Əsəd Qaraqaplan - Sasi
23.11.12

Bütün günü həyətdə onunla oynayırdım. Adını "Sasi" qoymuşdum. Onu əllərimdə böyütdüm, universitetə girənə qədər heç yanımdan ayrılmazdı. Meşədə futbol oynayanda mal-qoyunu itirəndə Sasini çağırardım, arxasıyca düşərdim, düz məni onların yanına aparardı, tapıb gətirərdim. 

O, mənim ən yaxın dostum idi, heç vaxt məni tək qoymazdı. Onunla oynadığıma görə hər axşam yuyunmamış məni evə buraxmırdılar. Və mən heç vaxt evdəkilərə onun necə təmiz, necə saf olduğunu başa sala bilmədim... 
Ən təsirlisi universitetə girəndən sonra oldu. Elə ilk dəfə Bakıdan kəndə qayıdırdım, gecə idi, yağışlı gecə, göz-gözü görmürdü. Kəndin girişində taksidən düşəndə bir də gördüm Sasi oturub dayanacaqda məni gözləyir. Onu görən kimi gözlərim doldu. Qucaqlayıb öpdüm onu. Evə birgə gəldik. 
Və bundan sonra hər dəfə kəndə gələndə bilirdim ki, Sasi kəndinin girişindəki dayanacaqda məni gözləyir. Həm də ən yaxın adamımdan daha yaxında gözləyir məni. Ona görə çox rahat və uça-uça gəlirdim kəndə. Onda kəndimizin girişindəki çaydan keçəndə də qorxmazdım bu zülmətdə... 
Dördüncü kursun axırıncı semestrində oxuyurdum, kəndə getdim, dayanacaqda Sasini görmədim. Çox kövrəldim, gözlərim doldu. Onu qınamağa başladım ki, dostunu daha qarşılamır, unudub, sevmir... 
Nə biləydim Sasi ölüb... Xain qonşulardan biri çörəyin arasında iynə atıb ona, öldürüb. 
Gəldim evə, bunu eşidəndə inanmadım. Sasi ölə bilməzdi mənə görə. Dedilər, evimizin qarşısındakı dərədədi ölüsü. Yenə inanmadım, fənəri götürdüm, yenə yağışlı bir gecəydi, yenə göz-gözü görmürdü. Getdi dərəyə. 
Məsumca yatırdı dərədə. Elə bil heç ölməmişdi. Dişləri də elə bil mirvari kimiydi. Elə bildim indicə qaçacaq qarşıma və mən də onu qucaqlayıb öpəcəm. Ama Sasi heç tərpənmirdi, elə bil heç olmamışdı da. Onda ağlamaq tutdu məni. Kəndəki ən gözəl dostumu itirmişdim... Və son dəfə gecənin zülmətində qucaqlayıb ölüsünü öpdüm Sasinin - ağlaya-ağlaya...
...8-ci sinifdə oxuyanda qonşu kənddən (sevdiyim qızgildən) bir qulaqları kəsilmiş küçük gətirmişdim. Boz və toppuş bir küçük idi.


Avanqard.net

Yenililklər
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.