Nahid Hacıyev - Çox oxumaq intimliyi
11.01.13

Orta məktəblə bağlı bir balaca xatirəm var. O zamanlar “Quadalupe” ,”Santa Barbara” və s. seriallar yaman dəbdəydi. Dən gözləyən ac toyuqlar kimi hər kəs axşamı gözləyirdi. Hamının evində yaşamına rəng qatan bu seriallar mənim də marağımı çəkmişdi. Əslinə qalsa maraqlanmamaqdan başqa çarəm qalmırdı. Serial qurtarana qədər başqa bir kanala baxmaq vətənə xainlik dərəcəsinə çatmışdı. Əslinə qalsa o serialların mənə bəxş edə bildiyi yeganə şey “dil” oldu. Yəni rus dilini mənimsəməyimdə həmən serialları nmüstəsna xidmətləri var.

Orta məktəbdə rus dili dərsini sevməzdim. Çünki qruplara ayrılanda sinfin ən mağmın şagirdləri mən olduğum qrupa düşmüşdü. Bu cür bölgüdə sinif rəhbərimizin əli olduğunu bilirdim. Çünki məni dostlarımdan ayırmaqla heç olmasa bircə dərsin sakit, səssiz keçəcəyinə ümid bəsləmişdi. İşə yaramadığını deyə bilmərəm. Dərs o qədər maraqsız və səssiz keçirdiki, yuxulamamaq üçün özümü güclə tuturdum. Boşluğun əhatə dairəsi o qədər böyüyürdüki, məşğuliyyətin yalnız oxumaq olduğunu anlamışdım. Rus dilimin inkişafı və “qlaqolun” tərifini əzbər bilməm həmin maraqsızlığın yadigarı olaraq hələ də məndə yaşayır. Beləliklə sinifdə rus dilini qavrayıb başa düşən, danışa bilən iki-üç nəfərdən biri də mən oldum.

Yadımdadı, onuncu sinifi bitirəndə rus dilindən qiymət cədvəlimə 4 rəqəmi həkk olunmuşdu. Adı “adsız” olan başqa bir sinif yoldaşımın anası buna qıcıqlandığından məni müəllim övladı olduğum üçün qınayıb, müəllimlərin mənə güzəşdə getdiyini harda gəldi deyirdi. Həmin vaxtlarharda o qadını görürdümsə içimdən “qalaqolun” tərifini üzünə bağıra-bağıra deməyim gəlirdi.

Ədəbiyyat da hərzaman “çox oxumaq lazımdı” abu-havası dolaşıb. Kim sənə məsləhət vermək istəyirsə ilk olaraq “çoxoxu” deyir. Adama hərdən eləgəlirki, əslində yazmağın parolu “çox oxu” du. Yəni bu parolu yaxşı mənimsəsən sənə daim yaşıl işıqdı. Haqlıdırmı? Deyə bilmərəm. Mənə çox oxumalısan deyən çox sayda insanlar olub, ömürboyu da olacağına əminəm. Çün ki ədəbi qaydalarımız belədi.Yaşı yaşımın ikimislinə bərabər olanlar bizlərə o zaman ciddi gözlə baxarı ki, kitab rəfimizdə kitabların sayı müsbət sonluqla işarələnsin. Yəni iki kitab oxuyub maraqlı yazı yazacağın xülyadı. Və ya heçnə oxumadan ağv ərəqə “hekayə” sözünü də yazmağın ölüm hökmünə bərabərdi. Qardaş qayda belədi. Ədəbiyyatın adət-ənənəsi var. Hər zaman söhbət əsnası “kimi oxuyursan” sualına həmən sualı verən insan qədər nifrət etmişəm. Güya kimi oxuduğumu desəm mənim xarakteristikamı yaddaşının anketinə daxil edəcək. Bir zamanlar məni bu suallar o qədər bezdirmişdi ki, oxuduğum bütün yazarları siyahıya alıb cibimdəd aşıyırdım. Deyirdim kim “nə oxuyursan” sualını versə bu siyahını alınan yapışdırım. Sualı verlənlərə heç vaxt sübut edə bilmədim ki, çox oxumaq yaxşıy azmağın əsası ola bilməz. Və ya video müsahibələrdə qəhrəmanın kitab rəfini epizodik rolda çəkmək hələ hərşey demək deyil. Üstəlik qəhrəman hansısa kitabı melodiya altında vərəqləyirsə.

