Məqsəd Nurun hekayəsi
16.03.13

Pul söhbəti


I. Ayrıc 

- Çmo! Çmo! Çmo...
Min doqquz yüz səksən altıdan deyirəm. Öz-özümü, cəddi-əğrabamı söyəndə: “Çmolar! Çmolar! Çmolar...”, deyib rahatlanıram...
Qərarsızam. Hara getmək, harda qalmaq, nətər qazanmaq, bilmirəm. Krasnodara getmək istədim. Ksyuşanın yanına. Qaldım. İş çıxdı. Bizimkilər ağzıbəri qayıdır... Hamısının zatına nəhlət. Vaxt tapdılar qayıtmağa. Yol ayrıcındayam.
- Çmolar! Çmolar! Çmolar...


II. Triper

-... Hər yerdə adamları öyrənməyə çalışdım. Çox marıtlıyıb baxanam. Bir gün biri vurub çənəmi sındırasıdı. Hələ beləsi anasının qarnından çıxmayıb, amma... qızlara lap çox baxıram. Mən əsgərliyə gedəndə Mingəçevirdə qızlar bir başqaydılar (ora bazlığa gedirdim), indi bir başqa. Güllü-çiçəkli geyinərdilər. Şəhərə baxırdın, qız deyilən tül pərdə kimi yellənirdilər. Üzləri gülürdü. İndi çoxu nə gəldi  geyinir, göz-qaşına nə gəldi çəkir. Hər işləri qəsdəndi: biri saçını uzadır, dik gəzir, telini qırxıb yerə qoyur, başıaşağı gedir, qəsdən. Hər cürəsi. Onda bir cürəydi. Prostitutkalar çoxalıb. Mən gedəndə, həşdat altıda, prostitutkalar adnanıydılar. Goranboy kruqunda ikisi vardı. Biri qara zıbıtdığ, biri blandinka. Həşdat beşdə, Eldarnan ikisini də götürmüşdük, pulunu mən verəsiydim, getdik Kür qırağına, kabab çəkdik, mən onda bildim, triper nədi. Oğraş qızı, içdi, dedi, triperəm, qoymaram uşağı məndən korlana. Eldar da döydü, basdı maşına ki, canuvu alaram qəhbə, gedək başqasını tap gətir. Getdik Mingəçevirə, o da gətirdi. Qonşusuydu... Sonra, həşdat yeddidə, mən özüm öz canımda bildim də triper nədi. Yaxşıdı sifilisə tutulmadım. İndi yol qıraqları doludu. Hər qiymətə, hər cürəsi...
Bir tərəfdən yaxşıdı, nə istəsən var. Bir tərəfdən də bilmirsən, hansı siflisdi, hansı təmiz. Kim kimə deyə bilər ki, olası şeyi eləmə, olan şeydən dadma, öləsisənsə ölmə, qalasısansa qalma. Heç kəs öz qismətini bilmir...


III. Çala

(Neyçün bütün bunları sənə danışıram: bizə həyatı öyrədənlər lazımdı. Beşinci sinifdən götürsünlər, başımızın içini söküb təzədən yığsınlar. Sonra biz də başqalarını öyrədək. Sual pırtdıyıb çıxır: bəs heç kəsdən öyrənməyib məsəlçün dostunu, otaq yoldaşını, sözü özüvə götürmə, öyrədib adam eləmək istəyən nə işlə məşğuldu? Dəlləkliynən. Mədəni dildə eksperimentnən. Məsəlçün, vaxt gələr, sən mənə ustad kimi baxarsan, amma mənim ustadlığım eksperimentdi, öz canımnan çıxandı, bunu bil. Bunu sənə heç kim deməz, amma bil ki mənim müəllimliyim sənin başında dəlləklikdi. Nəyin varsa, özcə canından çıxacaq...)
İnanmazsan, adam hərdən detdom uşağı olmaq istəyir. Bu qədər qohum-əğraba, hamısı bir çaladı, çala... 


IV. Opal

-...”modern talkinq” dağıldı. Sarısaçın adı nədi...
- Diter Bolen...
- Bilirsən haa, videon olub?
- Rayonda var.
- Gətirərsən...
-...
-...Tərtərdə fezo vardı, bir nömrəli orta məktəbin yanında. Fezoda oxumamısan?
- Ticarətdə oxumuşam.
- Tərtərdə olmamısan?
- Çççı.
- Dərsdən qaçırdıq, gizdənirdik fezonun həyətində, bizim məktəbnən arasında bir beton deşiyi vardı: indi o deşik elə-helə də qalıb - söhbət həşdat birdən gedir, girib orda Opal çəkirdik. Opalın bir paçkası əlli qəpiyə...


V. Buluddağıdan

Zordu, oturmusuz Salyanda, elə bilmisiz Qarabağ bu tərəfdə yox, bu tərəfdədi... Fezonun həyətində erməni topları gizlətmişdilər: mən də rayona gedəndə o deşikdən girib topları çəkdim - fotoapparatı Mingəçevirdə Fərhaddan götürüb getmişəm, Zenitiydi, üç gününə 10 manat pul verdim, guya jurnalistəm (deyirəm, heç kəs inanmır), gətirdim Bakıya, mətbəədə göstərdim, bir ləzgi dostum vardı, istədi, verdim. İki gün sonra o şəkilləri hamı qəzetlər yaydı dünyaya, televizorlar göstərdi. Aləmi qatdım. Buluddağıdan topmuş. İçini dəyişdirib ağzını yönəldiblərmiş...

1996-1997

Yenililklər
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.