Şərif Ağayar - Bədbəxt Anar
18.03.13

Bəli, qonşuluğumda yaşayan orta yaşlı qadının əri müharibə veteranıdır. Oğlu isə ruhi xəstədir. Hansısa əsəb xəstələri dispanserində qeydiyyatdadır. Nömrəsini unutmuşam. Qızı artıq böyüyüb. Onlar balaca yataqxana otağında qalırlar.

Günlərin birində bu orta yaşlı, üzündən nisgil və yorğunluq yağan qadın mənə yanaşıb qaçqınlara verilən mənzillər üçün aidiyyəti quruma ərizə yazmağımı xahiş etdi. Təxminən belə: vəziyyətimiz ağırdır, artıq yaşanmaz və dözülməz hala gəlmişdik... Bizə mənzil verilsin.

Və nümunə üçün bir kağız verdi. Bu da ərizə idi. Yüksək vəzifəli və olduqca varlı bir şəxsə ünvanlanmışdı. Mən həmin adamın adını yazmıram. Ona görə ki, həmin adam Azərbaycanın əksər pullu adamlarının, qonşuluğumda yaşayan orta yaşlı qadın isə bütün imkansızların ümumiləşmiş obrazıdır.
Ərizəyə heç yox cavabı da verməmişdilər ki, yazıq qadının gözü yollardan çəkilsin. Düz 5 dəfə sifarişlə göndərmişdi bu məktubu. Mənə qəbzlərini göstərdi – inandırmaq üçün.

Ərizədə bunlar yazılmışdı.

“Sizin bütün imkansızlara əl tutduğunuzu, çətin vəziyyətə düşən ailələrə yardım etdiyinizi eşitmişəm. Ona görə də üzümü sizə tuturam. Oğlum ruhi xəstədir. 4 nəfərdən ibarət ailəmiz 12 kvadratmetrlik yataqxana otağında yaşayır. Həyat yoldaşım müharibə veteranıdır, səngərlərdə böyrəkləri xəstəlik tapdığından işləyə bilmir. Ona verilən pensiyə çörəkpulumuza güclə çatır.

Oğlum balaca ikən asanlıqla idarə edirdim. İndi böyüyüb. Gah yola qaçır, gah yataqxananın uşaqlarını incidir, gah da itir... Qonşuların tənəsindən cana gəlmişəm. Evdə qapını üstündə kilidləyib gedərəm qonşuya... Qorxuram özünü toka versin, evdəki avadanlıqları sındırsın. Onu bir dəfə ruhi dispanserə apardılar. Gedib ordakı şəraiti görəndə dəhşətə gəldim. Oğlum orda qalsaydı məhv olub gedəcəkdi. Üstümə necə ağladı yazıq uşaq. Mən anayam, bunu heç cür götürə bilmərəm.

İnanın, bu ərizəni sizə göz yaşlarımla yazıram. Çünki oğlumun İranda müalicəsi var. Ora getmək üçün 2 min manat pul lazımdır. Uşağın həkimi söylədi mənə. Dedi, ikicə kurs müalicə ilə uşaq tam sakitləşə bilər. Adam biləndə ki, balasının xəstəliyinin əlacı var onda rahatlıq tapa bilmir. Mən bu 2 min manat üçün qapı süpürməyə, yol təmizləməyə, yük daşımağa, bir sözlə ən ağır işlərdə belə işləməyə hazıram. Buna fiziki gücüm çatar. Amma hardadır o iş? Düşünürəm ki, bir azdan yaşlanacam, oğlum daha da böyüyəcək, o zaman aqibəti necə olacaq? Atası da xəstədir axı. Qohum-övladın hamısı qaçqındır. Heç kəsin imkanı yoxdur ki, bizə yardım eləsin. Allah xatirinə bizə köməkdarlıq edin.

Sizdən artıq dərəcədə xahiş edirəm. Atası uzun müddət müəllim işləyən, qardaşı şəhid olan, əri vətənin səngərlərində xəstə düşən bir Azərbaycan qadını kimi. Bir ana, bir bacı kimi...

Ümidim sizədir. Məni gözüyaşlı qoymayın.”
Mən isə qonşu qadının xahişinə əməl edib Qaçqınkoma ərizə yazmalı idim. O, ailə vəziyyətinin yoxlanmasını və tədbir görülməsini xahiş edirdi.

Oğlunun adı Anardır.
Məşhur xalq yazıçısına sevgiylə qoyublar bu adı və düşünüblər ki, onun kimi adlı-sanlı, xoşbəxt bir adam olacaq. Olmadı amma...
Aram yaxşıdır Anarla. Onu hamı kimi evimizdən qovmuram heç vaxt. Bütün suallarına səbrlə cavab verir, söyüşlərinə dözürəm.
Sabah axşam hökmən bizə papaq atacaq. Amma hamı kimi atıb qaçmayacaq, papağın dalınca özü də gələcək içəri. Əllərini biri-birinə sürtüb ürəkdən gülə-gülə... /qafqazinfo.az/

Yenililklər
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.