Elçin Hüseynbəyli ilə görüş keçirilib
08.02.13

Bakının Xətai rayonunda yerləşən Heydər Əliyev adına liseydə, yazıçı-dramaturq, “Ulduz” jurnalının baş redaktoru Elçin Hüseynbəyliilə görüş keçirilib.

Məlumata görə, liseyin 5-ci sinif şagirdlərinin və lisey rəhbərliyinin iştirak etdiyi tədbirdə yazıçının “Ədəbiyyat” dərsliyində yer almış “Firuzə qaşlı xəncər” hekayəsi əsas müzakirə mövzusu olub.

Hekayə Xocalı qətliamından bəhs edir. Əsərdə Zeynəb adlı bir gəlinin körpə balasını erməni qəsbkarlarından qoruması, qarlı meşələrdən keçərək öz yaxınlarına qovuşması təsvir olunur.

Liseyin direktoru Fikrət Xəlilov, direktor müavini İradə Əsgərova, dil-ədəbiyyat müəllimi Gülarə Həmidova, Xocalı qaçqını və dil-ədəbiyyat müəllimi Zülfüqar Qəribov çıxış edərək sözügedən hekayədən və yazıçının yaradıcılığından söhbət açıblar. Onlar əsərin rəvan təhkiyə üstündə qurulduğunu, zəngin ədəbi dilə malik olduğunu və Xocalı faciəsini tam gerçəkliyilə əks etdirdiyini deyiblər.

E.Hüseynbəyli ilə şagirdlər arasında gedən dialoqda yazıçının həyat və yaradıcılığı hərtərəfli işıqlandırılıb.

Söhbətin əsasını yazıçının uşaqlıq illəri, Qarabağ mövzusu təşkil edib.
Yazıçı bildirib ki, Qarabağ onun ən həssas və ağrılı yeridir, ona görə də bu mövzuya tez-tez müraciət edir.
Sonda yazıçı şagirdlərlə xatirə şəkli çəkdirib. /publika.az/


Yenililklər
17.04.25
Yeni sənədli film - “İrəvan qalasında erməni xəyanəti”
15.04.25
Karakasda poeziya həftəsi - Mahir N. Qarayev
15.04.25
Bədirxan Əhmədli: 70 yaşın işığı
29.03.25
Təkcə sən gəlib çıxmadın
27.03.25
İlqar Cəmiloğlu - Səni məndən soruşana nə deyim?
13.03.25
Professor Bədirxan Əhmədli: Universitetlərdə hələ də sovet dövrünün dərsliklərindən istifadə olunur - MÜSAHİBƏ
03.03.25
Darıxmağın “Təcili yardımı” Kənan Hacı
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.