Günel İmran “Sözlər” filmi haqqında yazır
29.01.13

Bu günlərdə 2012-ci il ABŞ istehsalı olan bir film izlədim. İlk olaraq filmin adı, sonra isə süjetinin yazıçı taleyi haqqında olması məni maraqlandırmışdı.

2012-ci il istehsalı olan “Sözlər”(The Words) filmi  kino sahəsində debütlərini edən rejissor-senarist Brian Klugman, Lee Sternthal tərəfindən ərsiyə gələn gözəl hekayətdir. Aktyorlar siyasında tək elə Jeremy Irons kimi bir aktyorun olması mənə bu film haqqında  çox şeyi deyirdi. Zamanında Oskar mükafatı almış aktyor Jeremy Irons oynadığı filmlərdə obrazının bütün psixoloji halı, sarsıntılarını özü yaşarcasına izləyiciyə çatdıran biridir. 1991-ci ildə ekranlaşan yazıçı Kafkanın Qəsr və Məhkəmə əsərləri və yazıçının öz həyatından olan faktlardan qaynaqlanaraq senariləşdirilən avtobioqrafik olmayan “Kafka” filmində canlandırdığı yazıçı obrazı ilə sevdiyim aktyor  “Sözlər” filmində yazdığı əsər oğurlanan həyatının sonuna gəlmiş qocanın obrazını canlandır. Ümumilikdə film rejissor-senaristlərin debütu olsa belə zəngin məşhur və peşəkar  aktyor kadrosu ilə mükəmməldir.

Film  bir-birinin içində olan üç hekayədən bəhs edir. İlk kadrda  tanınmış yazıçı Hammond (Dennis Quaid) yeni kitabını oxuculara təqdim edir. Dinləyicilər qarşısında romanının ilk fəslini oxumağa başlayır. Bununlada izləyici filmin təsirinə düşür.

Hammondun kitabında yağışlı bir gündə Rori (Bradley Cooper) adlı şöhrətə yenicə qovuşmuş məşhur yazıçı ilin ən yaxşı yazıçısı kimi mükafat almaq üzrə xanımı Dora (Zoe Saldana) ilə maşına minir.  O, istəyinə nail olub, xoşbəxtdirmi? Rori bu uğura qovuşmazdan 5 il əvvəl rütinə çevrilən həyatında  yaşamaq üçün qıvrılan, gecələr şəhər yatarkən isə şöhrət olmaq istəyi ilə kompüter qarşısında kitabını yazan gəncdir. Atasınının yazıçılığı hobbi sırasına köçürüb, işləməsi məsləhətləri üzərinə nəşriyyatlara göndərdiyi əsərindən cavab almayan Rori işləməyə başlayır.

Sevgilisi  Dora ilə evləndikdən sonra Parisdə bal ayını keçirən  Rorinin Ernest  Heminqueyin ismi yazılan lövhənin qarşısında heyranlıqla dayanması tamaşaçıya hələ heçnə demirdisə, onların antikvariat dükanında aldığı portfeldən tapdığı müəllifi məlum olmayan əsər Heminqueyin ilk həyat yoldaşının onun əlyazmalarla dolu portfelini Parisdə vağzalda itirməsi hadisəsini xatırlatdı. Filmin davamına baxdıqda isə bunun fərqli bir əhvalat olduğu aydın olur. Bəlkə də rejissorlar Heminqueyin itirlimiş əlyazmasının əhvalatından təsirlənmişdi. Bu filmdə istədiyi sözləri yaza bilməyən yazıçının mənəvi istirabı var.  Məncə yazıçının qəlbdən gələn sözü dilə gələn yox, barmaqların klaviatura ilə təmasında yaranan, özü-özünün diktə edən sözüdür. Və o, hər zaman bu sözü itirmiş kimi axtarır. Rori isə özü tapa bilmədiyi sözü tapdığı əlyazmada tapır. Onu duymaq üçün klaviaturada mətn halına köçürən Rorini bilincində olmadan plaqiatın bataqlığına düşür.

