Qismətin istefa yazısı: “Gülə-gülə AYB”
06.06.13

Dünən Qismət AYB üzvlüyündən istefa verdiyini bəyan edib və istefasının səbəblərini təqdim edəcəyi məqalədə açıqlayacağını bildirib.
 
Qismətin “Qara ilan ili və ya gülə-gülə AYB” məqaləsini təqdim edirik.
 
Dəlili-cəhldir eşq əhlinə surətpərəst olmaq
Ki, aqil iftiraqi mümkün ilə ittisal etməz. ( Füzuli)
 
Bir, bir... iki, iki...
 
Yazmaq məsuliyyətli işdir, bəzənib-düzənib efir rejissorunun təlimatı ilə səsinin necəliyini yoxlamaq üçün mikrofona o an ağlına nə gəldi dediyintək yazmaq olmaz.
 
Amma mikrofonla yazanlar da var.
 
Yazmaq qəribə işdir, dünən yarımçıq saxlayıb yaddaşa verdiyin yazıya səhəri gün qayıdanda, yenidən sıfırdan başlamalı olursan, yəni yazı həmişə yenidən başlayır, yəni “davamını yazmaq” deyilən şey yoxdur.
 
Amma davamını yazanlar da var.
 
Yazmaq əzablı işdir, içindən keçəni yaza bilmirsənsə, səhv-düz, fərq etməz, fikrini içində boğursansa, sonra buna ad tapırsansa, təyinat bulursansa – çörək kəsmişik, abrıma qısılıram – demək sənə aid olanı, istedadını dili gödəkliyə vərdiş etdirirsən, demək içindəki həqiqətdən xali olan dipdiri bəni-adəm övladının qabağına hər dəfə yal atıb onu it yerinə qoyursan, yəni yazmırsan, yüksək səslə susursan.
 
Amma sükut çap etdirənlər də var.
 
***
 
Bilmirəm qara ilan ilindəndir, ya yox, amma dünya çox sürətlə qabıq verib dəyişir, silkinib canındakı bütün köhnə şeyləri atır.Bu qabıqdəyişmə, yeniləşmə prosesində kim öz köhnə-külüş qabığını bağrına basıb inadla qorumaq istəyirsə, o, bu çağa, bu çağın insanlarına aid deyil. Dünyanın belə vaxtında istedadlı adamlara özəl mülkiyyət kimi baxan, güzəran qayğıları ucbatından köşə yazarlığına sürgün olmuş qələm adamlarını dəstək adı altında nəzarətdə saxlamaq istəyən, demokratik prinsiplərlə qan düşmənçiliyi edən Azərbaycan Yazıçılar Birliyinin üzvlüyündə qalmaq istəmirəm. Əlbəttə, bu qərar barəsində min adam min şey düşünə bilər, məsələn, fərz edə bilərlər ki, bu demonstrativ, şou xarakterli addımdı, fikirləşə bilərlər ki, son günlər Türkiyədəki olayların təsirilə verilmiş qərardı, düşünərlər ki, Şərifin AYB-dən xaric edilməsinə etirazdır, Elnaz Eyvazlının, Babək Göyüşün, Mövlud Mövludun, Ayxan Ayvazın istefasına dəstəkdir. Tələsik, emosional verilmiş qərar sayanlar da ola bilər, dönüklük hesab edənlər də, yerində atılmış addımdı deyənlər də. Müsbət və ya mənfi sonsuzluğa qədər uzada biləcəyim bu düşüncələrin hamısı müəyyən qədər həm doğrudur, həm də yox. Bu çox uzun mətləbdir, indi bunları xırdalamağın heç bir anlamı yoxdur, doğrusu həvəsim də qalmayıb.
 
Kəsəsi, bu yazı ilə AYB üzvlüyündən çıxmağımı bəyan edirəm.
 
Qarşıda məni şükr elədiyim bir taleni reallaşdırmaq gözləyir : oxunmalı kitablar, yazılmalı yazılar. Bir-bir, iki-iki... /kulis.az/

Yenililklər
01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.