Rasim Qaraca: "Onların hərəkəti etik deyil"


14.01.13

"İstər-istəməz adamın ağlına gəlir, dostlarımız hansısa basqıyla üzləşiblər və bu addımı atmaqdan ötrü ilk fürsəti gözləyirmişlər". 


Ötən həftə Şairə Sevinc el Sevər və yazıçı Qan Turalı Azad Yazarlar Ocağını (AYO) tərk etdilər.

Yazarlar bəyanatlarında fərqli səbəblər göstərsələr də, nəticədə AYO iki tanınan üzvünü itirdi.

Sevinc El Sevər oxuzali.az-a göndərdiyi bəyanat mətnində səbəb kimi bunları göstərib: Azad Yazarlar Ocağının həyatımda əhəmiyyətli yeri var, nəinki yazılarımda. Uzun müddətdi ki, AYO-nun heç bir tədbirinin iştirakçısı deyiləm, müzakirələrə qoşulmuram, birgə qərar qəbul etdiklərində heç bir fikir irəli sürmək imkanım yoxdu. AYO ilə mən bir-birimizə heç nə vermir, heç nə almırıq”.

Qan Turalı “Qafqazinfo”ya  AYO-nu tərk etməsini təşkilata ondan xəbərsiz sədr seçilməsi ilə izah edib.

Məsələ ilə bağlı Azad Yazarlar Ocağının yaradıcılarından biri, təşkilatın keçmiş rəhbəri Rasim Qaraca “Oxu zalı”na danışıb. Yazarın sözlərinə görə azad yazar olmaqdan ötrü yüksək fərdi keyfiyyətlərə sahib olmaq lazımdır:

“Mən əvvəlki müsahibələrimdə də bir dəfə demişəm: AYO-nun energetikası yüksəkdir, mən heç kəsi qınamaq istəmirəm, amma bu təşkilatda duruş gətirmək həqiqətən çətindir. AYO-çular ailədən tutmuş iş yerlərinə, hakimiyyət orqanlarına qədər hər kəsdən basqı görürlər. Azad Yazar olmaqdan ötrü çox yüksək fərdi keyfiyyətlərə və yaradıcılıq ​​vizyonuna, kollektiv təfəkkürə sahib olmalısan. AYO-da neqativlər yox deyil, ancaq əsas prinsiplərin xatirinə biz heç zaman bunlara əhəmiyyət vermirik. Müstəqil Azərbaycanda yeganə müstəqil ədəbi təşkilat olaraq fəaliyyətimizi sürdürürük, maddi resurslar sıfır həddindədir, olmayan idealları gerçəkləşdirməyə çalışırıq".

İki yazarın təşkilatı tərk etməsinə gəldikdə isə, Rasim Qaraca onların hansısa səbəbdən bəyanat verməsini etik saymır:

“Sevinc El Sevərin və Qan Turalının dəstəyinə ehtiyacımız olduğu halda, onların hansısa inciklik səbəblərindən ictimaiyyətə (qələm dostlarına deyil)  bəyanat verməsi ən azından etik deyil. İstər-istəməz adamın ağlına gəlir, dostlarımız hansısa basqıyla üzləşiblər və bu addımı atmaqdan ötrü ilk fürsəti gözləyirmişlər. O ki Qan Turalının toplantıya dəvət edilməməsinə, bu sadə texniki səbəblə bağlıdır: Qan Turalının telefonuna düşmək mümkün deyil, bilmirəm nə üçün belədir. O özü də son iki ildə bir dəfə də olsun mənə zəng vurmayıb. Yazdığım e-maillərəsə bəzən heç cavab verməyib... Hər iki dostumuza uğurlar arzulayıram”.

oxuzali.az

Yenililklər
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.