Rori tapdığı əsəri öz adına çıxaraq məşhur olur. Bununla Hammond kitabının birinci fəslini oxumağı bitirir. Fasilədə Hammond onu şəxsiyyətinə maraq göstərən Daniella (Olivia Wilde) adlı aspirantla tanış olur və fasilədən sonra  kitabının ikinci fəslini oxumağa keçir. Kitabın davamında Rori  Qoca ilə parkda rastlaşır. Rorini izləyən Qoca ondan haqqını tələb etmək, müəllif hüquqlarının bərpasını istəmir. Qoca sözlərə çevrilərək kağıza hopan həyatının ən ağrılı məqamlarını oğurlayıb öz adına çıxan   gəncə sözlərin qəlbində yazdığı yaraları da vermək və bu acıdan azad olmaq istəyir. Qoca gənclik illərindən ikinci dünya müharibəsinin sonlarında Parisdə olması və orda aşiq olması, xoşbəxt olması, evlənməsi, sonra xəstəlikdən itirəcəyi qızının doğulmasından danışır. Onların bütün kədərləri bu ölümlə başlayır.O, təkliyə tərk edilmiş evdə Heminqueyin ilk roman kitabı da daxil olmaqla əşyaları dağıdıb tökərək üsyanını edəndən sonra təskinliyi sözdə görür. Söz onu tapır. Bir şeyi də qeyd istərdim ki, Qocanın gəncliyini oynayan aktyor Heminqueyin gəncliyini çox bənzəyir.  O, əsərini bitirdikdən sonra uşaq itkisi acısını yaşayaraq valideynlərinin yanına köçən həyat yoldaşı Seliyanın yanına gedir və əsəri ona verir. Seliya ona geri dönür, amma həmin əsərin olduğu portfeli vağzalda itirərək qayıdır. Yazıçı bu itkiyə görə çox sevdiyi adamı bağışlaya bilmir. Sözlərdə həmin əvvəlki kimi olmur. Bəlkə də dəryaya baş vurmaqdan qorxur.

Hammondun kitabının ikinci fəslini bitirməsi ilə film kitabı davamını öyrənmək marağında olan Daniellanın  əhvalatı öyrənmək marağı ilə müəllifi sorğu sualla tutması ilə davam edir. Əhvalatın davamında Qoca Seliya ilə son görüşündən danışır. O,  illər boyu  Seliyanı bədbəxt etməsini düşünərkən, əslində bədbəxt olan özü olur. Qoca ölür. Rorinin kitabı oğurlamasını sonradan öyrənən Dora onu bağışlayır. Bununlada Hammond  əhvalatını bitirir və Daniellanın mühakiməsinə düşür.  Daniella Rorinin əsəri oğurlamaqla öz həytını itirməsini düşünür.

Filmdə Qocanın əhvalatı bütünləşmiş tək əhvalatdı.  Hammondun əzabkeş, özü-özünü mühakimə edən  halı isə tamaşaçıda sual yaradır. Filmdə Hammondun kitabında yazdığı əhvalatın öz avtobioqrafiyası olması ehtimalı yaranır.  Rejissor məharətinə söz ola bilməz. Belə böyük hekayəni 96 dəqiqəlik filmə mükəmməlcə sığışdırmaq özü bir istedaddır. Bu film kitabı sevən, sözü sevən, yazmağı sevən hər kəs üçün çox maralı filmdir.

Qəribəsi budur ki, mən bu filmə sanki iki filmə baxarca baxırdım. Film  Heminqueyin “Kilimancaro qarları” hekayəsini mənə hər anı ilə andırırdı. Sanki həmin hekayəni kimsə çox astaca pıçıldayırdı. Etiraf edim ki, həmin hekayəni vaxtı ilə  oxuyarkən heç bu qədər təsirlənməmişdim. Bu film mənə həmin “Kilimancaro qarları” hekayəsindəki ömrünün sonunu haqlamış ölüm qoxusunu duyaraq həyatının ən təsirli, önəmli, həyacan verici anlarını bir-bircə xatırlayan, yazıçılığa xəyanət edərək, ən gözəl hisslərini qələmə almağı hər zaman ertələyərək itirən  yazıçının istirabını anlamağa kömək olmuşdu. Düşünməyin ki, film “Kilimancaro qarları” hekayəsi əsasında çəkilib. Filmin süjeti başqadır. Heminqueyin hekayəsi  ilə “Sözlər” filminin orta nöqtəsi yazıçı ruhunun əzablarını göstərməsidir. Dildə ömrümüzü tükədəcək qədər söz işlədirik. Çoxu zamanda onların  az hissəsi bizim həqiqətimizidir.Yazmaq yazarın öz ruhu ilə tanışlığıdır. Bəs yazıçı ruhunun əzabı nədir? Yazıçıya əzab verərək  özünü yazan sözlər, bir də bu sözü yaza bilməmək əzabı...


Avanqard.net

Yenililklər
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.