Ədəbiyyat şürarltı sonsuzluqdur - MÜSAHİBƏ

01.04.13

     Xanəmir: «Yazar fərqli düşüncə ortaya qoymalıdır. Əgər bunu bacarmırsa yazmağın nə mənası var?»
    
- Yazarların bir-birinin havasına düşüb yazması məsələsinə necə baxırsız? Bu cür axına düşüb yazmaq, bugünkü kimi oxşar mətnlərin yaranmasına rəvac vermirmi?

– Ədəbi mühitdə yeknəsəq ab-havanın olmasının əsas səbəbi dar bir çərçivədə Azərbaycan ədəbiyyatının əsl mahiyyətini, fəlsəfəsini, problemlərini görməzlikdən gələrək, dünya ədəbiyyatını da ardıcıl izləyə bilməməyimiz, öz həyatımızda baş verən hadisələrin individuallığını duya bilməməyimizdədir. Bütün bu səbəblər monoton ədəbiyyatın yaranmasına gətirib çıxarır. Bəzən insanda elə təəssürat yaranır ki, çap olunan ədəbi nümunələri sanki bir nəfər yazıb. Bu şübhəni pozan bir məqam var: ola bilməz ki, bu qədər mətni bir nəfər yazsın. Bu isə heç də bir yazıçının digərinin içində əriməsi demək deyil, belə olsaydı haradasa xoş bir hal kimi baxmaq olardı. Yazar fərqli düşüncə ortaya qoymalıdır. Əgər bunu bacarmırsa yazmağın nə mənası var ki?

– Bizdə dünya ədəbiyyatında populist imzalara meyl var, necə ki, bu cür hallar öz ədəbiyyatımızda da az baş vermir.

– Ədəbiyyat ideologiyadan da böyük gücə malikdir. Dünyanın ən güclü qurumları, təşkilatları həmişə bu amilə görə çalışıblar ki, ədəbiyyatı inhisarda saxlasınlar. Çünki həmişə ədəbiyyatı öz xeyirlərinə istifadə etmək üçün vasitəyə çevirmək istəyiblər.

Bədii anlayışın öz kimliyi, yayılma üsulu mövcuddur. Deyək ki, “Nobel” komitəsi mason lojalarına bağlı bir qurumdur. Hamı “Nobel” mükafatı almaq istəyər. “Nobel” ödülü almaq istəyən yazar, o komitənin istəklərinə, sifarişinə ağız büzə bilməz.

Dünyanın ən böyük ədəbi sifarişçisi “Nobel” mükafatı və “Nobel Komitəsi”dir. Böyük məbləğdə pul mükafatına və şöhrətinə kim sahib olmaq istəməz?! Ona görə də, illərdir dünya yazarları “Nobel” mükafatını əldə eləmək üçün, “Nobel”in tələblərinə cavab verə biləcək əsər yazmağın peşindədirlər. Bu istək bir yazarı öz ardınca aparsa, uzaq başı “Nobel” Komitəsi nöqtəsinə aparıb çıxara bilir. Bəs sonra?

Biz elə bilirik ki, beş-altı yazıçıdan başqa dünyada yazıçı yoxdur. Niyə qədim mətnləri təqdim edən və qiymətləndirən elə bir təşkilat yoxdur. Niyə şumer mədəniyyəti, Orxan-Yenisey abidəsi, qədim miflərlə bağlı, dini mətnlərə aid bir araşdırıcıya belə bir beynəlxalq mükafat vermirlər? Onu verməzlər.
“Nobel” mükafatı sağlam bir mükafat deyil, həmişə ədəbiyyatı inhisarında saxlayıb. Bizdə isə, hələ də ödüllü yazarlara heyrət var. İbn Ərəbini, Əl-Qəzalini kim oxuyub, çox az adam. Teymiyyədən, Şəbüstəridən, Sührəverdi, Sinandan, Fərabidən hansı yazarın nə dərəcədə xəbəri var? Xəbəri olanın yazıları ortada olar. Demirəm ki, təbliğ olunan yazarlar birmənalı şəkildə zəifdir, ya yaramır. Sadəcə olaraq ciddi ədəbiyyat nümunələri hələ də oxucuyla tanış edilmir. Ədəbiyyat şürarltı sonsuzluqdur. Kim ki, o sonsuzluğa qovuşursa, o kosmik aləmə nəsə verə bilirsə, onlar qalır. Mədəniyyətləri üz-üzə qoyan ədəbiyyatların uzun müddət yaşayacağına inanmıram.

