O dünyadan Şair Qabilin Fazil Mustafaya məktubu

29.03.13

Mahir Qabiloğlu

Ölüm hökmünün bərpasıyla bağlı təşəbbüsünün, hayqırtının səsi-sorağı bura da gəlib çıxdı. Bilmirəm o dünyada necədir, bu dünyada nə qədər istəsən səni  dəstəkləyən, sənə hay verən insan var, çaşdım mərhum var. İstər ziyalılar, istər öldürülənlər, istərsə də ölüm hökmündən dünyasını dəyişənlər. Biz dəqiq bilirik ki, sənin bu təşəbbüsün yerə düşəcək. Heç kim –hətta qətl qurbanlarının ailələri də qorxularından küçəyə çıxıb sənə səs verməyəcəklər. Heç seçicilərin də sənin səsinə səs verməyəcək, baxmayaraq ki, nə vaxtsa sənə səs veriblər. Avropa Şurası da sözündən qaçacaq. Deyəcək ki, mən tövsiyyə vermişdim, elədiniz. Eləməyəydiz.    Deputatlarımız isə DYP-nin piyada ölümünün və qəza qurbanlarının artmasıyla bağlı müraciətlərinə bundan sonra da səs verəcəklər, amma bu incə, “duyğulu” məsələdə inanmıram ki, qətiyyət göstərələr. Çünki, ölüm hökmünün ləğvi bizlik deyildi ki, bərpası da bizlik ola. Sadəcə olaraq səs verən deputatlarımız idi.
Burda isə səs verənin çoxdur. Mən, “Öz tiğimiz öz rişəmizi kəsdi sərapa” deyən böyük Mirzə Ələkbər Sabir, xalq şairi Süleyman Rüstəm və sairə, ilaxır. Mən sən dediklərini hələ 1999-cu ildə demişdim. Ölüm hökmü ləğv edilən illərdə. Prezident Heydər Əliyevə və 30-dan çox hökumət, dövlət nümayəndəsinə ünvanladığım və “Ədalət” qəzetində çap etdirdiyim “Adam var ki, öldürülməlidi” başlıqlı “Açıq məktubum"da. Ona görə də mənə doğmasan. Necə deyərlər bu yazım və ruhumuz sənə kömək olsun:
Mən o dünyada yaşadığım 81 il ərzində, “sözün tam hərfi mənasında toyuq başı da kəsməmişəm. Həkimlər barmağımdan qan götürəndə, üzümü divara çevirərdim.  Amma artıq dözmək olmur.
“Nə qədər qətl olar, nə qədər qanlı-işgəncəli qarətlər olar, nə qədər arvad-uşağın əllərini yanar qaz plitəsinə tutub oldu-olmadı qızılın-pulun yerini tələb edərlər?! Səkkiz milyondan yuxarı adama bir o qədər də cangüdən təyin edilsin?! Nə qədər bütöv-bütöv ailələri uşaqdan- böyüyəcən qırıb-tökmək olar, nə qədər insanı tikə-tikə doğrayıb ayaqyollarına, kanalizasiya quyularına doldurmaq olar?! Nə qədər cüzi bir məbləğə görə cavan-cavan, sinli-sinli taksi sürücülərini məftillə, kəndirlə boğub, bıçaqla bədənini aşsüzənə döndərib ailələrini başsız, balalarını gözüyaşlı qoymaq olar?! Nə qədər qohum-qohumunu, doğma-doğmasını uf demədən öldürüb, üstəlik də evinə od vurar”...
“Ata yeddi yaşlı qızını zorlayır və öldürür”.
“Ömürlük cəza! Axı, ay möhtərəmlər! Bu qəddar, qansız, şərəfsiz, amansız qatil üçün, adamcıl canı üçün  heç bir şey deyil. Əksinə, onu arxayınlaşdırır. Bilir ki, birini də öldürsə, onunu da doğrasa, sağ qalacaq. Canı üçün qorxmur. Çıxmayan cana da ki, ümid çoxdur.
Yemək-içməyi verilir, gec-tezinin dəxli olmasa da, ailəsiylə görüş verilir, havaya, gəzintiyə çıxarırlar, dişi ağrıyanda həkimi hazırdır. Fikrindən də keçir ki, ümid də eləyir ki, quruluş dəyişə bilər, hakimiyyət dəyişə bilər, qanunlar dəyişə bilər. Lap zəlzələ ola bilər, hamı ölər, o daş-kəsəyin altından sağ-salamat çıxıb qaça bilər.

Zəlzələ olaydı bu şəhərdə kaş,
Özü də çox güclü, çox tez olaydı.
Ucub qalmayaydı daş üstündə daş,
Göz-gözü görməyən bir toz olaydı.
Aradan çıxaydım, əl-ayağım sağ,
Birdən qolum sındı? Ona razıyam.
Zəlzələ, zəlzələ olaydı, ancaq
Lap elə bu saat, elə bu axşam”.
(Qabil “Torpağa hayıf” şeiri)

Fazil Mustafa, bu “Zəncinin arzuları” şerindən parça deyil. Bu ömürlük həbs alan qatilin arzularıdır.
Fazil Mustafa çalış ki, Cinayət Məcəlləsinə mənim yüz-yüz hüquqşünasdan da yaxşı qələmə aldığım bu maddəni daxil eləsinlər:

“Ömürlük cəzanın nə cismani, nə mənəvi əzaba, nə demokratiyaya, nə də humanizmə dəxli var. Nadir, sübutlu-dəlilli qətl hesab edilməyən təsadüfi ölümlər istisna edilməklə, əqidə, etiqad, siyasi ideya motivləri (terror və təxribatla bağlı deyilsə) istisna edilməklə; qəsdən adam öldürənlərə, hətta cinayətlərini soyuqanlılıqla nəql, təsvir edə-edə həyasızcasına, təkəbbürlə boynuna alanlar elə tərəddüdsüz də, soyuqqanlılıqla da ölümə məhkum edilməlidirlər!”
Milli Məclisdə sənin əleyhinə çıxanlar da olacaq. Bəziləri deyəcək ki, “əşşi ömürlük cəza az şeydir? Güllələnmə onun yanında toya getməlidir. O şəraitdə onsuz da adam çox yaşamır”. Hətta qulaqlarını çəkib, barmaqlarını stola da döyəcləyəcəklər.
“ Xeyr! Bu söz olmadı ki... Adam evinin içində də, sanatoriyada da, toyda da, təyyarədə də yıxılıb ölür. Söhbət ədalət məhkəməsinin hökmüylə təyin edilən cəzadan gedir”.

Fazil Mustafa, təşəbbüsün yaxşıdır. Nəbadə, birdən məni hüquqşunas kimi sayıb “Əməkdar hüquqşünas” adı verilməsiylə bağlı məsələ qaldırasan. Onu bil ki, Vətəndaş mövqeyi- istər şair olsun, istərsə də 48 yaşlı deputat- bütün yüksək adlardan da yüksəkdir. Xalq şairimiz Süleyman Rüstəm də səni dəstəkləyir.

“Süleyman, qafil olma, yaxşı bax ətrafa, şairsən,
Cinayət aşdı həddindən, haray sal ki, Vətən yandı” beytinin bu məqamda nə qədər yerinə düşdüyünü  söyləyir. Deyir ki, Fazil Mustafanın belə vətəndaşlıq haraylarını tez-tez eşidək.

Hörmətlə: heç vaxt deputat olmayan Qabil./modern.az/

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.