Tanıdığım, tanıdığınız çox sayda “çox oxuyan” insan varki, ancaq çox oxuyub dilənçidən roman yazıb, uğursuz sevgi oyunlarını sujet bilib, erotikanı azadlıq mətni, sözazadlığı kimi görüblər. Hələüstəlik “bu nədi” deyəndə “məni flankəsdən soruşun” deyərək cavab verirlər. Məncə belə yazarların kitabların da onları flankəsdən soruşmaq üçün əlaqə nömrələri, ev ünvanları olmalıdı ki, onun nə dediyini bizə başa salsın.

Hərdən elə insanlardan elə yazılar oxuyuram ki, “qardaş bəs hanı Nabokovun”, “ay xanım Bukovski sənə nə verdi”, “ay əmi bəs Dostoyevskinin küllüyatını oxumuşdun”, “ay dayı bəs Kantın fəlsəfəsini dərk etmişdin” demək keçir içimdən. Ancaq burda tuhaf heç nə yoxdu. Çünki məntiqimizdə bira normallıq var.

Müsahibələrdə məni ən çox qıcılandıran aforizimlərin çoxluğudu. Bu aforizm əzəbərləmək xəsdəliyi elə yayılıb ki, az qala birinə salam verəndə “Balzak belə demişdi” deyib sənin salamını ala və ardınca rəhmətlikləri ard-arda düzə. Qınamıram. Çünkü bu aforizimlər dünya görüşülük və İQ göstəricisi olaraq şüur qatımızın dərinliklərinə hopub. Ancaq əl qərəz ki bu dərinliklər içindən dayaz mətinlər süfrə bəzəyib sonra facebook gündəliyində “like” xəsdəliyinə tutulur. Mən statistik olaraq bir neçə dəfə müşahidəmdən keçirmişəm. Məsəlçün; Erotikadan yazan insanın yazısını elə erotikaya tamarzı qalanlar bəyənir. Dilənçidən yazılan yazıları elə düşüncəsinin xarici pasportu olmayanlar bəyənir. Fikiri azadlıqlarını sübut etmək üçün də “dərin yazıdı, həqiqətdi” deyə imza qoyurlar. Ancaq inanmalı bir şey var ki, onlar bu fikir azadlıqlarını, ifadə sərbəsliklərini sadəcə manitor qarşısında hiss edə bilirlər.

Çox oxumaq yaxşı şeydi, ancaq istifadə qaydalarını bildikdə. Məsəlçün; sənin hansısa bir əmmtə haqqında küllü miqdarda məlumatın ola bilər, amma istifadə qaydasını bilmirsənsə məlumatın çıpıxıdı. Mənim ədəbiyyat arxivimdə nağıldan tutmuş, dedektiv janrında yazan yazarlar var. Sağlam həyat sürəni, nakam öləni, özünü asanı, alkaş olan, qadın düşkününə çevriləni və s. tipdə yazarlar və onların yazdıqları. İndi ortada bir baş bilən varsa dursun mənim oxduqlarımdan özündə təsürrat oyatsın. Ortada nə olacaq, əsgər püresi. Gərək su qatasan ki, bir şeyə oxşasın.

Mən bir şeyi dəqiqləşdirmişəm ki, çox oxumaq insana yazmaqda mane olur. Çünki yazılan nə varsa hamısı yazılıb bitib, indi sujet qurmacaları meydana gəlib. Zamanın tələbindən, ərsəyə gətirdiklərindən istifadə edilməlidi. Mən üzdə olan, hər kəsin alqışladığı bir çox insan tanıyıram ki, oxuduqlarını yamıslamaqla məşğuldu. Onun yaradıcılığından şəxsiyyət vəsiqəsi düzəltsən bənzərlik bölməsində yüz rəqəmini görərsən. Bəs çıxış yolu nədi? Çox oxuyub ədəbi biliklərə yiyələnmək, novellanın təkcə gözlənilməz sonluqla bitməsinin bəs olmadığını, romanın yüz səhifədən çox olmasını, hekayəyə həyat elementini qatmaq, dramada kimisə öldürməyin məqsəd olmadığını anlmaq, qavramaq lazımdı.

Bunları qavraya bildinizsə bölüşdüyüm xatirənin nə məna dışıdığını anlamısınız deməkdir. Yox anlamadınızsa hələ çox oxumağınız lazımdı.


Avanqard.net

Yenililklər
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.