Sultan Sevda - Biraz sevgi, biraz kədər
28.12.12



Hava soyuqdur. İşdən bir az tez çıxmalıyam. Onunla görüşəcəm. Saat birdə gələcəyimi demişdim, amma icazə alsam da çıxmağım bir az ləngiyir. Telefonun zəngi isə ara vermir. Nəhayət qəzəbli səslə: “ Üçə qədər gəlirsən, gəl, yoxsa mən çıxıb gedirəm”- deyir. Bir bəhanə uydurub çıxmalıyam. Yoxsa hər şey bərbad olacaq. Nəhayət çıxıb tələsə-tələsə avtobus dayanacağına tərəf gedirəm. Gedəcəyim yerə bələd deyiləm. Birindən səmti soruşuram. Avtobusun nömrəsini deyir, “bir az sonra elə mən də o tərəfə gedəcəm, sizi də apara bilərəm”- deyir. “Yox, sağ olun, özüm gedərəm”- deyirəm. Bir azdan avtobus yaxınlaşır.


Bir kiçik uşaq, anasının qucağında ara vermədən ağlayır. Anası uşağı sinəsinə sıxır, yırğalayır amma xeyri yoxdur. Avtobusdakı hər kəs çevrilib ona baxır. Nəhayət kimsə bir şokolad uzadır. Uşaq çox balacadır. Anası öz ağzında xırdalayıb şokoladdan uşağın ağzına dürtür. Şokolad ağzına dəyən kimi uşağın sifəti sakit, ciddi bir ifadə alır. Ağzını marçıldada-marçıldada yeyir. Arada yenə ağlamaq istədikcə anası ağzını şokoladala doldurur. Uşaq əlacsız qalıb sakitləşir.

Payız yarpaqları töküb. Havalar da yaxşıca soyuyub. Avtobusun içi istidir. Bayırdasa günəşli olsa da, soyuq hava var. Yolun kənarında bir topa insan yığışıb. Bir bomıj səkinin üstündə düşüb, qalıb. Saralmış yarpaqların üstünə yanı üstə yıxılıb. Gözləri yumuludur. Əlində də deyən əsa var. Üzü, əlləri qap-qaradır. Tibb işçisi də gəlib, çıxıb. Ama hələ heç kəs aşağı əyilməyib.

Nərimanov parkının yanında görüşməliyik. Məni orda gözləyir. Acam, həm də gərginəm. Günorta yeməyinə də vaxt olmayıb. Nəhayət avtobus çatıb dayanır. Düşüb onu axtarmağa başlayıram. Amma səmti tapa bilmirəm. Telefonda hövsələsi daralır, məni danlamağa, hətta qışqırmağa başlayır. İnciklik məni bürüyür. Bir az sonra özünü görürəm. Qəzəblidir. Məni görüb: “Nə vaxtsa əsəb çəkmədən görüşə biləcəyik?”- deyə sual verir. Cavab verə bilmirəm. Günahkarlıq, peşmançılıq, inciklik duyuram. Sonra yenə bir avtobusa minib yanaşı otururuq. Dinib-danışmırıq. Görüşəcəyimiz evə çatırıq. “Pillələri asta çıx”- deyir.

Bu ev də çox natəmizdir. Tualetdə su da yoxdur. Yataqsa alt-üst. Açlıqdan ayaq üstə dayana bilmirəm. Yoldan aldığımız pendirlə çörəyi çıxarıb yeməyə başlayıram. Yorğunluqdan özümü divana atıram. O da stolun üstündə nəyisə qurdalayır. Deyən, içki şüşəsini açır. Yedikcə aclıqla bərabər yorğunluğum da aradan qalxır. Durub balkonun pəncərəsinə yaxınlaşıram. Şəhərə baxıram. Qarşıda hündür, yaraşıqlı binalar var. Küçə geniş, adamsızdır. Olduğumuz evin içindən səfillik yağır. Bayır tərəfdənsə gözəl daşlarla bəzədilib. Şəhər sakit və soyuqdur. Bu evin pəncərələrində pərdə də yoxdur. Şəhər sənə , sən də şəhərə baxırsan elə bil...

