Aqşin Yenisey - Tanrının göndərdiyi kapitan - Nuh
18.03.13

Türk yazıçısı Yaşar Kamalın “barmaq boyda” dediyi “İncə Memmed” haqqında yazdığı romanını kitabxana küncünə tullayıb, sözün bütün mənalarında bərbəzəkli, Nobel almış yazıçımız Orxan Pamukun romanlarından bu cümlə ilə başlayan bir əsərinə keçək: “Bir gün bir kitab oxudum bütün həyatım dəyişdi”.

Roman başdan-başa ucuz romantik duyğuların əsiri olan, bütün həyatını sevdiyi qadının özüylə deyil, onun, guya, əfsanəvi xəyalları ilə keçirən, bundan ötrü həftələrlə bir avtobusdan düşüb, o birinə minən, şəhərdən-şəhərə yol ölçən, gecələr səhərəcən yatmayıb sokaklarda veyillənən, siqareti siqaretə calayan, bir sözlə, heç bir faydalı iş əmsalı olmayan bir avaranın həyatından bəhs edir. Eynən Hind kinosu.

Sualım başqadı; ümumiyyətlə, kitablar insan həyatını dəyişməyə qadirdirmi? İnsanların yazdığı kitabları bir yana qoyaq, bəşəriyyət Nuh əyyamından bu yana peyğəmbərlər vasitəsilə Allahın yer üzünə göndərdiyi kitabları oxuyur: oğurluq etmə, fahişəlik etmə, adam öldürmə, acgöz olma, nə bilim, donuz əti yemə və s. Ancaq bəşəriyyəti öz taxta gəmisinə doldurub bizim bu Naxçıvan həndəvərində xilas etmiş Nuh kişinin “ilahi kapitanlığından” üzü bu yana oğru yenə oğrudu, fahişə yenə fahişədi, adam öldürənin əlindən silahı almaq mümkün olmayıb, acgözün gözü yenə acdı, donuz əti qadağan olunmuşlar üçün restoranlarda menyular “lülə, tikə, qaban” kababları ilə başlayır.

Hanı bir kitab oxuyandan sonra dəyişən həyat? Hanı hətta ilahi kitabların arzusunda olduğu insan? Hanı bir kitab oxuyub oğru olmaqdan əl çəkən oğru? Hanı bir kitab oxuyub fahişəliyini tərgidən fahişə? Hanı bir kitab oxuyub gözütox olan acgöz? Hanı bir kitab oxuyub qaban kababına tamahı küsən ətyeyən?

Deməli, Orxan abinin romanı ilk cümləsindəncə ədəbi gopdu. Hə, ömrü boyu heç bir kitab oxumayan adam təsadüfən bir kitab oxusa, nəsə yüngülvari psixi, ruhani “deformasiyaya” uğraya bilər. Bu gopda xırda bir həqiqət də var: sevənə qədər kitab oxumayan, sevəndən sonra kitab oxuyub öz sevgisinə asi çıxan adam haqqında mənim heç bir müsbət təsəvvürüm yoxdu.

Sevirsənsə, oxuma, kitablar ailəni dağıdacaq, oxuyursansa, sevə bilməyəcəksən, əmin ol. Yenə kitablar səni ailə qurmağa qoymayacaq. Dünyada ciddi sevgidən bəhs edən əsərlərin heç biri xoşbəxt sonluqla bitməyib. Ciddi kitabların, demək olar ki, hamısı qadının əleyhinədir.

Səkkiz yaşımda, həyatımda ilk kitabı oxuyanda doxsan yaşlı nənəm ölməyə başladı. Arvadlar onu yorğan-döşəkdə yerə uzadıb başına yığışmışdılar; hamı əli qoynunda Əzrayılın yolunu gözləyirdi. İlk dəfə idi ki, insan əcəlinə tamaşa edirdim. Arvadın üstünə ağ mələfə sərmişdilər və nənəm o mələfənin altında yatmağa çalışan qızdırmalı çağa kimi hərdənbir əlini-ayağını tərpədərək can verirdi. Mən oxumağa başladığım ilk kitabı bitirdiyim gün nənəm öldü.

Sonra yenə kitablar... kitablar....

Sözsüz ki, ilk kitabı Allah özü yazıb. Bütün yazıçılar onun kitablarının təsiri altında yazıb-yaradırlar. Kitab yazmaq insanın Allaha bənzəmək arzusudur və bundan gözəl arzu ola bilməz düşüncəsindəyəm.
Servantesin məhşur “Lamançlı Don Kixot” əsərində kitablarla bağlı bir səhnə var. Keşiş və Don Kixotun bacısı qızı bu qərara gəlirlər ki, onun başını cəngavərlik haqqında oxuduğu kitablar xarab edib. Hər ikisi Don Kixotdan gizli onun kitabxanasına girib, kitabları saf-çürük etməyə başlayır və yandırılacaq kitabları pəncərədən çölə vızıldadırlar. Əslində, bu səhnədə Servantes keşiş və bacıqızının əliylə öz dövrünün ədəbiyyatını saf-çürük edir və insanlara gop, yalan danışan kitabları tonqalda yandırılmaqla cəzalandırır. O kitabları ki, Don Kixot kimi ağıllı adamı xeyirxah cəngavər olduğuna inandırıb çöllərə salmışdı.

Ağıllı adamlar hər şeyi kitablardan öyrənib, hətta sevməyi də... /publika.az/

Yenililklər
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.