Ayxan Ayvaz - Uçan xoşbəxtlik
20.02.13

Keçən ilki bir hadisə yadıma düşdü. Axşam evə gələndə masanın üstünə qoyulmuş qəfəsdə bir tutuquşu görmüşdüm. Sarı tüklü, yanaqları qırmızı, pırpızlı, tez-tez cikkildəyən bu quşu görəndə sevinmişdim.

Tutuquşunu qonşu bizə pay vermişdi. Oğlan danışırdı ki, bu quş onların evinə pislikdən başqa bir şey gətirmədi. Demə, onların başına gələn əcaib hadisə məhz bu tutuquşunun üzündən baş veribmiş. “Düşər-düşməzi var” haqda danışan qonşu uşağı onu satmaq istədiyini də dedi. Ancaq nə illah eləsə də tutuquşunu alan tapılmırmış. Hətta bir dəfə qonşu oğluna kömək üçün qardaşım da heyvan satılan mağazaların canına düşüb, ancaq heç kim quşa yaxın durmayıb.
Onda qardaşım quşu geri gətirməli olub. Yolda tutuquşunu görən insanlar onu qorxuya salmış, bir anın içində bu yanağı qırmızıdan səs çıxmayıbmış. Qardaşım onun öldüyünü zənn edəndə quşdan səs çıxıb və o da belə yozub ki, bu quşda nəsə hikmətli bir şey var. Qonşu oğlan da bu səbəbdən onun bizdə qalmasını istəyib. Onun ürəyinə damıbmış ki, bu quş bizim evə xoşbəxtlik gətirəcək.

Onda tutuquşu kimsəsiz bir yerə düşdüyü üçün yaman hövsələsizlik edir, qəfəsin o başına, bu başına tullanır, bizi balaca, kədər ifadə edən gözləri ilə süzürdü. Anladım ki, o qəfəs quşu deyil. Onunki özgür, heç bir yerə bağlı olmadan istədiyi yerə uçmaqdır.

Düşündüm ki, əslində bizim hamımız dəmir barmaqlıqlara, ya da aşa bilməyəcəyimiz divarlara həbs olunmuşuq. Məhbusluğumuzun bəraəti hələ ki bilinmir və yəqin uzun müddət də anlaşılmaz olaraq qalacaq.
Tomas Eliotun fikridir: “İnsan öz dərisi ilə özünə həbs olunmuş bir məxluqdur”. Bu sarı tutuquşu isə insan deyildi və görünür, onun üçün bunun elə bir əhəmiyyəti yox idi, o, sadəcə istədiyi yaşam tərzini əldə etmək istəyirdi. Necə ki, hər insan bunu istəyir, ancaq təəssüflər olsun ki, bu həmişə müsbət nəticələrə gətirib çıxarmır. Tutuquşumuzun isə bundan xəbəri yoxdu, olsa da o bunu nə anlayacaq? Onun dünyası, dili tamam ayrıdır. Sanki o yad bir ölkədən gəlmiş və bizim evin durumunu görüb öz-özünə bu haqda danışır.

Anlayıram ki, tutuquşu cikkildəyərək nə isə danışmağa, dərdini bölməyə çalışır. Bütün çırpınmalar, vuruşmalar hamısı insanın, ya da var olmuş bütün canlıların həyat sirrini öyrənmək cəhdi, burda nəyə görə yaşadığımızı anlamağa çalışmaq deyilmi?

Deyəsən, həmin oğlanın özgürlük anlayışından xəbəri yoxdur. Gərək ki, onun da bir gün yıxa bilmədiyi şeyləri dartıb qırmaq, qaçıb haralarasa uzaqlara getmək fikri olacaq. O, bizə verdiyi tutuquşunun nələr çəkdiyini onda başa düşəcək. Anlayacaq ki, özgürlük yalnız taleyi parlaqların deyil, taleyi sınıqların da haqqıdır.

Və mən bir gün görəcəm ki, həqiqətən də, hər kəs hər şeyə qadirdir və aşıla bilinməyəcək heç bir sədd, divar yoxdur. Onda tutuquşu dəmir barmaqlıqların arasında, öz qəfəsində olsa da başa düşəcək və duyacaq ki, artıq içində bir özgürlük yaşayır, onun taleyinə yad olan, ancaq həmişə arzuladığı xoşbəxtlik dustaq görkəmində olsa belə, yenə də üzündə yansıyacaq.Tutuquşunun bizim taleyin bir parçası olduğunu hiss edirdim.
Ancaq onun yeri bura deyildi. Bəli, elə düşündüyüm kimi də olmuşdu.

Keçən il idi. Tutuquşu hələ təzəcə bura gəlmişdi. Qəfəsi açıq saxladığımı unutmuşdum. O, açıq pəncərədən öz xoşbəxtliyinə doğru uçmuşdu. Mən buna görə onu heç qınamadım da. Gec-tez hamının azadlığa ehtiyacı var. İndi o ötən ildən tutuquşunun qəfəsi bizdə qalıb. O qəfəs də sanki kimisə gözləyir… /teleqraf.com/

Yenililklər
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.