Bu gün məşhur dünya yazarlarının əksəriyyətinin mənim üçün heç bir anlamı qalmayıb. O adların çoxu təbliğat-təşviqat kompaniyalarının alətinə çevrilmiş yazarlardır. Ədəbiyyatın, bədii sözün intensivliyi və yayqınlığı özünə xas bir formuldur. Bu formulla yanaşsaq, ədəbiyyatın önəmi qaçınılmazdır. Ancaq dünyanın bədii sözünün korifeylərinin hesab edirəm ki, bu gün mətinləri çağdaş insanın mənəvi, ədəbi ehtiyacını ödəmək iqtidarında deyil.

– İndiki poeziyamızda Bodler kimi şər və ya əksinə – Xeyir tərəfdə dayanan imzalara çox nadir hallarda rast gəlinir. Bu qarışıqlıq sizcə nəylə bağlıdır?


– Çağdaş poeziya elmi təfəkkür, elmi inistik, elmi maraq tələb edir. İndiki XXI əsr yazarı bu qarışıqlığın içində bilmir ki, şərə xidmət edir, yoxsa xeyrə. Xeyir də, şəri də elektron dünya idarə edir. Bugünkü reallıq budur.

Mən babamı görməsəm də, dağ görmüşəm uşaqlıqdan. Mənim dağla təmasım alınır. Ünsiyyətim alınır. Nənəm dəyirmana gedərkən uzaqdan dağı görüb çiyninə düşmüş kələğaysıyla başını örtər, bir ucuyla da yaşmaqlanardı. Balacaydım, soruşdum niyə belə edirsən? Dedi, dağ görür, bala, ayıbdı. 23 yaşından əri ölmüş bir qadın dağı əri yerində, mənim babam kimi görürdü. Onlar hesab edirdilər ki, qadının ərini kosmos, təbiət əvəz edə, ev, ailə, ocaq qurma işinin bərpasını yüklənə bilərmiş. Bu zehniyyət qarşısında nə danışmaq olar ki? Məncə, bu əxlaq izi Tanrısaldır. Bəlkə də, bir zamanlar Marsdan gələn əcdadlarımızın ən ağır yükü elə bu zehniyyət olub. İndi isə...

– İndiki hekayələri oxuyursan, bir çoxu çox tez yaddan çıxır. İndi-indi başa düşürəm ki, bu amil heç də təkcə yaddaşsızlıqla bağlı deyil. Sadəcə sanki “mətnlər ölü” doğulur. Oxuyursan, bitən kimi də “basdırılır”, biryolluq olur.

– İnsan yediyi qidalar vasitəsilə informasiya alır. O informasiya, ağla, ruha, şüuraltına ötürülür. Ömrümüz boyu aldığımız “ədəbi qidalar” da bizi doyuzdurub. Bu qidalarla nəinki beynimiz, hətta güzəranımız, tərbiyəmiz də doyub. Bugünkü ədəbiyyat son 100 ilin ədəbiyyatından heç də fərqli deyil. Ədəbiyyat dili, deyim tərzi, üslubu və s. ilə fərqlənə bilər. O qeyri-adi fərqliliklər də çox nadir hallarda olur. İllərlə eyni şeyləri oxumuş oxucu da artıq bezir. Alt qatda bu şeylər bizi bezdirib.

Həm də bu gün ədəbiyyatı nəzarətdə saxlamağa çalışırlar. Ən gözəli ədəbiyyat “neytral”- zona otoritesidir. Ədəbiyyyat bitərəf ərazidə qərar tutanda, lövbər salanda, ona nəzarət etmə itir. Orda ədəbiyyatın dalğası itir, siqnallar kəsilir. Ədəbiyyat öz içində böyüməyə başlayır, haqqa doğru. Onda elə mətnlər çıxır ortaya ki, yağ-bal kimi. Belə məqamda yaddaş heç lazım olmur oxucuya.

– Müsahibələrinizdə sizə ən çox verilən sual anlaşılmamazlıqla bağlıdır. Amma verdiyiniz cavablardan görünür ki, anlaşılıb anlaşılmamaq kimi bir “dərdininz” yoxdur. Sanki, sizin əvəzinizə başqaları bunun narahatlığını yaşayır.


