Qalib Şəfahət - Daş
19.03.13

Əmirxan öləndə kənddə hamını çox kədərləndirmişdi.  “Öldü canını qurtardı, bu əzab-əziyyətdən;” - deyib, - çoxları deyinirdi!
Çox sakit təbiətli,qayğıkeş bir insan idi Əmirxan. Oğlu Zahir mənimlə bir sinifdə oxuyurdu. Arada bir boş vaxt tapanda məktəbə gələrdi, oğlunun oxumağı ilə maraqlanardı. Kolxozda mühasib köməkçisi işləyirdi. Ona-buna sənəd-sünət düzəltməklə, ordan – burdan beş-on manat tapıb, ailəsini dolandırırdı. Altı qızdan sonra, oğlu dünyaya gəlmişdi. Oğlu dünyaya gələndə elə bilirdi dünyanin ən bəxtəfər bəndəsi idi. Elə bil ciynindən ən ağır yük götürülüb. Daha nəslının davamçısı olacaq! kimsə Əmirxana göz aydınlığı verəndə, bilmirdi ona hansı xoş sözlərlə cavab versin.
....Oğlu birinci sinifə gedəndə iki qızı artıq ailə həyatı qurmuşdu.
Əmirxanın babası Əmir xan kəndxuda olub, şura hökuməti qurulmamışdan əvvəl. Şura hökuməti qurulduqdan sonra kişinin əlində-ovcunda olan nəyi varsa, bütün var-dövlətini əlindən alıb, sonrada özünü sürgünə göndəriblər. O gündən kişidən bir xəbər-ətər çıxmayıb. Atası Zeynal onda körpə uşaq olub. Anası bir qarnı ac, bir qarnı tox, yetimçiliklə böyüdüb, boya-başa çatdırıb. Zeynal da oğlu dünyaya gələndə,atasının adını yaşatmaq üçün, oğlunun adını Əmirxan qoyub. Qoy nəslimin izi itməsin...
Orta məktəbi bitirib, Zahir də ali məktəbə daxil oldu. Əmirxanın sevincinin həddi-hüdüdü yox idi. Allah, sənə şükür olsun, bu oğlu sonradan mənə verdin, yaşımin keçən vaxtı olsa da arzularım gözümdə qalmadı. Dost-tanış Əmirxanın sevincinə şərk olub, bir gün yığışıb onu təbrikə gəldilər, Əmirxanda gözəl bir stol açdı, Zahirin şəninə toslar qaldırıldı, yaxşı sözlər deyildi. Gün o gün olsun İnstitutu bitirsin, toyuna yığışaq. Arzümüz budur nəvə toyunda təbrik edək səni, ay Əmirxan! Onda əsl həngamə olacaq...
Bu sözlər Əmirxanin sinəsinə yağ kimi yayıldı. Ən böyük arzusu idi nəvə görmək. Ürəyində tutmuşdu ki,babasından əmanət qalan adı nəvəsinə verəcək! Nə vaxtsa nəslinin əvvəlki şöhrəti qayıdacaq. Özündə buna çox əmin idi. Ot kök üstə bitər deyib, öz-özünə təsəlli verirdi.
Bir gün xəbər gəlib çatdı ki, Zahir bir qıza ilişib, qiz yaxasından əl çəkmir. ”Ya sənin olmalıyam, ya da qara torpağın.”- deyib, dad-aman edir. Qohumları da deyib ki, ”Qızın başına bir iş gəlsə, axırına çıxacağıq. Bizim el içində başımızı aşağı edib, papağımızı yerə soxa bilməzsən!”
Qız, uşağı olmadığına görə bir il əvvəl ərdən çıxıbmış.Yazıq uşaq nəfsinə qurban getmişdi. Qızin şirin dilinə uyub, ağ maya baldırları ağlını başından çıxarıb...
Qızın qardaşı ilə dost olmuşdu Zahir. Arada dostugilə gedəndə qizla orda bir- birini görüb, aşiq-məşuq olublar. Qizmı ona vurulub, omu qıza vurulub, əllərinə fürsət düşən kimi sərhədi keçiblər. Bununla da Leyli-Məcnunluq başlayıb, nə başlayıb...
Münasibətlərin pisləşdiyini görən Əmirxanın ürəyincə olmasa da toy edib Səriyyəni evinə gəlin gətirdi. Ortada bir isti münasibət olmadığına görə, O gündən evdəkilərlə Səriyyə arasındakı soyuq  münasibət soyuq da davam etdi. Bir dəfə Zahir Səriyyə ilə ayrılmaq  fikrinə düşmüşdü. Səriyyə tərəfdən ismarıc çatdırmışdılar ki, ”Ağıllı ol bala,səni elə itkin salarıq ki, yerini-yurdunu da bilən olmaz! Ağlını başına yığ,sakitcə dolan!”
