Aqşin Yenisey - Faşistlər və bizimkilər

27.03.13

Neçə gündür evdə bayram avaralığı ilə məşğulam; türkmənlər kimi evin ortasında kənddən gətirdiyim mütəkkəyə dirsəklənib çürük fındıqlardan sındıra-sındıra rusların İkinci Dünya müharibəsindən bəhs edən sənədli filmlərinə baxıram. Şoloxovun yazdığı “İnsanın taleyi” gözümün önündə canlanır. Səhərdən-axşamacan, axşamdan-səhərəcən televizor olan otaqda toplar guruldayır, avtomatlar, tüfənglər şaqqıldayır, təyyarələr şəhərlərin təpəsinə dolu kimi bomba yağdırır, bir sözlə, həmin otaqda alman faşistləri ilə bizimkilər yenidən bir-birilərinin ətini didirlər. Hərdən bu döyüşlərin televizorda yox, elə evin içində getdiyinə o qədər inanıram ki, bəzən bir şey lazım olanda otağa sürünə-sürünə girib çıxıram, qorxuram avara güllənin biri, doğrudan da, ekrandan çıxıb təpəmi dələr. Hətta bir dəfə eşitdiyim guppagupdan hiss etdim ki, hansısa rus tank diviziyasının hücumunu göstərirlər. İstədim müharibə bölgəsinə - televizor olan otağa girəndə belimə qumbaradan-zaddan bağlayam, utanmaz-utanmaz başladım evdə qumbara axtarmağa, hətta arvaddan da soruşdum ki, qumbaraları hara qoymusan?

Bu lağlağı cümlələri yazmaqda amacım müharibənin insan psixologiyasını, hətta televizordan olsa belə, nə qədər zədələdiyini oxucularla paylaşmaqdı. Gör, indi həqiqi müharibə meydanında insan nə günə düşür.

Böyük müharibələr, adətən, torpaq qəsb etmək, sərvət toplamaq üçün deyil, böyük ideyaları həyata keçirmək üçün törədilir. Məsələn, Borodino çölündə Kutuzova məğlub olan və “Bu döyüşdə fransızlar qələbəyə layiq olduqlarını göstərdilər, ruslar isə məğlubedilməzlik hüququ qazandılar” deyib, öz rəqibinin qələbəsinə alicənablıqla yanaşan Napoleon, dünyanı tutmağa ona görə girişmişdi ki, öz dediyinə görə, dünyada haqq və ədalət yaratmaq istəyirdi və bir sərkərdə kimi bunun yolunu hərbdə görürdü. O düşünürdü ki, dünyada yalnız güc yolu ilə nizam yaratmaq olar. Onun öz məqsədi naminə tökdüyü qanlara, törətdiyi qırğınlara haqq qazandıran daha bir özünəməxsus yanaşması da belədir: “Böyük ideyalara görə xırda adamları qurban vermək olar”.

Hitler isə Birinci Dünya müharibəsindən məğlub çıxmış Almaniyanın ləyaqətini özünə qaytarmaqla yanaşı, həm də Nitsşenin arzuladığı “üstinsan”ı yaratmaq üçün Almaniyanın var-yoxunu müharibəyə, top-tüfəngə xərcləyirdi. Bu yaxınlarda “Komsomolskaya pravda” qəzetində maraqlı bir yazı çap olunmuşdu. Müharibə zamanı Hitlerə Belarusiyada boyu iki metr, səksən santimetr olan nəhəng adamın olduğu məlumatını verirlər. Hitler maraqlanır ki, bu nəhəng adam yaşayırmı? Fürerə adamın öldüyünü, artıq öz nəhəng qəbirində nəhəng ayaqlarını uzadaraq yatdığını deyirlər. Fürer dərhal bu uzundurazın sür-sümüyünü çıxarıb Almaniyaya gətirməyi əmr edir. O, bu nəhəng adamın DNK-sını götürüb üstinsan düzəltdirmək fikrində idi. O, öz beynindəki üstinsanı bu cür nəhəng təsəvvür edirdi.

Müharibələr özləri ilə fəlakətlər, qırğınlarla yanaşı, həm də maraqlı hadisələri, hətta gülməli lətifələri ilə də tarixə düşür. Gəlin, belə gülməli müharibə əhvalatlarından bir-ikisini yazaq, qanımız durulsun. Deməli, biz tərəflərdə, İranla həmsərhəd rayonların birində, əhalisi büsbütün fars mənşəli olan bir kənd var. Kəndin adını ona görə yazmıram ki, ucdantutma hamısı başdanxarabdı, birdən yazını oxuyarlar – hərçənd bu balığın göydə uçması kimi müşkül məsələdir – gəlib özümü yabalayarlar. Bu kənddən nə başqa kəndə qız verərlər, nə başqa kənddən qız alarlar. Öz adətləri, hətta öz bayraqları var. Müharibə başlayanda hərbi komissarlığın nümayəndələri bu kəndə də gəlirlər ki, əli silah tutan kişiləri aparsınlar. Müharibənin nə demək olduğunu anlamayan kəndlilər Hitlerin Sovet İttifaqına xaincəsinə hücum etməsindən danışan komissarın ağzına key-key baxırlar. Axırda kəndin ağsaqqalı soruşur: “tutalım, bizi müharibəyə apardınız, biz orda nə iş görəcəyik?” Komissar: “faşist öldürəcəksiniz”.

Bu vaxt böyürdən biri dillənir: “götürək elə məni, nə qədər faşist öldürməliyəm sizin üçün?” Komissar: “yaxşı döyüşsən beş-altısını gəbərdərsən”. Faşist sözünün nə demək olduğunu heç cür qavramayan başqa bir kəndli narazı-narazı gileylənir: “olmaz ki, siz bu faşistləri gətirəsiniz, biz elə öz kəndimizdə yabalayıb öldürək?” Bu əhvalatı yazmaqda demək istədiyim söz odur ki, hər bir faciənin içində bir gülüş var, onu görmək, o gülüşlə yaşamaq lazımdı.  /publika.az/

Yenililklər
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.