Seymur Baycan: "Bəziləri gündəmə gəlmək üçün Əkrəm Əylislini söyür"
31.01.13

Tanınmış yazıçı Əkrəm Əylisinin Rusiyanın məşhur ədəbiyyat dərgisi olan “Drujba narodov”da bu yaxınlarda çap olunan “Daş yuxular” romanı ölkədə böyük səs-küyə səbəb olub. Əsər ətrafında yaranan polemikalar davam edir. Yazıçını ittiham və tənqid edənlərin də sayı durmadan artır. İttiham edənlər ordusu ilə yanaşı yazıçının tərəfində olan, ona dəstək olan şəxslər də var.

Yazıçı Seymur Baycan mövzu ilə bağlı fikirlərini bölüşüb.

Seymur Baycan bu hücumların məqsədli şəkildə edildiyini və sifariş olduğunu qeyd edib: “Ikincisi, ola bilər ki, bir çox insanların məsələdən xəbəri yoxdur. Ona görə də "hurrey" eləyib Əkrəm Əylislinin üzərinə hücum çəkirlər. Bunun da iki səbəbi ola bilər. Birincisi, bu, boş-bekarçılıqdan, mövzu tapmamaqdan irəli gələ bilər. Digər səbəb isə odur ki, bir çox insanlar vaxtilə ölkədə gündəmdə olublar, vətəndaş mövqeləri olub. Bu gün isə bu və ya digər səbəbdən o mövqeni itiriblər. Ona görə də yenidən gündəmə gəlmək üçün belə işlərə əl atırlar. Onların əl atdığı işlərdən biri də erməniləri söyməkdir. Bu icazəli bir söyüşdür. Hamıya da erməniləri söyməyə icazə var. Ona görə də bəzi insanlar bu məslədən sui-istifadə edirlər".

Seymur Baycan vaxtilə Qarabağa getdiyinə görə bu cür hücumlara məruz qaldığını da xatırlatdı: "Qarabağa gedib-gələndə məni də söyürdülər. Hər gün bu söyüş kampaniyası televiziya, radio və mətbuatda gedirdi. Amma sonra səfir, rektorlar və ziyalılar da getdi. Onda heç kim heç nə demədi. Niyə? Çünki onlar anladılar ki, gedən insanlar özbaşına gedə bilməzlər, onlar icazə alıb ora gediblər və haqq-hesablarını yaxşı bilirlər ki, harda danışmaq olar və ya danışmaq olmaz".

Gənc yazayr Əkrəm Əylisliyə qarşı yönələn fikir və ittihamlarla razı olmadığını da deyib: "Sözə hücum çəkmək olmaz. Amma nədənsə bu məsələni tamam başqa istiqamətə yönəltmək istəyirlər. Yazıçı bədii mətində hər şeyi yaza bilər. O, bu axımdan azaddır. Bu hər yerdə belədir. Ermənistanda da insanlar var ki, gördüklərini yazır, bədii mətinlərini ortaya qoyurlar. Orada da onlara qarşı eyni münasibət var. Ancaq bu məsələyə səbrlə və normal yanaşmaq lazımdır”. /teleqraf.com/

Yenililklər
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
13.12.23
Yun Fossenin Nobel mühazirəsi
11.12.23
2024-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı Şuşadan Türkmənistanın Anev şəhərinə ötürülüb
11.12.23
Moskvada Əsgər Məmmədovun “Nar dastanı” adlı rəsm sərgisi açılı
11.12.23
Mixail Lermontov - Vəsiyyət    
11.12.23
Tutu Ağayeva - "Gözəgörünməzlər"in görünən və görünməyən tərəfləri
09.12.23
Səlim Babullaoğlu TÜRKSOY tərəfindən təltif olundu
09.12.23
Səlim Babullaoğlu - Allah və vətən aşiqi, böyük şair
09.12.23
Bakıda “Məhmət Akif Ərsoy. Seçmə şeirlər” kitabının təqdimatı olub
05.12.23
Dünya şöhrətli rumın şairəsi Ana Blandiana Bakıya gələcək
05.12.23
Kənan Hacının hekayəsi - Cin qapını bağlayır
05.12.23
Elçin Hüseynbəylinin hekayəsi - Dərs
05.12.23
Yevgeni Rezniçenko - Çağdaş rus poeziyası
30.11.23
Anar Məcidzadə - Canına dərd düşsün, ayrılıq salan
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.