Gəlib arxadan mənə yaxınlaşır. Qucaqlayıb saçlarımın arasından boynumu öpməyə başlayır. Mən də qollarını qucaqlayıram. Son tikəni ağzıma dürtüb çevrilirəm. Boynunu öpə-öpə dodaqlarına keçirəm. Sonra alt-üst olan yatağa atılırıq. Bir az keçir, durub əlimə keçən bir balaca döşəyi pəncərənin qarşısına söykəyirəm. Amma bunun da xeyri olmur...

Kürəyini çevirib üzü üstə uzanır. Mən də yorğanı üstünə çəkib arxadan kürəyini qucaqlayıram.Yuxuya gedir. Xoruldamağa başlayır. Arada da inildəyir. Çiynindən öpürəm. Hərdən də saçlarını oynadıram. Qıvrım saçları gecə kimi qap-qaradır.

Sol yanımda uzanmışam və ürəyim narahat edir. Tərpənmək istəyirəm, tərpənə bilmirəm. Çevrilsəm, oyanar. Amma artıq dözə bilmirəm və kürəyini qucaqladığım qolumu yavaşca qaldırıram. Oyanmır... Sonra azca çevrilməyə çalışıram. Bu vaxt nəfəsini dayandırır. “Artıq oyanıb” -deyə düşünürəm. Ehmalca mən tərəfə çevrilir. Üzünə baxıb gülürəm, həm də sevinirəm. Bədəninə sıxılıb, öpməyə başlayıram. 
Bu gün yaman aqressivdir. Məni zarafatla vurmağa, döşlərimi sıxmağa başlayır. Mən qışqırdıqca daha bərk incidir. Lap dəliyə bənzəyir. Uşaq kimi atılıb -düşüb gülür. Sakitləşdirmək istəyirəm, alınmır. Ağrıdan gözlərim yaşarır.

Durub yemək yeyir. Mənsə uzanmışam. Yorğanı başıma çəkirəm. Stolun üstünə qoyduğum telefonumu qurdalayırmış: “Bu adam kimdir?”-deyə soruşur- “Yaxşı səmimisiniz.” Mənə mesaj yazmış iş yoldaşımı deyir. “İş yoldaşımdır, qısqandınmı yoxsa?”-deyirəm. Amma qısqandığını boynuna almır. .Bəlkə də doğrudan da qısqanımır. “Yatırsan?”-deyə soruşur bir az sonra. “Yox, bura gəl!”- deyirəm. 
Saat 6-nı, sonra 7-ni göstərir. Bayırdakı elektrik lampalarının işıqlarını yandırırlar. Pərdəsiz pənərəmizdən düşən işıq otağı da işıqlandırır. Çay qızdırır o.. Durub üşüyə-üşüyə paltarlarımı geyinirəm. Bayaqdan içdiyi içkinin təsirindən ağzına gələni danışıb gülür.

Getməyə hazırlaşırıq. Daha da bir-birinə qarışmış yorğan-döşəyi səliqəyə salırıq. Çantasını tuturam ki, ayaqqabısını geyinsin. Gödəkcəsinin üstündən kürəyini öpürəm. “Ay qız, bəsdi”- deyir.

Metroya qədər piyada getməliyik. Qoluna girirəm. Bu yerlər bir az qəribədi. Binalarda həyat nişanəsi görünümür. Küçələr sakitdi, kimsəsizdi. Arada görünənlər də cüt-cüt gəzir. Eynən bizim kimi qol-qola... Kimin sevgili, kimin ər-arvad olduğunu təyin etməyə çalışırıq. Sonra yolun kənarındakı yaşıllığa çıxırıq -çəmənlikdə gəzirmişik kimi dəlilik edirik... Qarşımızda beş gümbəzli gözəl bina var. Ondan soruşuram: “Rəssamlıq akademiyasıdır”- deyir. Qaranlıq bir parkdan keçirik. Həmin parkdı- qarşısında görüşdüyümüz. “Yaxşı öpüşməli məkandı”- deyirəm. Çevrilir, dodağımdan öpür. Metroya çatırıq. Mən evə, o da dostuyla görüşməyə gedəcək. Ayrılırıq. İçimdə bir az sevgi, biraz da kədər qalır...

Avanqard.net

Yenililklər
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.