Ədalət Əsgəroğlunun kürəkəni Günel Mövluda cavab verdi
11.01.13

“Azadlıq” radiosunun “Pen klub”unda Qan Turalının xalq yazıçısı Anarla olan müsahibəsinin müzakirəsi keçirildi. Müzakirəyə qatılan Günel Mövlud Yazıçılar Birliyinin təqdimatı ilə istedadsız gənclərə prezident təqaüdü verilməsi fikrini səsləndirdi. Günelin fikrincə, təqaüd olduqca istedadsız, bayağı və inşa yazmaq səviyyəsində belə istedadları olmayan gənclərə, sadəcə kiminsə qohumları olduqlarına görə, kiminsə tapşıranları olduqlarına görə verilir. Stat: “Ədalət Əsgəroğlunun kürəkəni ordan Prezident təqaüdü alıb”.

 

Ünvanıma sərt ittifamlar səsləndiyindən, cavab haqqımdan istifadə edərək, bu müsahibə ilə bağlı bir neçə məsələyə aydınlıq gətirmək istəyirəm. Burdan başlayaq ki, Yazıçılar Birliyinin hər il hansı gənc yazarlara təqaüd verilməli olduğunu Birliyin gənclər üzrə katibliyi müəyyən edir və bu məsələ rəhbərlik qarşısında çox güman ki, müzakirə olunur. Şübhəsiz, istedadsız olsaydım, öz ömrünü mətbuata həsr edən və ədəbiyyat aləmində nəyin yaxşı, nəyin pis olduğunu Günel Mövluddan daha yaxşı bilən Rəşad Məcid altı il əvvəl mənim adımın təqaüd siyahısına salınmasını tövsiyə etməzdi. Mən istedadsız olsaydım, Birliyin İdarə Heyətinin üzvü və Günelin də yaxşı tanıdığı Səlim Babullaoğlu bu haqsızlıqla barışmaz, gənc yazıçı kimi adımın təqaüd siyahısında olmasına mütləq etiraz edərdi. Halbuki, yüzlərlə günelmöludlar, qanturalılar Rəşad Məcidin qələmi altından keçib gələnlərdir. Halbuki, yüzlərlə günelmövludlar, qanturalılar Səlim Babullaoğlunun məsləhəti ilə ədəbiyyatda adımlayanlardır. Rəşad Məcid, necə deyərlər, ovçu quşu gözündən tanıdığı kimi, gənc yazarı da qələmindən tanıyır. Əvvəla, bu uzunmüddətli təqaüd deyil, yazıçıların sosial rifahını yaxşılaşdırmaq üçün nəzərdə tutulan birillik “yardımdır” və Prezidentin müvafiq sərəncamı əsasında siyahı hər il yenilənir. Gənclərə 200, nisbətən yaşlı yazıçılara 300 manat həcmində müəyyən edilib. Mənim adım təqaüd siyahısında 2008-ci ildə olub. Toplam, bir il ərzində hər ay 200 manat olmaqla, bir ildə cəmi 2400 manat pul almışam. Onu da o zaman evində kirayə qaldığım erməni Sonya xalaya kirayə pulu vermişəm. Mənim bir ildə aldığımı mən bir günlüyə Günel Mövluda bağışlayaram, əgər bu məbləğlə o nəyisə dəyişə bilərsə...  2400 manatla Günel Mövlud harasını dəyişəcək ki? Mən Günelin “təqaüd” dediyini altı il bundan əvvəl almışam. İndi almıram. Söhbətin üstündən altı il keçib. Bu mövzu o zaman elə Qan Turalı tərəfindən bir dəfə “Azadlıq” qəzetində səslənmişdi. Altı il sonra opponenti Günel Mövludun çeynənmiş mövzuya bu şəkildə qayıtması, məncə nə ədəbi ictimaiyyətə, nə də onun özünə heç nə vermir. Altı il bundan əvvəlki söhbətə qayıtmaq, elə Günel Mövludun köhnə fikirli olmasılna dəlalət edir. Odur ki, Günel özünü yormasın. Rəşad Məcidin elə Qan Turalıya verdiyi müsahibələrindən birində Yazıçılar Birliyinin büdcə xərcləri ilə bağlı oxşar fikri var, veriblər, mən də almışam, əcəb eləmişəm. Verən əli geri qaytarmayacaqdım ki... Qoy, Günel Mövlud bacarırsa, söhbətini etdiyi sərəncama əsasən 2008-ci ildə və ondan sonra bu günə qədər təqaüd alan digər gənc yazıçıları tanısın. Əgər mənim kimi istedadlısını tapacaqsa, mən qələmi yerə qoyaram. Faiq Hüseynbəyli 2004-cü ildə, 20 yaşında Yazıçılar Birliyinə üzv qəbul olunanda, nə Ədalət Əsgəroğlunun kürəkəni idi, nə də təqaüd haqqında belə bir sərəncam var idi. İndi mən nə edim ki, Günel Mövlud Yazıçılar Birliyinin üzvü deyil və bu təqaüddən yararlana bilmir? Günel Mövludun Ədalət Əsgəroğlu problemi varsa, getsin problemini onunla həll eləsin. Qayınatamın Ədalət Əsgəroğlu, atamın Bilal Alarlı olmağı narazı tərəflərin əlində bayrağa çevrilib. Şair oğluyam, şair kürəkəniyəm deyə yaradıcılıqla məşğul olmamalıyam? 2007-ci ildən verilən təqaüdü Ədalət Əsgəroğlunun qudası, atam Bilal Alarlı hələ də ala bilməyib. Onun “Nöqtələr” ədəbi qrupunda birləşmiş 12 AYB üzvünün heç biri bu təqaüddən yararlanmayıb. Bilal Alarlı heç ədəbi mükafatlara da can atmır. Ədəbiyyatda Bilal Alarlının hansı yeri tutduğunu Günel Mövlud yaxşı bilir. Hətta ən yaxın həmkarları onun “Çağdaş Azərbaycan repressiya ədəbiyyatı” kitabını oxuyanda titrətməyə düşür və müəllifin cəsarəti qarşısında baş əyir. Bilal Alarlı üçün iqtidar və müxalifət ədəbiyyatı mövcud olmayıb, o, həqiqi ədəbi nümunələri təqdir edib, həqiqi ədəbiyyatı yaradanları müdafiə edib.  Bilal Alarlı öz əqidəsinə görə əqidəsizlərə deyil, əqidəsi olanlara nümunədir. Günel Mövludun isə əqidə dərsinə ehtiyacı böyükdür.

