Cavanşir Yusifli - Əlyazmalar
26.01.13

İşim başından aşsa da, əlini saxlayıb, susmaq məqamı. Bütün işin-gücün, vurnuxma və çaxnaşmaların əlindən qurtulub ölmək. Yerə düşmək. 
Sonra.
Səs-küyün səsini almaq. Ölmək.
Bir təmiz yazı yazmaq. Hərfləri görünməsin. Bir söz yazmaq ki, hecalara ayrılmasın. Sətirdən-sətirə keçmək olmasın.
Bir təmiz yazı. Heç kəsin könlünə dəyməmək. Bir günlük ironiyaya yox demək. Hamını, istisnasız olaraq hamını sevmək. Ən azı ona görə ki, hamı sevilməyə layiqdir. Əlimi bir kitabın üstünə qoyuram. Görüm nə çıxacaq? 

Bir gül kimi ölmək – 
Bir güldan içində.
Bülbül kimi ölmək – 
Bir hicran içində.
Bir səs kimi ölmək – 
Bir kar qulağında.
Bir söz kimi ölmək – 
Bir lal dodağında... 

Qəribə şeirdir. Bir neçə ton çatışmır ki, vəzn dəyişsin, əruz olsun. Hiss edirsinizmi, - bir gül kimi ölmək / bir güldan içində / bülbül kimi ölmək / bir hicran içində .... Özü də, gül, bülbül... Yox, burda əruzluq heç nə yoxdur. Köhnədən qalma bir şey var: qüssə. Orta əsrlər şeirindəki qüssə. Sanki ö dövrdə yaşanmayıb, yada düşməyib, gəlib müasir şeirdə bir də dirilib. Bir şair qələmində. Bəzən belə də olur. Bir dövrdə yaşanmayan hiss, duyğu... əsrlər sonra ultra-müasir poetik mətnlərin ruhundan görünür. Bədii mətnlər arasındakı bu virtual əlaqələr heç zaman ölmür, yaşayır. Bəzən də öz dövründə oxunmayan, başa düşülməyən poetik mətnlər zaman keçir öz yerini tapır, başqa bir dildə görünür. Yəni, müəyyən qeyd-şərtlə demək olarmı ki, bəzi mətnlər köhnə və unudulan mətnlərin təbii tərcüməsidir. Orta əsrlərdə bu işə çox normal baxırdılar. Bəzi şeirlər digər dillərdəki nümunələrin elə tərcüməsi kimi meydana çıxırdı. Amma bir qeyd-şərtlə: o dövrlərdəki tərcümə daha çox səsləşmə, bir ürəkdən keçən ağrının digərində oxunması anlamına gəlirdi. İndi şeirlərin çoxu pozuq tərcüməyə oxşayır, demək, qədim əyyamlardakı qüssəni, hissi, duyğunu bilmədiyi dil kimi tərcümə edir.
Bax, bu da tərcümədir:

Qayıtdı yuvaya dimdiyində dən,
tapmadı yuvada balalarını…

…Axtardı gün batıb qaralanacan,
axtardı, axtardı qocalanacan,
qızıl lələkləri ağaranacan,
dimdiyindəki dən cücərənəcən… 
(Qriqore Viyeru – tərcüməçi Ramiz Rövşən)
Həm də çox gözəl. O mənada ki, “əlyazma” düzgün oxunub. 
P.S. Milli TV-də bir veriliş var: Məclisi-üns. əsl milli hayd park rolunu oynayır. Hər kəs istəsə gələr və ağzına gələni danışmaqdan qorxmaz. Cahil cəsur olar. Bütün dünyanın cahilləri birləşin! /kaspi.az/

Yenililklər
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.