Cavid Zeynallı - Anarın Axundovu urvatdan salmaqlığı

09.04.13

Görəsən, bu məmləkətdə bizi sinədolusu sevindirən bir film çəkiləcəkmi, ilahi?

Bir film çəkiləcəkmi, biz də uşaq kimi sevinib dosta-tanışa zəng vuraq, ağız dolusu danışaq, göz dolusu fərəhlənək?

Və “heç nəyi bəyənmirsiniz, cəmdəyiniz qərəzdən yoğrulub” tənəsindən yaxa qurtarmaq nəsibimiz olacaqmı?
 
Belə getsə, hardan?!  Cəhənnəmə olsun!!!

 
Axundov haqqında çəkilən “Sübhün səfiri” filminin ssenarisini yazmaq Çingiz Hüseynova həvalə olunsaydı, dünya dağılardımı? O Çingiz Hüseynov ki, Mirzə Fətəli haqqında “Fətəli fəthi” romanını hələ otuz il əvvəl yazıb. Və elə bir roman ki, Anarın ssenarisi sayaq Mirzəni urvatdan salmayıb, hörmətə mindirib. Olmaz, əlbəttə, olmaz! Çingiz Hüseynov  “dönükdür”, “nankordur”, “düşməndir”!

Filmin təxminən 40-cı dəqiqəsinəcən hər şey əladır: Rasim Balayevin, Gülzar Qurbanovanın usta aktyor oyunu epizoddan-epizoda tamaşaçını maraqda saxlayır, bəri başdan uğurlu film təəssüratı yaradır. 

Elə ki, Axundovun əsərlərindən hamının bildiyi, min dəfələrlə təkrarlanmış parçalar bir-birini lüzumsuz yerə əvəz etməyə başladı, filmin dinamikasından əsər-əlamət qalmadı, yoruculuq, monotonluq əvvəlki xoş təəssüratı da itirdi, çəkib apardı. Əslində, həmin səhnələrin ümumi ssenariyə qəti dəxli yoxuydu, iki saat yarımlıq filmin 35-40 dəqiqəsini kəsib-doğramaq olardı ki, film nəinki itirərdi, əksinə, xeyli yüngülləşər, necə deyərlər, arıtlanardı. Ən pisi nədir, bilirsinizmi: Mirzə Fətəlini ömrü boyu çərlədən adamların cahilliyini göstərən səhnələrin sayı o qədər çoxdur, bu, həmin adamlara yox, filmə qarşı ikrah doğurur. 

Rus zabitinin Axundov haqqında dediyi “bu hələ pyes-myes də yazır” ibarəsi rusların ümumən Azərbaycan maarifçiliyinə qarşı olan təhqiramiz münasibətini göstərən uğurlu səhnədirsə, bu qəbildən olan dialoqları dönə-dönə tamaşaçının boğazına tıxamaq, yeri gəldi-gəlmədi “biz tatar yox, türkük” demək o qədər pafoslu görünürdü. 

Hərçənd, film boyu pafosdan mümkün qədər qaçmağa cəhd görüntüsü yaradılmağa çalışılır, di gəl biz hələ də düşünürük ki, Axundovla Zərdabi Tiflisdəki parkda gəzişib dərdləşəndə mütləq “qiymətimizi gələcək nəsillər verəcəklər” tipində cümlələr qurmalıdırlar.
 
Filmin nöqsanlı cəhətlərindən biri də fars və ərəb dillərində olan dialoqların tərcümə olunmamasıdır. Məsələn, Bakıxanovla Axundovun görüş səhnəsində “Quran” ayələrindən, Sədidən sitatlar gətirilsə də, ya vəlvələdən, ya zəlzələdən tərcümə nə qulağa, nə gözə dəyir.
 
“Sübhün səfiri”ni zəif (həm də, çox zəif!) ssenaridən xilas edən uğurlu tərəflərini görməmək ədalətsizlikdir, mən razı!

Amma gəlin görək, xalq artisti ilə xalq yazıçısının əl-ələ verib ortalığa çıxardıqları ekran işinin yaradıcı tərəfləri nə qədərdir? Təkrar edirəm: Rasim Balayevin, Gülzar Qurbanovanın, Fəxrəddin Manafovun, Ramiz Əzizbəylinin, Məmməd Səfanın peşəkar aktyor oyunları filmin uğur qarantına çevrilə bilirmi?

Səsləndirmənin keyfiyyətini, geyimlərin uğurlu seçimini, Cavanşir Quliyevin musiqisini də bu siyahıya əlavə etməyi özümə borc bilirəm.

Filmin ssenarisi zəifdirsə, rejissor yaxud aktyorlar kim olur-olsun, ortalığa şikəst iş çıxacaq.

Üstəlik, aktyorun qarşısına şərt qolyulursa: oynasan da budur, oynamasan da! 

