Əsed Qaraqaplan - Bizə tutulan toylar
17.12.12

Toy adətindən niyə zəhləm getdiyini bugün anladım. İnsanlar gəlir bir günün, bir neçə saatın içində yeyib-içir, çalıb-oynayır, çıxıb-gedir. Elə günü sabah hər şey yaddan çıxır, heç olmamış kimi olur...

Bugün bunu Ramil Səfərovla bağlı yazılanlarda, deyilənlərdə, paylaşılanlarda gördüm. Sabah yenə toy kimi unudulacaq və heç nə olmamış kimi olacaq...

Bəlkə bu, belə də olmalı və belə daha maraqlıdı.

Yəqin kütlə dediyimiz, anlamadığımız adət-ənənə və sair elə buna görə bizi heç vaxt cəlb eləmir. Ama şəxsən mən hər şeyin bu qədər adi və günlük olduğunu təsəvvür edə bilmirəm. Qalıcı olmayan şeylər mənə boş və mənasız gəlir və onun olmamasını daha çox istəyirəm. Belə şeylər adamda elə təsəvvür yaradır ki, adamlar ya bunu boyunlarına düşdüyü üçün edirlər, ya da həyat haqqında elə beləcə adi düşündükləri üçün. Hər iki halın yaxşı olmadığını görürsən və biraz da bunu anlaya bilmirsən.

Toy da belə bir təsəvvür yaradır insanda. Adam düşünür, nədən adamlar həyata qarşı belə günlük və məcburi yanaşırlar ki... Bəlkə də cavab çox sadədi. Ama daha dərindən düşünəndə əslində cavabın ilk ağlımıza gələn qədər də "sadə" olmadığını anlayırıq. Həm də anlayırsan ki, insanları bu günlük və məcburi şeylərdən heç vaxt ayırmaq olmayacaq. Ən pisi də budur...

Toy bizim həyatımızdakı yasların sayını çoxaldır...

Toy ilk baxışdan adamda elə fikir yaradır ki, şənlik və əyləncə yeridi. Ama dərindən düşünəndə və adamlara, onların indiki hallarına baxanda başqa bir şey də duyursan; insanlar yasa hesablanmış kədərlə gəldikləri kimi, toya da hesablanmış sevinclə, şuxluqla gəliblər. Hətta bunu öz geyimləri-gecimləriylə də sübut edirlər. Sanki sevinən, şad olan adamlar yox, onların zahiri görkəmidi. Necə ki yasda bunun əksini görürük. 
Görünür bu da insanların cansıxıcı adi həyatlarını doldurmaq vasitələrindən biridi. Necə ki insanlar darıxanda, sıxılanda elə adi şeylərə əl atırlar ki, təki darıxıb-sıxılmasınlar.

Toy həm də iki gənc arasında sevgi bağlılığından çox, ətrafın onların üzərinə qoyduğu bir məsuliyyətdi. Bu məsuliyyət də onların rahat çıxıb gedə bilmə azadlığını əlindən alır. Bəlkə də azadlıq hissini həmişə improvizə edən kütlə üçün bundan yaxşısı yoxdu. Axı o, qolları bağlı olanda bununla razılaşır və azadlıq, nəsə etmək yalnız qolları bağlı olmayanda yadına düşür. Halbuki azadlıq qolları bağlı halda əldə ediləndi.

Toy insanların həm də başqalarına daha çox parçalandığı və daha az özü olduğu bir adətdi. Yaxşı deyiblər "Subaylıq sultanlıqdı". Toydan sonra sən daha çox başqalarından ibarət olursan. Ailəndən, həyat yoldaşından, övladlarından, qohum-əqrabandan... bütün bu məişət burulğanında sənin heç özün olmağa da çox vaxt şans qalmır.

“Çünki oldun dəyirmançı
Çağır gəlsin dən, Koroğlu...”

Toy həm də insanların üzərinə məişət məsuliyyətinin qoyulduğu yerdi.

Zatən həyatımız "toylarla" doludu...
P.S. Bu yazı həm də toyları boykot yazısıdı...

Avanqard.net

Yenililklər
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.