Anar Amin - Qırxıncı qapı

26.03.13

Allah Mikayıl Müşfiqə inayət etmədiyi ömrü ona inayət etdi!

O, dəstəmaz alıb Allaha, qələm götürüb sözə səcdə edir. Sözlə Allah arasında şair ömrü yaşamaq çətindi...

...Asanlıqla onun haqqını və istedadını dana bilərsiniz. Ancaq unutmamalısınız ki, Allahın bir adı da istedaddı. Kiminsə istedadını danmaq, Allahı danmaq kimi bir şeydi. Onun şeirlərini oxuya-oxuya bu qənaətə gəlirsən ki, o, doğulduğu əsrə sığışa bilmir.

Əsirlər boyu mey adamları, Göy adamlarının paxıllığını çəkib. O, səsi eşidən, sözü duyan, fikiri dəqiq cilalayan Göy adamıdı. Onunla sözün arasında mey yox, Göy var-Allah var...

Nisyə araqlardan içib, ucuz kafelərdə dava-dalaş salıb, sinəsinə döyərək dünyəvi şeirlər yazıram deyənlərə demək istəyirəm ki, siz haçan bu xalqın şerini yazdınız, indi də dünya şeiri yazırsız?

Çağdaş dünya şeiri necə yazılır gedin ondan öyrənin. Necə deyərlər, öyrənmək ayıb deyil, bilməmək ayıbdı...

Nəyin ki rus dilini, Azərbaycan dilini əməlli başlı bilməyən, indiyə qədər bir cümlə belə tərcümə etməyən, istedad çatışmazlığından əziyyət çəkən bəzi ağzı göyçəklər onun tərcümələrinə ağız büzürlər...

...Ağız büzən, ağzı göyçəklər, siz Həzrəti Adəm qədər, yaşasanız belə onu başa düşməyəcəksiniz. O istedadın bu üzünü yazıb, o üzünə adlayan şairdi. O doqquz yüz əlli il irəlidədi. Sizsə...  

...İstedad dolunu daşdıranda yox, istedad boşluğu doldurandadı... O, hazıra nazir olub, fikir üstə fikir quranlardan deyil. O, çox yaxşı bilir kimlər Ramiz Rövşənin dolan camını daşdırmaqla məşğuldu. Ancaq susur, dinmir... Bəlkə qorxur sözünü deməyə, bəlkə də qorxmur kəsdiyi du(ü)z çörəyin üstündən keçmək istəmir...
    
Bəs o nə istəyir?

...Bəlkə onun istədiyi sükutdu? Bəlkə danışmaq gümüşdüsə, susmaq qızıldı
deyənlərə demək istəyir ki, Allah nəyin ki, qızılı, küllü-kainatı sükutdan yaradıb. Allahın bir adı da sükutdu. Allah yaranmış deyilsə, yaradandırsa, onda Allah özü özünü yaradıb. Bəlkə elə o buna görə Allaha səcdə eləyir...
...O, bu dünyanın adamı deyil, baş götürüb o dünyaya getmək istəyir. Ona görə də daima özünü yad bir məkanda hiss edir. Onun içində baş götürüb getmək sevdası düyünlənib... O, fanidi, hamımızdan daha çox....

...Onu fani olduğu qədər xoşbəxt də saymaq olar. O, hər səhər iş otağına daxil olmazdan öncə Xaqani Şirvaniyə salam verib, İmaddədin Nəsimiyə baş əyib, Nizami Gəncəvinin üzünə qapı açır...

Nizami Gəncəvinin rəsmi onun iş otağının qapısıyla üzbəüz divardan asılıb. Divarın bu üzündə yuxarıda adını çəkdiyim və çəkmədiyim söz sərkərdələrinin rəsmləri, o üzündə rəflərə kitablar düzülüb. Divarın o üzü kitabxanadı.

O özü canlı kitabxanadı. Onu görən də kitab oxumaq, kitab görəndə o yada düşür. Onu kitabsız təsəvvür etmək mümkün deyil.

O saatlarla arxivləri axtaran, keçmişlə danışan, gələcəklə pıçıldaşan, ədəbiyyat fədaisidi.

Kitablar onun həmdərd, həmnəfəs, həmsöhbət olduğu dostlarıdı. O, birinci bənzərsiz şair, ikinci gözəl insan, üçüncü yaxşı dostdu. O, əsərlər tərcümə etməklə yanaşı, dostlarının dərdini, qəmini sevincə, şadlığa tərcümə etməyi də bacarır...

Onun ad günüə iki gün gecikdim...
O, dediyim söz sərkərdəsi Sultan Səlim Babulla oğludu!

12 dekabr 2012

Yenililklər
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.