– Başa düşə bilmirəm ki, anlaşılmamaq necə olur? Bu dünyada bu qədər çətin yazıçılar başa düşülür, Xanəmir yox? Cems Coysun “Uliss” romanı var. Çox çətin əsərdir, amma ədəbiyyat aləmi onun mətn varlığını qəbul edir. Biz azərbaycanlıların başqasının adından danışmaq kimi pis bir vərdişi var. Məsələn, Xanəmir qəliz yazır. Bu cür fikir formalaşdırmağa çalışanlar hələ çox olacaq. Ciddi diqqət yetirsəniz, bəlkə də, ən sadə yazan mənəm.
Kəsəsi, indi iç oğuzluğuma doğru gedirəm. Çadırımı iç oğuzumda qurmuşam.

– Orxan Pamukla bağlı “Göyə qayıdan mətnlər” kitabınızda maraqlı bir məqalə var, amma onu yenilikçi yox, ənənəçi kimi göstərirsiniz.

– Bəli. Məsələn, Çingiz Aytmatov kimi nəhəng yazıçı var, amma vermədilər mükafat. Ədəbiyyata “Nobel” gözü ilə baxmaq olmaz. O.Pamuk gedilmiş, tapdanmış yollarla gedib. Mən onu qəbul etmirəm.

– Siz əlifba da tərtib etmisiniz. Bu hansı əlifbaya yaxındır?


– Ümumiyyətlə, əlifba haqqında bir kitabım və romanım var. Əlifba mənimçün düşüncənin notudur. Dünyanın bir çox əlifbası ilə tanış olmuşam. Bugünkü dünya göstərir ki, ədəbiyyatla məşğul olan adam işarələri, simvolları bilməlidir. Əlifbalar qədim sivilizasiyaların şifrələridir. Çağdaş dünya ədəbiyyatı şifrələr, simvollar savaşında, qarşıdurmasındadır. Sözün də, ədəbiyyatın da sənət başlanğıcı əlifbadır. Əlifbalar içində isə Orhun-Yenisey əlifbasının üzərində durmağı tərcih edirəm.

– Türk sözlərin bədii ədəbiyyata indiki halda sürətlə yol açmasından təlaşlananlar var, siz də, türk ifadələrindən çox istifadə edirsiz, bunun dilimizə hər hansı anormal təsiri ola bilərmi?

– Təfəkkür türcə deyilsə, türkcə ifadələrdən istifadə etmək mənasızıdır. Bizdən əvvəl Hüseyn Cavid Osmanlı türkcəsindən istifadə edib. Azərbaycan türkcəsi ilə, Osmalı türkcəsinin sənət müstəvisindəki reaksiyası imperial bir təfəkkür nümayiş elətdirir. Bu zövqü yaşamağa dəyər. Özü də şeirdə, nəsrdə…

– “Çölçülər” ədəb qrup kimi özünü göstərib. Çölçülərdən Şahlar Ruhi, Məhbus Muzəvi, Namiq Rəssamın yaradıcılığında irfani meyllərin olması sizin təsirinizlədirmi, yoxsa?

– Təsəvvüf bir az da lap yuxarıdan, uçaqdan üzərindən uçduğun şəhərə baxmaqdır. Əks təqdir də sən baxdığın şəhərin içində qalarsan. Səni şəhərin içindən çıxaran ədəbi uçaqlardır. Öz boşluğunu orda – o məkanda görmək üçün, təsəvvüf dünyagörüşünün maraqlı mətinlərin yaranmasında imkanlar açacağı ümidindəyəm.

Liberal, solçu düşüncəsiylə ədəbiyyata yanaşanlarda da daha çox sufi ədəbiyyatına meyl yaranıb. Ümumiyyətlə, bu gün Orta çağ düşüncəsinə qayıdış hiss edirəm. Amma bu kimdə nə şəkildə bütövləşəcək, ədəbiyyata yeni nə təklif edəcək, o başqa məsələdir. O haqda hələ heç nə deyə bilmərəm. Amma adını çəkdiyim yazarlarda mənim təsirim olduğunu təsəvvür eləmirəm. Bu irfani meyl onların xarakterindən və dünya görüşündən aslı olaraq yaradıcılıqlarında da öz əksini tapır. /Fərid Hüseyn, "Kaspi" qəzeti/

Yenililklər
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.