Zahirin ad günündə Səriyyənin ata-anası, bacı-qardaşı, xüsusi təmtaraqla onun ad gününə gəldilər. Kişini elə təmtaraqla təbrik elədilər ki, elə bil Zahir bunlar üçün ən  dəyərlı, ən qiymətli bir adamdır. Qaynatası “Cip”in açarını xüsusi təmtaraqla ona hədiyyə etdi: ”Bala, səndən artığı sürəsi deyil ki!..Yad deyilsən, sən də bizimkisən! Səni bu vaxt sevindirməyib, nə vaxt sevindirəcəyik?! Xeyr işlərə sürəsən, bala. Bax, nə dərdin-sərin olsa, çəkinmə ha...Bəs biz burda nəyik?!..”
 Əmirxan yaşa görə təqaüdə çıxmışdı. Daha işi-gücü, evdə-eşikdə, həyat-baca ilə məşğul olmaq idi. Böyükdən-kiçiyə Əmirxana “müəllim” kimi,” əmi” kimi yox, Əmirxan deyə müraciət edirdilər.
Əmirxanın arvadı Tükazban xeyli müddət idi ki, yataq xəstəsi düşmüşdü. Deyirdilər ki, yazıq arvad oğlunun əlacsızlığına dözməyib iflic keçirib. Həkimlərin köməyi nəticəsində yaxşılaşsa da yataqdan qalxa bilməyib. Əmirxandan başqa bir qaşıq su  verən də olmayıb yazıq arvada. Əmirxan qayğısina qalır,qulluğunda durardı. Arada bir qızları gələndə qulluq göstərsələr, göstərərdilər, göstərməsələr, bütün qayğı Əmirxanın boynunda idi.
Tükazban can verəndə Əmirxana vəsiyyət eləmişdi: ”Oğlum  əmanəti, onu tək buraxma! Səndən başqa heç kəsə gümanım yoxdu!”- deyib, gözünü əbədi yummuşdu.
O gündən Əmirxan qanadı qırılmış quşa dönmüşdü. Əlacsız vaxtlarında arvadının qarası ilə deyinirdi: ”Eh!.. Ay Tükazban, canını göturub getdin, məni əlacsız qoydun bu fani dünyada, nə oğul baxır, nə də gəlin qulluq göstərir! Hələ bunlar bir yana qalsın! Bu gəlin də lap həddini aşıb. Heç əmi, dayı deməyi cəhənnəm, adımı da düzgün deməyi özünə sığışdırmayıb, ”Əmir, bunu belə et, Əmir, bunu oraya qoy”, deyib, əmr verir mənə. Ömrümü demirəm, adımıda gödəldib daha!
Bir həftədən çox idi ki, yatağa düşmüşdü Əmirxan. Yazıq kişi can verə bilmirdi. Gözlərini bir nöqtəyə zilləyib qalmışdı. Nitqi tam tutulmuşdu. Qohum-qonşu ona baş çəkməyə gələndə kövrəlib gözlərindən bir-iki damçı yaş axırdı..
Kişinin ölüb,canını qurtarmasını ən çox gəlini səbisizliklə gözləyirdi: ”Ölüb qurtarsaydı, işimizi bilərdik, Deyəsən, bu kişi ölməyib, bizi öldürəcək. Gedib-gələnin ayağı altında batdıq daha... Ölsəydi, öz canı da qurtarardı, bizim canımız da... Öz-özünə deyinirdi ki, teleofon zəngi onu xəyaldan ayırdı...
-Hə, ana, eşidirəm?
-Qızım, kişidən nə xəbər var, indi necədi?
-Eh... Ana, nə ölən kimi ölür, nə  dirilən kimi dirilir!
-Hə, qızım, nədənsə nigarandı, nəyisə gözləyir!.. Ona görə can vermək istəmir! Deyirlər, belə olanda ovcuna daş qoyurlar, onda can verir!
Bu sözlər gəlin üçün göydən düşmə oldu. Gedib həyətdan bir daş gətirib qaynatasının ovcuna qoydu.
Əmirxan elə bil bu daşa bənd imiş. Arzuları kimi, ölə bilməyən canı da elə bil çoxdan daşa dönmüşdü...

Avanqard.net

Yenililklər
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.