Şərif Ağayar - Ona qız gəlməyəcək
30.05.13

Çərlədib axırına çıxdığımız M.F.Axundovun əsrlərin gödənini yırtaraq gələcəyə doğru təşəxxüslə addımlayan məşhur “Hacı Qara” əsəri, əgər xatırlayırsınızsa, Heydər bəyin monloqu ilə başlayır. Heydər bəy gənc, yaraşıqlı, qoçaq bir oğlandır. O, ailə qurmaq, müstəqil həyata atılmaq, adam balası kimi yaşamaq istəyir. Fəqət bütün yollar bağlıdır. Əldə bir sənət yox, mövcud vəziyyət yaxşı heç nə vəd etmir. Rus hökuməti olmaya, əvvəlki vədələr ola, Heydər bəy kimi igid bir cavan arvad almaqda acizmi qalardı? O saat yol kəsər, xərac alar, lazım gəlsə, adam öldürərdi. Amma indi?! Üf-püf! Kişinin dərdi deyiləsi deyil. Yeganə yol: qaçaqmalçılıqdır! Yəni, nə olur-olsun, qanundan kənar bir iş görməlidir ki, əlinə-ovcuna nəsə gəlsin. 

Vəziyyət sizə tanış gəlmir ki? 

Sizi bilmirəm, şəxsən mənə o qədər tanış gəlir ki, elə bil ağlım kəsəndən bu vəziyyət dediyimiz andırla bir yerdə olmuş, dost-aşina kimi qolboyun yaşamışıq!

Mənim bir tanışım var, gözəl müəllim idi. Orta məktəb maaşı ilə heç cür dolana bilmədiyi üçün texnikuma keçdi. Burda qaz vurub qazan doldurmaq imkanı vardı da, bu başıbatmış bir iş görə bilmədi. Mən pul aldığım uşaqların auditoriyasına girə bilmərəm! Külü qoyum sənin müəllim başına! Elə bil marsdan-zaddan gəlib.
 
Nəsə... Bu da alınmadı. Müəllimlikdə perspektiv görmədiyi üçün keçdi jurnalistikaya. Yenə də maaş! Hərənin gündə bir qəzet açdığı dönəmlər idi. Hələ hörmətli Əflatun Amaşov yoldaşın qara siyahısı da yox idi. Gözümün qabağında neçə adam qəzet-jurnal hesabına varlandı, ev-mülk, var-dövlət yiyəsi oldu. Mənim tanışım yalnız yaxşı yazmaq peşində idi. Deyən yox idi ki, ay ağılsız, tutaq ki, bir kitablıq, ya iki kitablıq nəsə yazdın, nə dəyişəcək? Yaxşı jurnalist olmağına baxmayaraq burda da özünü dolandıra bilmədi. Nə qədər qarın çörəyinə işləmək olar? Yaş da ötüb keçir. Bunun ailə qurması var, toy-düyünü, ev-eşiyi var! Kimdi sənə “komsomolski” qız verən?

Ağlına hardan gəldisə məmurluğa imtahan verdi. Axmaq olsa da savadı var. Sənəd verdiyi yeri qazandı və bir gün gördüm ki, qırmızı qalstuk taxıb. Ancaq az keçməmiş maaşların azlığından gileylənməyə başladı. Gülməkdən uğunmuşam! O məmur ki, maaşın azlığından gileyləndi, alnının çatına paslı bir güllə lazımdır! Adam yanıb-tökülür! Ya, insan oğlu, səndə bir zərrə də olsun qeyrət yoxdurmu? Özündən başqa maaşdan gileylənən məmur gördünmü heç? 

İndi saç tökülüb, qarın başlayıb yekəlməyə... İndən belə pul-parası olsa da ona qız gəlməyəcək.  
      
Hələ bu soxasoxda yaradıcılıqla məşğul olan gənclər var. Bismillah olsun! Adamın canına vicvicə düşür! Nə edəcəklər, hara üz tutacaqlar, hansı qapını döyəcəklər? Bu adamları iki yol gözləyir, ikisi də fəlakətdir. Biri həqiqətin yanında şöngüyən məhrumiyyət, o biri ləyaqətsizliklə şərtlənən rahat həyat!

Nə yapasan, nə edəsən - o məmləkətdə ki, müğənni, idmançı və cinayətkar olmadan pul-para qazanmaq mümkün deyildir?!

İndi qaçalmalçılıq da mümkün deyil. Maşallah bizim gömrük kimsəyə göz açdırmır.

Allah işlərini avand eləsin! /qaynar.info/

Yenililklər
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.