Elçin “Daş yuxular”dan yazdı
04.02.13

Neçə gündür ki, müxbirlər, həmkarlar, ziyalılar, sadə vətəndaşlar mütəmadi olaraq telefon açıb, Əkrəm Əylislinin «Daş yuxular» romanı haqqında mənim fikrimi bilmək istəyirlər.

 

Doğrusunu deyim ki, indiyə qədər oxuduğum kitablar arasında mənə Əkrəmin bu yazısı qədər pis təsir edən, mənfi emosiyalar yaradan bir yazı olmamışdı və mən olduqca təəssüf etdim ki, Əkrəm Əylisli belə bir yazı yazıb.

 

Təəssüf etdim ona görə ki, siyasi düşüncəsindən asılı olmayaraq iqtidarlı-müxalifətli – bütün xalq torpaqlarımızı Ermənistan işğalından azad etmək əzmində olduğu və bu zaman dünya güclülərinin ikili standartları ilə üzləşdiyi bir məqamda Əkrəm Əylislinin yazısı daha artıq və daha aqressiv birtərəfli mövqe nümayiş etdirir.

 

Təəssüf etdim ona görə ki, qatı erməni millətçiliyi və bu millətçiliyi mənəvi dəyər kimi qəbul etmiş erməni lobbiçiliyi heç şübhəsiz ki, Əkrəmin bu romanından effektli surətdə sui-istifadə edəcək. Ona görə effektli surətdə ki, bu yazıda təsvir edilən azərbaycanlı vəhşiliyi, qəddarlığı, talançılığı bu gün tərəddüd içində olan sadə erməni vətəndaşını da qəzəbləndirəcək və onda sülhlə, dinc qonşuluqla yaşamaq hisslərini yox, azərbaycanlılardan intiqam almaq hissini oyadacaq.

 

«Genosidlə» bağlı Türkiyəyə hücumlarda, təzyiqlərdə də bu yazıdan istifadə ediləcəyinə şübhə etmirəm.

 

Güman edirəm ki, Əkrəm istəməzdi belə bir təxribatçı nəticə alınsın, ancaq indiki halda onun yaradıcılıq faciəsi bundadır ki, özü istəsə də belədir, istəməsə də. Mən bu barədə detallara vararaq, epizodları bir-bir təhlil edərək  danışmaq istəmirəm, çünki görünən dağa nə bələdçi? Eyni zamanda, oxucuları da bir daha qıcıqlandırmaq istəmirəm.

 

Əkrəm Əylisli bu yazını yazarkən sadə bir məntiqi unudub: birtərəfli həqiqət yoxdur. «Birtərəfli həqiqət» – yalnız birtərəfli mövqeyin ifadəsidir, bu isə, Əkrəm özü də yaxşı bilir ki, həqiqi ədəbiyyat üçün yaramaz bir cəhətdir.

 

Hər bir yazıçı yazılarında öz mənəvi dünyasını, düşüncələrini, dünyagörüşünü ifadə edir və Əkrəm Əylisli də bir yazıçı kimi, əlbəttə, istisna deyil.

 

Yazıçı üçün, o cümlədən də Əkrəm üçün Söz azadlığı məfhumu var və bu yaradıcılıqda olduqca vacib cəhətdir, ancaq yazıçının yazdığına münasibət bildirməkdə də Söz azadlığı məfhumu var və bu da eyni dərəcədə vacib cəhətdir.

 

Burası da yəqin təsadüfi deyil və eyni zamanda əlamətdardır ki, «Daş yuxular» bədii cəhətdən də Əkrəmin zəif əsərlərindən biridir. Burada siyasi publisistika bədiiliyi tamam küncə sıxıb və çox acılar ki, bu yazının emosional təsiri bədii-estetik hadisə yox, qəddarlığın, vəhşiliyin birtərəfli, yəni antiazərbaycan təsvirindən doğan sosial hadisədir.

 

Aydın məsələdir ki, hansı bucaqdan yanaşırsan, yanaş, bu romanı heç vəchlə qəbul etmək mümkün deyil, ancaq mən onu da qəbul etmirəm ki, bu yazı ilə bağlı tənqidi, həm də haqlı, prinsipial və kəskin tənqidi, müəllifə qarşı təhqir, təqib və fiziki hədələr əvəz etsin. Mən vətəndaşlarımızı, xüsusən də min bir qəzavü-qədər içində olmuş, min bir əzab-əziyyət çəkmiş, iztirablar içində yaşayan bir milyon qaçqın və məcburi köçkünlərimizi səbirli və mərhəmətli olmağa çağırıram. /kulis.az/

Yenililklər
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.