Günel Mövlud məni istedadsız hesab edirsə, bu, onun öz problemidir. Onun internet səhifələrinə çıxardığı “inşalara” da yaxşı bələdəm. Azərbaycan kişisini “çaqqal” adlandıran, mədəniyyətinə xor baxan, milli dəyərləri aşağılayan belə tiplərin bəyənmədiyi məmləkətdə yaşamaları sadəcə təəccüb doğurur. Bu hesabla, ədəbiyyatda “köhnəliyi” tərk eləyən Günel Mövlud, mentalitetini bəyənmədiyi ölkəni də çoxdan tərk etmiş olmalıydı. Günel özü etiraf edir ki, mənim şeirlərimi oxuyub. Əgər məni oxumaqla o heç nə qazanmırsa, yazdıqlarımda nə isə tapa bilmirsə, özünə əziyyət verib zövqünü korlamasın. Altında, yaxud üstündə “Faiq Hüseynbəyli” imzası olan yazılar mənə aiddir, qoy kimlərin maraq dairəsindəyəm, kimlər məni sevirlər, bu imza ilə onlar maraqlansınlar. Günel Mövlud mənim on yaşımda qələmə aldığım və orta məktəbdə oxuyarkən ayrıca kitab halında çap olunmuş uşaq şeirlərimi lağa qoyur: “Adamın yazdığı şeiri Qan Turalı da yaxşı bilir, mən də yaxşı bilirəm. O şeiri birinci sinifdə oxuyan, özünə hörmət eləyən şagird, əlifbanı təzə öyrənmiş şagird yazmaz”. Bəli, mən üçüncü sinifdə oxuyarkən, Sabirin və Şaiqin uşaq şeirlərindən təsirlənərək sərçə, göyərçin, qaranquş, tülkü, sarmaşıq, qanqal, qış və yaz fəsilləri haqqında kövrək şeirlər yazmışam. İlk qələm təcrübələrim mənim yaşıma uyğun poetik dünyabaxışımdır. Mənim ilk şeirlərim nakam məhəbbət haqqında olmayıb. Mən bütün yazdıqlarıma sahib çıxıram, ələlxüsus, uşaq şeirlərimə həvəslə yiyə dururam. Çünki bu gün Azərbaycanda uşaq ədəbiyyatına ciddi ehtiyac var. Əgər bu ədəbi nümunələri bir uşaq olaraq, nə vaxtsa özüm yaratmışamsa, bununla fəxr edirəm. Günel Mövlud kimilər bu gün yazdıqlarından sabah imtina edirlər. Bu, nə avanqardçılıqdır, nə eqoçuluq, nə də postmodernizm. Bunun bir adı var, o da formazonluqdur. Günelin lağa qoyduğu, ironiya ilə yanaşdığı uşaq şeirlərini mən uşaq təfəkkürü ilə yazmışam. Bu nümunələr mənim ədəbiyyata necə gəlməyimin göstəricisidir və mən bu yazılardan heç vaxt imtina etmək fikrində olmamışam. Günelmövludlar isə “ədəbi mühitə” hayla gəldikləri kimi “huyla” gedəcəklər. 

