Aqşin Yenisey - Milli gender bərabərliyi
06.02.13

Mənim başıma bu “ağlı” dostum Seymur Baycan qoyub ki, sevdiyin qadına gül aldınsa, vay halına. Guya, bizim qadınlar evə əligüllü gələn kişiyə bir az birtəhər baxırlar, evə əlipullu gəl, eybi yoxdu, kişi olmasan da, olar. Bunu Baycan deyir, babalı öz boynuna.

Avropalı gey Balaxanım Elton Conun bizim arvadlara sırıdığı gender məsələsini biz hələ qədim zamanlarda, nəinki qələmin, karandaşın, hətta qaz lələyinin belə olmadığı bir vaxta yazdığımız “Kitabi-Dədə-Qorqud ” adlı yazılı abidəmizdə yoluna qoymuşduq. Dastanın o yerində ki, Oğuz ərənləri nəhəng bir öküzü yeyib-içmək üçün darta-darta, arxadan itələyə-itələyə bulaq başına kəsməyə, şişə taxmağa aparırlar və öküz qıpqırmızı geyinmiş, ayağı xınalı qırx incəbelli qız-gəlinin üstünə cumur, onları buynuzlamaq - bəlkə də, başqa şey etmək - istəyir, bu zaman hardansa bir gənc (sonradan o, Qazan xan adlandırılacaq) şığıyıb öküzün qabağına çıxır və özünü arvadlara göstərmək üçün istər-istəməz onun buynuzlarından yapışmalı olur. O biri igidlər də arxadan, öküzün quyruğundan geri dartırlar ki, yekə öküzsən, ayıbdı, qız-gəlinin üstünə cumursan. Qazan da qabaq tərəfdən buynuzlarından itələyərək öküzü, bir növ, palçığa batmış dəvə kimi qız-gəlinin arasından çıxarırlar.

Dastanın redaktəsi zamanı bəzi məqamlar bu hissədən çıxarılıb. Belə ki, Drezdendə saxlanılan orijinal nüsxədə öküzü ram edəndən, qız-gəlinin yerə dağılmış xonçalarını yığandan, həyət-bacanı süpürüb-təmizləyəndən sonra Qazan qayıdır ki, məni bayaq öküzün qabağına kim itələdi? Onu tutsam, minəcəyəm. Dastanın ikinci seriyasında məlum olur ki, Qazanı arxadan Alp Aruz itələyib ki, öküzün buynuzlarına keçsin, o, öləndən sonra da gələcəkdə Aruza xan olmaq üçün rəqib tapılmasın. Hətta dastanın Drezdendəki orijinalında göstərilir ki, Alp Aruzla Qazan arasında düsmənçilik də bu hadisədən sonra başlayıb və hər iki Oğuz ərəni əsl türk kişisi kimi hərəkət edərək elin malını, torpaqlarını və qırx incəbelli qızını öz aralarında tən yarı bölərək ayrılıblar.

Qız-gəlinin iki kişi arasında bu cür tən bölünməsi tariximizdə ilk gender bərabərliyi idi.

Hələ gör, ermənilər nə deyib Əkrəm Əylisliyə: guya, biz dədə-babadan arvad döyən xalqıq. Sübut kimi də lap qədim dövrlərə üz tutublar; guya, Azıx mağarasında tapılan qadın çənəsi o vaxt mağarada əri tərəfindən döyülən zavallı qadına məxsusdur, guya, biz Azıxda yaşadığımız vaxtlardan arvadlarımızı döyürük. Hara baxır bizim tarixçilər? Ola bilsin, bu çənə o vaxt mağarada dişini çəkdirmək istəyən qadına məxsusdur, sadəcə, stomatoloq bir az kobud davranıb, dişi çənəqarışıq çıxarıb, çünki o zamanlar tibb alətləri hələ təkmilləşməmişdi. Bunun nəyi arvad döymək oldu?

Əfsuslar olsun ki, bu gün gender bərabərliyini başqa cür başa düşürlər. O gün arvad-usaq yiyəsi olan bir dostumdan soruşuram ki, bu gender bərabərliyi məsələsini necə başa düsürsən? O boyda kişinin cavabına baxın; ailədə ər də, arvad da işləyirsə, ər aldığı 300 manat əməkhaqqının 250 manatını arvad-uşağın dolanışığına verib, qalan 50 manatını özünün yolpuluna, ayaqqabılarının yamanmasına, dişlərinin plomblanmasına, arvad isə qazandığı 700 manatın hamısını özünün əyin-başına, bər-bəzəyinə xərcləyirsə, bu, olur gender bərabərliyi. Deyirəm, bu genderi hardan uydurdun, belə gender olar? Qayıdasan ki, bu, bizim milli genderimizdi.

İndi gör Seymur Baycan nə deyir: “Bizim xalqda həmişə xoş günlər daha çox ər-arvad küsüşmələri, ata evinə qayıtma, qaydasız döyüş zamanı arvadın ər tərəfindən ağrıtörədici fəndlərlə cəzalandırılması ilə müşahidə olunur. Hətta bunlar da olmasa, hardansa səy bir öküz çıxıb ailələrimizi dağıdır. Arvad nədi, bayram nədi? Arvadınkı vaxtı-vaxtında doğmaq, qazan qaynatmaq, inək sağmaq, əsgi-üsgü yumaqdır. Kənd yerində arvad hansı gün döyülmürsə, onun üçün həmin gün “8 martdır”, Beynəlxalq Qadınlar günüdür. Bir də gördün, kişinin başı ota, dəryaza qarışdı, arvadı döymək yaddan çıxdı, üç gün kötəkləyən olmadı. Bu, o deməkdir ki, həmin külfətdə üç gün “8 mart” qeyd olunur.

Əgər evin kişisi on-on beş gün gəlib Qaradağın daş karxanalarında fəhləlik edirsə, deməli, həmin evdə arvada on-on beş gün “8 mart” olacaq, lap təqvimdə iyulun 29–u olsa da. Elə buna görə də kənd yerlərində ailələr daha möhkəmdir, daha sədaqətlidir. On beş gün “8 mart” bayramını qeyd eləyən qadın ərini atarmı? Yoxsa zavallı şəhər qadınları bütün il boyu gözləri yol çəkir ki, nə vaxt “8 mart “ gələcək, bayram edəcəklər: it iyisi verən bir şüşə ətir və qoxu üzünə özləri də həsrət qalan üç-beş dılğır çiçək - bu da sənə bayram! Belə allı-güllü “8 mart”dansa, heç nə günü sayılmayan cırhacırlı 28 avqust daha mənalıdır”. /publika.az/

Yenililklər
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.