Paulo Koelyo - Xalq özünə xilaskar axtarır
20.05.13

Bu gün istənilən ölkədə hörmət və ehtiramla “alim siyasətçilərin” sözlərinə qulaq asmalı oluruq. Sanki siyasət də riyaziyyat yaxud fizika kimi əqli və məntiqi qanunlara tabedir.

Əgər bu, həqiqətən, belə olsaydı, biz Latın Amerikası ölkələrində zorakılığa, Afrikada kasıblığa, bütün dünyanı ağuşuna almış dini münaqişələrə, əlçatmaz bir məqsəd uğrunda yaxud qanunsuz başladılmış müharibələrdə amerikalıların və irqalıların ölümünə şahid olmazdıq. Siyasət elm olsaydı, heç dəqiq elm olmasa belə, bir neçə doğru teoremi tətbiq etməklə insanlığı irəliyə doğru aparmaq mümkün olardı.

Biz bunun tamamilə mümkünsüzlüyünü düşünməkdən yorulmuşuq, çünki xalq nə qədər siyasi mövzulu söhbətlər etsə, “siyasət” sözü onlar üçün bir o qədər iyrənc şeyə çevrilir. Lakin bu ədalətli deyil. Bu dünyada xoşməramlı məqsədlərlə ölkəsinin və xalqının rifahını yüksəltməyə çalışan xeyli insan var. Amma biz bu gün get-gedə daha tez-tez siyasətin özünəməxsus bir çıxılmaz vəziyyətə düşdüyünü görürük ki, bunun nəticəsində insanlıq yenidən qaranlıq əsrlərə qayıtmaq təhlükəsi ilə üz-üzə qalır. Xalq ümidlərinin boşa çıxmasından və “alim siyasətçilərin” anlaşılmaz, ziddiyyətli tərəflərini görməkdən bezib rəhbər əvəzinə özünə xilaskar axtarır, orta əsrlər diktatorlarının qayıdışı məhz bu yolla baş verir.

Mənim baxışımda siyasət nədir? Siyasət  cəmiyyətdə azad şəkildə müzakirə edilən və praktikada güc vasitəsi ilə deyil ağılla tətbiq edilən əxlaqi dəyərlər sistemidir. “Hər şeyin xaosa çevrildiyinə tamaşa etməkdənsə, bir neçə qanuna əməl etmək daha yaxşıdır”.

İsanın doğuşundan beş yüz il öncə Çində bir şəxs doğulub. O, heç vaxt yüksək vəzifə tutmayıb, ancaq öz müşahidələri və xalqla söhbətləri vasitəsilə, vaxtının çox hissəsini hökümət və onun təbəələri arasında münasibətləri öyrənməyə sərf edib. Hamımız Konfutsinin adını eşitmişik. Onun, əsrlərdən keçib gələn və ən çox tarixi əhəmiyyətə malik hökümdarların hakimiyyət illərini işıqlandıran nəsihətlərindən bəzilərini yada salmaq istəyirəm. Həmin nəsihətlər bu gün heç vaxt olmadığı qədər aktualdır (aşağıdakı cümlələrdən bəziləri onun fikirlərindən götürülüb, qısaldılaraq uyğunlaşdırılmışdır):

1) Ləyaqətli birinin yaxınlığında olanda, ona baxıb özümüz üçün nümunə götürməliyik. Ləyaqətsiz birinin yanında olanda isə ona baxıb səhvlərimizi düzəltməliyik.

2) Yaxşı idarə olunan ölkədə kasıblıq utancverici bir şey sayılır. Pis idarə olunan ölkədə isə zənginlik utanc gətirir.

3) Dəyişikliklər yavaş baş verə bilər, əsas odur onlar baş verməyə davam etsin.

4) İnsan bütün həyatını ən sadə şeyi, insanlarla münasibətini mürəkkəbləşdirməyə sərf edir.

5) Gülməyi və rəqs etməyi bacarmayan insana heç vaxt qılınc verməyin.

6) Gələcəyi bilmək istəyirsinizsə, keçmişi öyrənin.

7) Hökümdarın qarşısında duran məqsəd çətin əldə olunan kimi görünəndə, onu dəyişdirmək lazım deyil, yaxşısı budur məqsədə çatmaq üçün tamamilə yeni bir yol tapasan.

8) Yaxşı hökmdar nəyin doğru olduğunu bilir; pis hökümdar isə nəyin yaxşı satıldığını bilir.

9) Öz vəziyyətini yaxşılaşdırmaqda pis heç nə yoxdur. Bunu təklikdə edə bilməyəcəyinizi anlayanda, boy atmaq üçün sizinlə birlikdə boy ata biləcək müttəfiqlər lazımdır. 

10) Xalqın rifahı üçün beş şey lazımdır: ciddilik, vicdanlılıq, mərdlik, səmimilik və ədəblilik.

11) Hətta maraqdan belə kinli söhbətlərə qulaq asanlar, tez zamanda pis insana çevrilirlər.

12) Ləyaqət tənhalıqda yaşamaq üçün doğulmaq deyil. Kimin ləyaqəti varsa, həmişə ətrafında qonşuları da olur.

Çevirdi: Namiq Hüseynli

Qaynar.info 

Yenililklər
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.