Şəmşad Ağa - Kirayə evin qapısına yazılmış şeir
02.11.12

durub sərbəst şeirin sərhədlərində,
baxdım ölkəsinə “heca” şeirinin…
“şüşədə gizlənib divlərin canı”
ayağı başından uca şeirinin…

gül-bülbül əsiri əruzxanələr,
hüzn içindədi, “ağı”, “bayatı…”
“tuyuq” evdə xoruz, çöldə toyuqdu,
… belə uydurublar ədəbiyyatı.

örpəyi düşübdü “gözəlləmə”nin,
“qafiyə” gəlin də duvağın açmış…
içib məst olubdu, “qoşma”, “gəraylı”,
“cığalı təcnis”in dodağı qaçmış…

“rəməl” əyri-üyrü dəvəyə bənzər,
“rəcəz” də inqilab havasındadı
“xəfif” yüngülbeyin, “səri” fərari,
“münsəri” dəlilər sırasındadı…

söz də bir dünyadı, sakinlərinin,
ruhu bir, canı bir, rübabı ayrı…
deyəndə inciyir Məshəti xanım:
“sənət ayrı şeydi, “rübai” ayrı…”

“məsnəvi”, “qəsidə”, “təxmis” yalançı,
aldadıb atıblar “dodaqdəyməzi”…
cırıb tullayıblar xeyli zamandır,
seçki qutusuna “müxəmməs”ləri…

“satira” üstündə uyuyub çoxu,
“təmsil”dən Zakirə heykəl qoyurlar.
Sabirə iftira, böhtan atanlar,
yazıq Nəsimini hər gün soyurlar…

artır dəmir qollu “qaravəllilər”,
çənli “bel” gəzirlər qoç Koroğluda,
hələ bu harası, paslı beyinlər,
kəbin kəsdirirlər Dədə Qorquda…

millilik dəbini sırığlı kimi,
saza geydirirlər təzanə üstə…
Vahidin adına çıxıb birtəhər,
ölü basdırırlar “meyxanə” üstə…

soyunub əynini söz misra-misra,
hamı sözü yeni dəbdə axtarır,
Hadiyə şerini satdıran millət,
Vazehin şeirini qərbdə axtarır…

rüşvət ayaq açıb yeriyir burda,
plana düşüb "Vaqifin bağçası".
nişançı paşalar xaricdə gəzir,
batıb Füzulinin “doqquz ağçası…

çoxdur bu aləmin məlikməmmədi,
div havası yatır ağıllarında…
… hardansa gələcək “ağ atlı oğlan”,
zir-zibili çıxıb nağılların da…


Avanqard.net

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.