Narıngül - Bu bayramdan o bayrama ...
19.03.13

    Daha bir nəsnə də var, başımızı qatmağa , günümüzü məşğul etməyə.Yaxşı yaxud  pis mənada, ömrümüzü talamağa.

     Ömrümüz bayram-bayram azalır.  Bayramlara hesablanır. Bu bayramdan o bayrama yol gedirik
      Gedirik qarşılamağa.

  Bayramlara nə var ki... təqvimin dəcəl balalarıdır. Bellərinə lent  bağlamış,  seçilmiş, ərköyün balaları... Adi günlərdən bir az irəlidə, şıltaqcasına  bir-birinin yanına düzülüblər.

     Bayramlar həm də yaş  hesablama üsuludur.  Belə bir məsəl də var: “filankəs məndən bir bayram böyükdür”.

      Bayramlar bir az da ümidsizlərin günüdür... Yoxun, məchulluğun  içində  bir gözərtidir, işartıdır. İrəlini, teal  olan dünyanı xəbər verir. Yəni insanı ictimailəşdirir.
     Bayramlar ictimaiyyətin sifarişidir, insanı fərd olmaqdan çıxarır.

     Təqvimdəki bayramlar  hamı üçündür. Fərq qoymaz adamlar arasında. Gördün, adi günlərdən fərqlidir, dəyərləndir, qeyd elə, qiymət ver!  Amma “bayram sevincini yaşa”, stressi deyilən bir şey də var. Yəni sakit yaşadığın, həyatını planlaşdırdığın yerdə sifariş gəlir: bayramı qarşıla!  Kənardan sənə müdaxilə edilmir, şübhəsiz. Ancaq  beynin siqnalları, səni refleksləşdirir. Bayram gəlir... Hamı qeyd edir, sən də  etməlisən. Bu artıq insanın daxili, azadlığına, harmonal rahatlığına təcavüzdür. Həm də xatırlatmadır : sən bu cəmiyyətin bir orqanısan, “qopmağa” yerin yoxdur.  Hələ maddi və mənəvi əksiklikləri də var bunun. Büdcəsi bayram  durumunda olmayan insanların əhval ruhiyyəsi  qəfil qonağı gələn ev yiyəsinin əndişələnməsinə çox oxşardır. Diqqət və qayğıdan məhrum insanların aldığı mənəvi travmalara, “özəl gündür” düşüncəsi ilə   xüsusi diqqət uman həssas insanların  yaşadığı  psixoloji gərginliklərə fikir verməmək də olar...

     Psixoloji gərginlik demişkən, bayram günü gərginlikdən çıxmaq da şərtdir. ”Dəliyə hər gün bayramdır” deyərlər. Bir günlük  məsuliyyət hissini azaltmaq, ərköyünləşmək də olar. Təsəvvür elə ki,  ilin müəyyən günləri yer kürəsi dəlilərlə doludur... Dünyanın başı gicəllənir.

     İstəsək də, istəməsək də insanla birlikdə yürüyür, insanın içində  yaşlaşır bayramlar. Bir vaxtlar uşaq idilər. Atılıb düşür, sevinc qoxuyurdular. Sonra gəncləşdilər, romantik oldular, duyğu selinə dönüb ürəkdən –ürəyə keçdilər, fəzalara axdılar. Sonra yaşlaşdılar, müdrikcəsinə yuxarıdan baxmağı öyrəndilər.  Hərə istədiyi kimi   daşıdı, yaşatdı, qocaltdı.

     İnsan  heç nəyin fərqinə varmadan  ona verilmiş ömrünü  daşıyır. Daşıyır bu bayramdan – o bayrama....

     Əsla məhkumluk deyil bu... Sadəcə yaşam tərzidir!    
     Bayramlarınız  mübarək!

Yenililklər
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.