Günel Mövlud, öz təbirincə desəm, bəlkə də hansısa yaxşı oğlanın bacısıdı. Mən onun səviyyəsinə enib hər hansı müzakirəni şəxsi prinsiplər üzərində kökləyənlərdən deyiləm. Və nə də ki, Günel Mövlud imzasına Salam Sarvandan artıq qiymət vermək fikrim yoxdur. Bu qadına “cındır” deyilir. “Cındır” sözü istifadə olunmuş, köhnəlmiş, cırılmış əşyalara deyilir. Günel Mövlud isə bu təhqirlə barışır və qəbul edir. İnsan reallıqla barışar. İnsana qiyməti müsbət və ya mənfi keyfiyyətlərinə görə verirlər. Mükafat da belədir. Günel Mövlud yaxşı tərcüməçi ola bilər, yaxşı jurnalist ola bilər, yaxşı aktrisa da ola bilər (aldığı təhsilə görə), amma o heç vaxt yaxşı yazıçı ola bilməyəcək. Çünki, yazıçılıq sənəti ürəklə bağlıdır. Yazıçılıq, ürəyi nifrət vulkanı püskürən, başı daim şər haqqında fikirləşən və harda pisliklər varsa, orada olanların sənəti deyildir. Reportaj üçün müxalifətçi liderinin oğlu ilə gecə barlarını gəzən Günel Mövlud yaxşı bilir ki, bu gün Azərbaycan siyasətində üzü müxalifətə olanların dalı iqtidaradır. Bu radikallığın siyasi şəklidir. Ədəbiyyatda da belədir. Günel unutmasın ki, üzünü mənəviyyatımızı, dilimizi, dinimizi aşağılayan hər hansı ədəbi çərçivəyə tutmağından asılı olmayaraq, dalını Azərbaycan mədəniyyətinə, ədəbiyyatına, milli-mənəvi dəyərlərə söykəyib.


Faiq Hüseynbəyli

 

Yenililklər
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
13.12.23
Yun Fossenin Nobel mühazirəsi
11.12.23
2024-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı Şuşadan Türkmənistanın Anev şəhərinə ötürülüb
11.12.23
Moskvada Əsgər Məmmədovun “Nar dastanı” adlı rəsm sərgisi açılı
11.12.23
Mixail Lermontov - Vəsiyyət    
11.12.23
Tutu Ağayeva - "Gözəgörünməzlər"in görünən və görünməyən tərəfləri
09.12.23
Səlim Babullaoğlu TÜRKSOY tərəfindən təltif olundu
09.12.23
Səlim Babullaoğlu - Allah və vətən aşiqi, böyük şair
09.12.23
Bakıda “Məhmət Akif Ərsoy. Seçmə şeirlər” kitabının təqdimatı olub
05.12.23
Dünya şöhrətli rumın şairəsi Ana Blandiana Bakıya gələcək
05.12.23
Kənan Hacının hekayəsi - Cin qapını bağlayır
05.12.23
Elçin Hüseynbəylinin hekayəsi - Dərs
05.12.23
Yevgeni Rezniçenko - Çağdaş rus poeziyası
30.11.23
Anar Məcidzadə - Canına dərd düşsün, ayrılıq salan
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.