Murad Köhnəqala - Markes qəlyan çəkməyi Anardan öyrənibmiş

23.01.13

Bir dəfə məşhur Kolumbiya yazıçısı Markesə sual vermişdilər ki, dünyada hansı yazıçıdan qorxursan, yəni özündən üstün bildiyin bir yazıçı varmı? Markes heç düşünmədən Azərbaycan Xalq Yazıçısı Anar Rzayevin adını çəkmişdi. Məşhur yazıçı dünyada məşhurlaşmaq üçün Anar Rzayev şöhrətinin arxasında gizlənərək öz məkrli siyasətini həyata keçirtmişdi. Markes bizim doğma, milli yazıçımızın adını çəkəndə onda Anar Rzayevin beşcildliyi çapa hazırlanırdı. Kolumbiyalı yazıçısının hələ Biləcəridən bu tərəfdə tanınmadığı dövrlərdə Xalq Yazıçısı ordeni ilə təltif edilmiş Anar Rzayev artıq Biləcəridən bu tərəfdə, yəni hərbi çağırış məntəqəsində çox yaxşı tanınırdı. Lakin getdikcə öz üzərində işləyərək püxtələşən yazıçımız qəsəbənin o tərəfində də tanınmağa başladı. Kolumbiya yazıçısı boynuna almışdı ki, indiyə qədər də bizim milli, öz soykökünə, adət-ənənəsinə bağlı yazıçımız olan Anar Rzayevi yamsılayaraq ona oxşamağa çalışır. Əcnəbi yazıçı adı çəkilən müsahibəsində dönə-dönə boynuna alır ki, Anar Rzayevin qəlyanlı bir şəklini görmüş və heç tərəddüd eləmədən dərhal o da qəlyana keçmişdi. Günlərin bir günü Xalq Yazıçısı özünə yeni bığ qoymaq qərarına gəldi. Milli yazıçımızın bığlı şəkilləri mətbuatda yayımlanan kimi Markes yenə də dərhal Kolumbiyada özünə bığ qoymuşdu. Beləliklə, bizim doğma və milli, öz soykökünə bağlı, təpədən dırnağa yazıçı olan Anar Rzayevin adını dilinə gətirdikdən sonra bu əcnəbi yazıçı parlayaraq dünyada məşhurlaşdı.

 

Artıq 25 ildi ki, bu nəhəng yazıçımız, hörmətli Anar Rzayev Yazıçılar Birliyinə rəhbərlik eləyir. Hamı bilir ki, Anar Rzayev Birliyin sədrliyindən çıxsa orda heç kim sədrlik edə bilməyəcək və dərhal dünya dağılacaq. Məlumdur ki, Anar Rzayevin Birlik sədrliyindən getməsi xalqımızın faciəsi ilə nəticələnər. Qocaman yazıçı öz kreslosundan aralanarsa dərhal təbii fəlakətlər baş alıb gedər və ölkəmiz böyük faciələrlə üz-üzə, burun-buruna dayanar.

 

Vəzifədən getmək o yana, ədib, sadəcə, bu fikri başından keçirərsə  o dəqiqə göy guruldayıb şimşək çaxar, dayanmadan qırx gün, qırx gecə leysan yağışları yağar. Güclü qasırğalar ağacları kökündən çıxarıb göylərə qaldırar. Xəzər dənizinin suyu günbəgün artaraq hamam vannası kimi dolub öz sahillərindən daşar və  əvvəlcə Bakını, sonra bütün Azərbaycanımızı basar.

 

Quşlar qonmağa yer tapmadığına görə yad ölkələrə köçər. Ölkədəki bütün müəssisələr bağlanar və insanlar su içində işsizlikdən əziyyət çəkər. Evlər öz sakinlərinin başlarına uçar və hamının başı yarılar. Yurdumuzun hər tərəfində torpaq sürüşmələri olar və aclıqdan vətəndaşlarımız bir-birinin ətini yeyər.

 

Gözlənilən fəlakətlərə baxmayaraq yurdumuzun bəzi satqın gəncləri dayanmadan Anar Rzayevin Yazıçılar Birliyindən getməsini arzulayır. Bunlar başa düşmək istəmir ki, bir kreslodan ötəri ölkəni məhvə sürükləmək olmaz. Həmin gənclərə dəfələrlə demişik, başa salmışıq, yazmışıq, pozmuşuq, cızmışıq, yenə xeyri olmayıb. Onlar öz mənfur niyyətlərindən heç cür əl çəkmək istəmirlər. Yadınızdadırsa, axırda qocaman yazıçı məcburən qələmə sarılaraq həmin gənclərə daşlama janrında bir silsilə şeir həsr etməli olmuşdu. Şeirlərin rəvanlığı, axıcılığı, öz milli soy kökünə bağlılığı adamı valeh edirdi. Müəllif gəncləri şeirinin kəskin misralarıyla daşqalaq eləyirdi. Onun sədrlikdən getməsini arzulayan hər bir gənc ədibin nifrət dolu ilhamına tuş gəlir və al-qan içində misra nizələrinin, şeir daşqalağının altında qalırdılar.

 

Silsiləyə daxil olan hər bir şeirin öz məna yükü, bədii təfəkkürün qabarması və çəkilməsi insanı riqqətə gətirir. Öz qələmini süngüyə çevirərək nərə çəkibən gənclərin qarşısına tək çıxan qocaman ədib hələ də onlara qarşı amansız mübarizə aparır. Daşqalaq altında bağıra-bağıra qalan gənclərin səsi buz bulaqların, su krantlarının, maşınların, oxuyan quşların və böcəklərin səsinə qarışaraq qəlboxşayan musiqi yaradır. Daşlamanın kənardan atılan öldürücü misralar gənclərə dəydikcə müəllifin qəlbi ehtizaza gəlir və getdikcə gəncləşməyə başlayır. Müəllif silsilənin axırında hər bir həssas oxucusuna söz verir ki, gənclərin bir daha nəfəsi gələrsə növbəti daşlamalar daha kəskin və daha öldürücü olacaqdır. /kulis.az/         

Yenililklər
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.