Kənan Hacı - Peşmançılıq
31.01.13

Bilmirəm nəylə bağlıdır, son vaxtlar yazıya əlim yatmır. Dəhşətli dərəcədə yorulduğumu hiss edirəm. Düşünürəm ki, bir qədər fasilə vermək məqamıdır. Belə bir hissi bir neçə il bundan öncə, lap dəqiq, 2006-cı ildə də yaşamışdım. Hətta o vaxt qəti qərara gəlmişdim ki, bir daha heç nə yazmayacağam və “Əlvida, ədəbiyyat” adlı iki hissədən ibarət olan geniş bir yazı da yazmışdım. O yazı mətbuatda dərc olunduqdan sonra səs-küyə səbəb oldu. Çünki həmin  yazıda  ədəbi mühitin boz-bulanıq mənzərəsini də cızmışdım və təbii ki, müəyyən adlar da çəkilmişdi…

O yazıda məni ədəbiyyatdan uzaqlaşdıran amillər geniş aspektdə təhlil olunmuşdu. O yazıdan sonra iki il heç nə yazmadım. Burda bir nə isə deyib ötüşək…

Amma bu dəfə həqiqətən də yorulduğumu hiss edirəm. Bəlkə də bu, son aylarda keçirdiyim ağır xəstəliklə bağlıdır… Başqa səbəblər də olmamış deyil. Düşünürəm ki, mənim yazmağım heç nəyi dəyişmirsə, bəlkə heç yazmayım? Bu barədə həyat yoldaşımın mənə verdiyi sualdan sonra düşünməyə başladım. Bu günlərdə yenə ədəbiyyat haqqında söhbət edirdik. O, qəfildən, heç gözləmədiyim bir cümlə işlətdi:

“Sənə qarşı laqeydlik buzu ərimir ki, ərimir. Bəs onda sən nə üçün yazırsan? Bəlkə heç yazmayasan?...”

Açığı, mənim üçün həqiqətən də gözlənilməz sual oldu. Heç vaxt onun haçansa mənə belə bir sual verəcəyini gözləmirdim…

Neçə gündür bu suala cavab tapa bilmirəm. Bəlkə elə doğurdan da “qələmi yerə qoymaq” lazımdır? Bəs sonra?.. İndən belə gedib özümə təzə bir çörək ağacı əkməyə və o ağacın böyüyüb bar verəcəyinə ömür çatarmı?!

İmkan olsa, yenidən kəndə qayıdıb sakit və dinc həyatımı yaşamaq istərdim. Con Apdaykın “Dovşan, qaç” romanının qəhrəmanı kimi bəzən insanlardan qaçmaq, qaçmaq, qaçmaq… istəyirəm. Adam bəzən öz doğma mühiti üçün vəhşicəsinə darıxmaq həddinə gəlib çatır və bu məqamda heç nəyə baxmadan çıxıb gedir, öz mühitinə qayıdır.

Heç bu qədər yorulduğumu xatırlamıram. Rəhmətlik Elçin Səlcuq darıxanda bu misraları deyərdi:

Gün gələr, sən də yorularsan yaşamaqdan,
Alnında açılar dərin-dərin qırışlar.
Gün gələr, sevdiklərin çəkilib gedər,
Sən bax, o zaman mənə bənzərsən…

Mən son vaxtlar tez-tez darıxıram və harasa uzaq bir yerə çıxıb getmək istəyirəm; elə bir yerə ki, heç kəs məni tapa bilməsin…

Həyata məğlub olduğunu dərk etməyin ağrısı çox dəhşətli olur. İyirmi, iyirmi beş yaşında özüm üçün müəyyən etdiyim hədəflərin heç birinə çata bilmədiyimi görəndə dəhşətli peşmançılıq hissi keçirirəm… Həyatımı düzgün qura bilməmişəm demək…

90-cı illərin əvvəllərində hər şeyi atıb Kiyevə gedəndə vətənə milyonçu kimi qayıdacağımı düşünürdüm. Bir müddət orda yaşadım. Bir aya bir “Jiquli”nin pulunu qazanırdım. Amma bir müddətdən sonra anamın yalvarışlarına dözməyib işimi-gücümü atdım və qayıtdım. Çünki onun məndən başqa bir kimsəsi yox idi. Nəticəsi də bu….

İndi böyük peşmançılıq hissi keçirsəm də bu, heç nəyi dəyişmir. Qatar çoxdan gedib… Əldə-ovucda göynərtili xatirələrdən başqa heç nə qalmayıb.


Neçə gündü o sualın üstündə baş sındırıram. Bəlkə…/kulis.az/

Yenililklər
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.