Rasim Balayev “Sübhün səfiri”nin premyerasından sonra verdiyi müsahibəsində ssenarini bəyənmədiyini üstüörtülü etiraf etmişdi:  “Axundovun əsərlərindən olan parçalar məni əsəbləşdirirdi”. Amma bu nəyi dəyişir?  Filmin təxminən axırına yaxın – məsələn, Axundov əlifba dəyişikliyindən ötrü Türkiyəyə üz tutanda, Tiflisdə çəkilən səhnələrdə Rasim Balayevin aktyor oyununda digər səhnələrlə müqayisədə ciddi eniş hiss olunur. Əlbəttə, insanın sevmədiyi, məcburiyyətdən “ömür keçir, nəsə eləmək lazımdır” xətrinə qol qoyduğu işin nəticəsi həmişə belə olur. 
 
“Sübhün səfiri”nin ssenarisini ona görə Çingiz Hüseynov yazmalıydı ki, “Fətəli fəthi” Axundovun həyatı haqqında yazılmış ən sanballı, dəyərli bədii əsərdir və kino üçün romanda onlarla əvəzsiz səhnələr var. Anarın yazdığı ssenaridə Axundovla arvadı Tubunun münasibətləri hər türlü qondarmalarla zəngindirsə, (məsələn, hər kəlməbaşı süni qayğıkeşliklə qurbanın olum, Fətəli!) Çingiz Hüseynovun romanında Tubunun üsyanı var. Rəşidə qədər üç övlad itirmiş Tubu bunun səbəbini ərinin Allaha və peyğəmbərə əl aparmağında, Qurandan üz döndərməyində görür: “Və ərinin başını aşağı saldığını görüb, daha da coşdu:  Günah səndədir ki, körpə balalarım quru torpağa qismət oldu. Sən və sənin murdar və yaramaz işlərin bizi bu günə qoydu! ... Əl çək kafir niyyətlərindən! Hə, sən öləcəksən  və övladın qalmayacaqdır! Sonsuz gedəcəksən bu dünyadan!
 
- Sus! – Fətəli tab gətirmədi. – Mənim Rəşidim var!
 
- Allah onu da əlimizdən alacaqdır, görərsən.
 
- Dilin qurusun, sən nə deyirsən? ... Fəğanını kəs, allah onsuz da sənin fəryadlarını eşitmir, kordur və kardır sənin allahın!
 
- Sən korsan, sən karsan, sən və təkcə sən yolunu azmısan, ay yazıq. Birdəfəlik bizi öldür ki, bu müsibəti görməyək.
 
- Utandım sənin bu fəryadından, Tubu!
 
- Sən üsyan etdin, sən özünü allahdan da üstün tutdun!... İlahi, oğlumun atası başını itirib, ona rəhm et, kömək əlini uzat, yolunu azıb, düz yola çıxart onu!... Ondan intiqam alma, şeytana uyub, iblis onu yoldan çıxarıb. ... Bu qoca yaşında ağlını tamam itirmisən! Allah sənə qənim olsun, Səni görüm... – və hönkürtü ilə ağladı.
 
... Fətəli yalnız bir anlığa tərəddüd edib şübhəyə bənzər bir duyğuya qapıldı: “Bəlkə Tubu haqlıdır?! ... Yox, əsla yox! ... Allahın qəzəbi!... Bu ki, nadanlıq əlamətidir, boş sözdür! Necə ola bilmişdir ki, Fətəlidə bir anlığa şübhə oyanmışdı?! (“Fətəli fəthi”, Bakı, yazıçı nəşriyyatı, 1986, səh., 650-652. Redaktor: Mövlud Süleymanlı)
 
“Sübhün səfiri” dövlət sifarişi ilə çəkildiyindən, əlbəttə, bu sayaq səhnələri göstərmək mümkün olmayacaqdı. Səbəb: dindarlar narazı qal bilərdilər. 

Mən bilmirəm, bəlkə dindarların MİRZƏdən razı qaldığı vaxtlar olub? Əgər hər şeyi olduğu kimi çəkmək mümkün olmayacaqdısa, “nə şiş yansın, nə kabab” prinsipi ilə Axundovun ruhunu incitmək kimə lazımıydı, nədən ötrü idi?

Anarla Ramiz Həsənoğlunun bioqrafiyasına artırılan cümlənin qarşısına “+” qoymaq üçünmü?

Zənnim məni yanıltmırsa, iki-üç il əvvəliydi, Anar AzTV – yə müsahibəsində Axundov haqda yazdığı ssenarinin bürokratik əngəllərlə üzləşdiyini demişdi, üstəlik, umu-küsü eləməkdən də qalmamışdı.  Kaş, bu qəbildən olan əngəllər bir ömür boyu uzansın... /oxuzali.az/

Yenililklər
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.