Qeysər Əminpurun şeirləri
29.05.13

Fars şairi (1959-2007)


Ariz Tarverdiyevin tərcüməsində








“Qaf”

və  “Q”  
eşqin sonuncu hərfi.
Mənim kiçik adımın başlandığı yer!


Stansiyanın səfəri

Qatar gedir,
Sən gedirsən
Bütün stansiya gedir.

Və mən necə də sadəlövhəm.
İllər boyu
sənin intizarınla
bu getmiş qatarın kənarında dayanmışam,
həmçinin, getmiş stansiyanın pillələrinə
söykənmişəm.


Sən bacararsanmı?

Mən
illər uzunu öldüm
bir dəm yaşamaq üçün.

Bəs
sən necə
bir zərrə,
bir misqal
mənim kimi ölməyi
de, bacararsanmı?


Ov

Balıqçı
yemlərini dənizə tökdü.
Sevincək qayıtdı.
Bom-boş torun arasında
ölüm
çabalayırdı.
təkcə.


Yazılmamış şeir

Yox!
Eşqlə daha işim yoxdu!
Mən heç nəyi, mən heç kimi
daha
bu zəmanədə sevməyəcəyəm.

Sanki
bu ruzigarın gözü yoxdu məni və səni
bir gün
xoşbəxt və kədərsiz görməyə.

Çünki
hər şeyi və hər kəsi
daha çox sevsən əgər,
hətta bir siqareti 
hətta zəhrimarı belə
səndən əsirgəyər...


Mən bütün vücudum ilə
                            Özümü ölülüyə vurmuşam.
Rüzigarın daha mənlə işi olmasın deyə.
                            Bu təzə şeiri də
yazılmamış sayıram...
                            Ruzigar qoxu almasın deyə.

Dedim ki,
           eşqlə işim yoxdu mənim!

                                                         
       
Dünya aşiqlərinin yaşıdı (3)

...Amma
Bizim möcüzəmiz elə bu idi:
Biz eşqi məktəbə apardıq.
Qısa dəhliz boyunca,
o kiçik kitabxanada
əmanət götürdüyümüz o kitabı
-işarələr kitabını-
                     birlikdə bir neçə saniyə 
oxuyaq deyə.



***
Biz səssizcə mütaliə edirdik.
Amma kitabı vərəqləyən zaman,
təkcə,
hərdən bir-birimizə bir nəzər...
Qəfil
“hisss!” barmaqları 
hər tərəfdən 
bizə tuşlanırdı.
Elə bil,
gözlərimizin səs-küyü
kitabxanada
sükuta
riayət eləməmişdi.



Qaçılmaz ahəng

-Bəs nə üçün
şeirlərinin ahəngi belə tutqun, kədərli
rəngi belə acıdır?

-Quzu beləcə aram, başını önə əymiş
öz ayaqları ilə
qaçılmaz təqdirin sallaqxanasına
yaxınlaşarkən
        boynundakı zınqırovun,
ah, necə ahəngi var?
                                              
       
                                                                    
Qürub

Bütün cəngəllik
Günəşin cənazəsinə
namaz qılır.
Amma, ağaclardan
-küləklərin inancına rəğmən-
bu camaat namazında
heç biri səcdəyə getməyəcək
torpaq üzərinə.


Ağappaq sətirlər

Sözbəsöz
sətirbəsətir
Səhifə-səhifə
fəsil-fəsil
Mənim saçlarım ağarır
Sətir-sətir
Dəftərimin səhifələri də
qara rəng alır.


Bütün hövsələn ilə
bəyaz saçlarımı 
dənə-dənə
tək-tək
saymaq istədin
Mehriban əllərin
yolun baçlanğıcında yorular, dedim.
Özünə başqa bir yol seç,

Vərəqlə dəftərimi!
Nöqtə-nöqtə
sözbəsöz
sətir-sətir
şeirlərimi.
Hesabla, 
tükbətük
saçlarımın dənləri tək.



Sabah yenidən...

Növbə
       intizar
növbə
       imza
nömrə
       yenə də
imza.



Sabah yenidən
         növbə
intizar
          imza
nömrə

Ey kaş, külək...
Kaş ki, külək bütün bu kar-kağızı sovurardı!


Kaş külək...
ya da,
bir zərrə etimad...

Ölüm
Biz
səni
bütün ömrümüz boyunca anlamırıq,
amma,
Sən
qəflətən
hamını anlayırsan!

Heyrət
Gedişinlə bütün ağızlar 
qalıb açıq...
Sanki deyirdilər:
Qaç,
aradan çıx!

Böyük arzu
Nə o qədər böyüyəm
kiçik sayam özümü,
Nə o qədər kiçiyəm
özümü böyük ...

“Orta”lıqdan qaçmaq
böyük arzudur?
Məbada günü
Sən olmayınca
Nə varlarımız
Gərəyincədir
Nə də “gərək”lərimiz...
 
Həmişəki tək sözümün sonunu
və son sözümü
qəhərlə yeyirəm.
Bir ömürdü
cılız təbəssümlərimi
ürəyimdə yığıb saxlayıram:
Məbada gününə qalsın deyə!
 
Amma təqvim səfələrində
“Məbada günü” deyə bir gün yoxdur
O gün, hər nə də olsa,
Dünənə bənzər bir gün
Sabaha bənzər bir gün
Lap bu günlərimizə tay bir gündür
Lakin kim nə bilir?
Bəlkə,
Bu gün də məbada günüdür!

 
***
Sən olmayınca
Nə varlarımız
Gərəyincədir
Nə “gərək”lərimiz...
 
Sənsiz hər gün
Məbada günüdür!


Sükut fürsəti

Qalx, bu ürəyin qanıyla abdəst alaq, niyət edək
Bu nəğmənin sularında birgə çimək, təmizlənək.

Ömür qısa, səssizliyin fürsəti çoxdur hələ ki,
Acıdır sükutun dadı, gəl, bir azca söhbət edək.

Yenililklər
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.