Niyazi Mehdi - “Rayonnuların” zərəri
07.03.13

Əski bir kommunist ideyası

Kənd və şəhərlə bağlı sovet dönəmində iki tez-tez səslənən çağırış vardı. Biri şəhərlə kəndin fərqinin aradan götürülməsi, o biri isə tələbələrin təyinatla kəndə işləməyə göndərilməsi. Hər ikisi aktuallığını indi də saxlayır. Çünki Bakı kənddən axışıb gələnlərin sayından qarnındakı köpdən şişib köynəyini, budur ha, partladacaq bədənə oxşayır. Çünki Bakıda oxuyanların geri qayıtması böyük problem olaraq qalır.

Sovet dönəmində sosialist iqtisadiyyatı ilə şəhərlə kəndi yaxınlaşdırmaq utopiya idi. Düzdür, əyalətlərin elektrikləşdirilməsi, qazlaşdırılması onları paytaxta bir az yaxınlaşdırmışdı. Ancaq yaxınlaşdırmışdı BİR AZ.
Kəndi adamlar üçün nə dözülməz, oradan qaçılası məkan edirdi? Suyun, istiliyin, sərinliyin, çimmənin, tualet təmizliyinin problem olması. Dükanlarda mal qıtlığı. Müəllimlərin savadsızlığı (hərçənd şəhərdə də müəllimlərin çoxu savadsızdı), əyləncə yerlərinin, yəni gecə barlarının, klublarının olmaması.

Pisə aparan demoqrafik proseslər

Bakının tıxaclarının, Bakıda yaşayışın ağırlığının nədənlərindən biri anormal demoqrafik proseslərdir. Bölgələrdən gəlib Bakıda yaşayan adamlar maşınları ilə buranın yollarını doldururlar, onların tüstüsü ekoloji durumu ağırlaşdırır, Bakını basa-bas dünyasına çevirirlər.
Bütün bu yazdıqlarım çeynənmiş gerçəkdir və “rayonnular gəlib Bakını korlayıblar” deyiminə dəxli yoxdur. Mən qəfildən ağlıma gələn sorudan təəccübləndim və istərdim ona kimlərinsə cavab tapması üçün səsləndirim.

XXI yüzilin şəhər-kənd yeniliyi

Bölgələrlə Bakının mədəni, sosial baxımdan yaxınlaşması üçün ideal şərait indi yaranıb. Bəs onda nədən “şəhərlə kəndləri yaxınlaşdırmaq” çağırışı unudulub?
Sovet dönəmində İnternet, Skype, mobil telefonlar yox idi. Bu o deməkdir ki, adamların şəhərdəki qohumlarla xəbərləşməsi problem idi, onun üçün də birləşmək üçün şəhərlərə can atırdılar. Ən əsası isə odur ki, adamlar, özəlliklə, gənclər informasiya çatmayan, “dünyanın o başı” anlayışına uyğun gələn yerdə yaşamaqdan “kəndçi” kompleksi duyub öz axar-baxarlı evlərini, həyətlərini buraxıb kirasına yaşamaq bahasına da olsa, Bakıya köçürdülər. İndi, axı, elə deyil. İnternet, Skype, mobil telefonlar Bərdəni, Gəncəni, Qubanı və daha neçə-neçə bölgə mərkəzlərini, xeyli kəndləri dünya xəbərləşmə, informasiya axınına qoşub.

İndi bölgədə çanaq antenləri, kabel TV-ləri var, Türkiyədən tutmuş dünyanın hər yerinə baxa bilirlər. İndi onlar saytların sayəsində qəzetləri və dərgiləri həməncə oxuya bilirlər. Bölgə dükanlarında, restoranlarında səliqə elə Bakıdakı kimidir. Mallar da əsasən, Bakıdakı kimidir. Pul varsa, həyət evlərində təmiz Avropa sayağı tualet, əla hamam problem deyil. Hava təmizdir. Yayda kondisioner sərinliyi də problem deyil. Əsas problem puldur. Ona görə “pul Bakıdadır” deyib Bakıya gələnlərin sayı artır, gələnlərin çoxu qəpik-quruş qazansa da. Hərçənd mənə elə gəlir ki, pul qazanmaq üçün rayonda geniş şərait yaransa, yenə xeyli gənc Bakıya axışacaq.

Nə etməli?

Bölgələri gənclər üçün maraqsız edən çox ciddi məsələ orada oğlan və qızların ünsiyyətinə qoyulan namus yasaqlarıdır. Orada hələ də oğlanların dünyası qızlarsızdır. Orada hələ də nəinki qızların oğlanlarla, hətta rəfiqələri ilə kafedə yığışmasına pis baxırlar. Bax, bu tip guya namus yasaqları öz şəhərlərini gənclər üçün dözülməz edir.

Bölgə adamlarının Bakıda yaratdığı basırığın transportda, tıxaclarda, ekologiyada yaratdığı xərclər hesablansa yaxşı olar. Bunun üstünə gələk bölgələrin boşalmasının zərərlərini. Güman ki, çox böyük rəqəmlər alınacaq. Bəlkə dövlət o zərərlərin pulu hesabına bölgələrdə gənclərin ev almasına, işləməsinə şərait yaratsa, daha yaxşı olar ki, Bakıya axın dayansın? Rayonlarda oğul-uşaq ata-ananın gözü qabağında olsun? O zaman xeyli Bakı qızı ərə gedib rayonlarda rahat evlərdə yaşamaqdan çəkinməzdi, Bakı oğlanları da qız alıb orada qalardılar. Beləcə, şəhərin psixolojisi, liberalizmi ora köçərdi. Elə Bakıdan bezmiş bir xeyli ziyalı da köçərdi!  /teleqraf.com/

Yenililklər
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.