Əsəd Qaraqaplan - Həyat bədbəxtləri bağışlamır!
25.02.13

Murad Köhnəqalanın anatomiyası

Dostumuz Murad Köhnəqalanın bədbəxtliyi ondadı ki, o, həmişə elə bilir hər şeyi, hər yeniliyi ədəbiyyatımızda birinci özü edib. Halbuki, onun elədikləri sadəcə bir söz olaraq keçərli olur, ya da ən yaxşı halda dedikləri “başlanğıc” olaraq qalır. Tarixsə çox amansızdı. O, yalnız sona qədər prinsipial olanları sevər və ancaq danışanlarısa bağışlamaz.
Murad Köhnəqala nə qədər düşünsə ki, bütün yaxşı şeyləri birinci o eləyib, mən də belə düşünürəm ki, o, həm də ən pis şeyləri də birinci edənlərdəndi. Yəni ikitirəlik onun qanındadı.
O, eyni bir şeyi həm söyə, həm də biraz sonra təyifləyə bilər. Həm də yaşının bu çağlarında.
O, eyni bir şeyi “qəti etməyin” deyə bilər, ama biraz sonra bunu nəinki “edin” deyər, həm də birinci özü edər.
Murad Köhnəqala, məsələn, bir zamanlar əlindən öpməyə hazır olduğu adamın bir az sonra qulağını kəsməyə və üzünə tüpürməyə də hazır olar.
Murad öz xalqını, millətini aşağılayar və bir müddət sonra böyük bir xalqsevər və millətsevər kimi ortaya çıxa bilər.
Murad kütləni amansızca qamçılaya bilər, amma bir müddət sonra kütlədən də betər düşünə bilər.
Murad özünü gənc sayıb, gənclərə məsləhət veriməyin mənasız olduğunu da bağıra bilər, amma bir müddət sonra gənclərə məsləhət verməklə qalmaz, onların önünə bir ağsaqqal səddi də çəkməyə hazır olar və yeri gəlsə, onları dediklərini etmədiyinə görə söyüb-təhqir də edə bilər.
Murad “qızlarımız fahişədir” deyə bilər, ama bir müddət sonra namusdan, qeyrətdən ağızdolusu danışa bilər.
Murad özünü anti-mentalitetçi göstərə bilər, amma mental damarına basılanda ilan kimi adamı çala bilər.
O, həm dini mətn, həm də ateist mətn yazan ilk müəllifimizdi.
O, həm dindar ola bilməyən, həm də ateist ola bilməyən yeganə adamdı.
O, nə dinə tapınar, nə də dinsizliyə...
O, məsələn, şifahi təfəkkürlü biri olaraq həmişə özünü yazılı ədəbiyyatda sınamağa cəhd eləyən biridi.
O, məsələn, yaza bilmədiyi böyük mətnlərin qisasını balaca köşə yazılarıyla almaq istəyən biridi.
O, məsələn, içində aşıq ola-ola, aşıqlığa üzdə lağ edən, bu tip şeylərə anektod qoşan biridi.
O, məsələn, doğulduğu torpağın genetik koduna uyğun olaraq başı kəsilmiş ot olmaqdansa, həmişə boyundan yuxarı tullanmaq – “uzun” görünmək istəyən biridi.
O, həmişə söyər və bunu “söz azadlığı” bilər, ama kimsənin onu söyməsinə dözə bilməz və bunu “tərbiyəsizlik” hesab edər...
Amma dedim ya, tarixsə çox amansızdı. O, yalnız sona qədər prinsipial olanları sevər və ancaq danışanlarısa bağışlamaz...
Həyat bədbəxtləri bağışlamır!
P.S. Bu yazını Murad Köhnəqalanın Əkrəm Əylisliylə bağlı səsləndirdiyi fikirlərə, bu fikirlərdəki özünü ələvermə, ifşaetmə və əvvəllər dedikləriylə üst-üstə düşməyən ikitirəli fikirlərinə, mövqeyinə görə yazdım. Muradın, yaşı 50-ni çoxdan keçmiş bu yazarın Əkrəm Əylisliyə qısqanclıqdan doğan fikirləri təkcə onu ələ verib, ifşa etmədi, həm də yaşlandıqca bu adamın üzə çıxan iç üzünü, əsl mahiyyətini də göstərdi. Şəxsən mən Murad Köhnəqalanı belə tanımırdım, düzünü deyim, belə tanımaq da istəmirdim. O, axı doğrudan da başqa biri idi biz gənclərçün... Bu fikirlərdən sonra isə sadəcə yerimdə donub qaldım və onun bugünə qədər dediklərinə, etdiklərinə bir də diqqqətlə baxmağa, gördüyüm ikitirəliyi yazmağa qərar verdim. /azvision.az/

Yenililklər
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.