sən bu hallar içində başqa olduğun kimi, bunları yazmaqda da BAŞQA olmağa "məcbur" olursan. Artıq deyirsən ki, yetdi bə. Yetər bu qədər qapalı və saxta yaşadıq. Qoy hər şey bütün çılpaqlığıyla ortada olsun. Zatən hər kəs bunu bilmirmi? Ama bizim kimi insanlara FAKT önəmli. Onlar yüz dəfə eştiməkdənsə, bir dəfə görmək istərlər. Axı onlar bu qədər murdar və saxtadılar...

Ən dəhşətlisi də odur ki, sən də adamların arxada nə işlər çevirdiyini və hansı həyatı yaşadığını bütün dəhşətiylə bilirsən. Və ən dəhşətlisini də duyursan burda: onlar heç vaxt bütün bunları heç vaxt etiraf etməyəcəklər.

Hələ də murdar və saxta vaqlıqlar olmağa davam edəcəklər. Acıyırsan, həm onlara, həım də özünə. Onlara ona görə ki, bu qədər bədbəxt olduqlarını görürsən, özünə ona görə ki, belə bədbəxtlərlə bir arada yaşayırsan...

Və buranın, bu məqamın bütün sərhədlərin qırıldığı olduğunu bütün varlığınla duyursan. Artıq səni kimsə tuta bilməz, çünki onlar səndən çox aşağıdılar bu məqamda. Sənsə çox rahatsan, çünki əsl insan həyatının bütün dəhşətini yaşayırsan – tənhalığın orqazmını…

P.S. Evə çatanda evdə yemək üçün dükandan aldığın bir şeyləri də hazırlamağa həvəsin qalmır bu hallar içində. Ona görə də əlinə keçəndən yeyib, bu halları yorulana qədər davam edib yatırsan. Ki, sabah yenidən eyni tənhalıq orqazmını yaşamaq üçün...

Yenililklər
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.