2012-ci il Nobel mükafatının qalibi Mo Yanla ilk telefon müsahibəsi
06.06.13

"Hiss edirdim ki, deməyə çox sözüm var…."

Ədəbiyyat üzrə Nobel mükafatı qalibinin elan edilməsindən dərhal sonra – Mo Yandan götürülmüş telefon müsahibəsini təqdim edirik. Müsahibə 11 otkyabrda Yan Şuanq Lindblom tərəfindən çin dilində götürülmüş, Liu Pu Zenq tərəfindən bizim üçün yazıya alınmışdır.

-İlk öncə sizi təbrik edirik. Ədəbiyyat üzrə Nobel mükafatının qalibi olmağınız xəbərini eşidəndə hansı hissləri keçirdiniz?

-O qədər təəccüblənmişdim ki, bunu eşidəndə. Çünki Nobel mükafatının mənim üçün əlçatmaz olduğunu düşünürdüm.

-Nobelprize.org saytının ziyarətçiləri əsasən tələbələrdir. Sizcə, hansı əsəriniz gənclər, yaxud  sizin yaradıcılığınızla yeni tanış olanlar üçün gözəl bir başlanğıc ola bilər?

-Yaxşı olar ki, oxucular ilk olaraq bu il İsveçdə nəşr olunmuş “Həyat da, ölüm də məni əldən salır” kitabını oxumaqla başlasınlar. Daha sonra isə “Qırmızı kalış”, “Böyük döşlər və iri budlar ” və s. əsərlərimi oxuya bilərlər. İlk olaraq “Həyat da, ölüm də məni əldən salır” kitabını oxumalarını tövsiyə etməyimin səbəbi odur ki, bu kitab mənim üslubumu və roman sənətində göstərdiyim səyləri özündə əks etdirir.

-Gənc ikən, sizi yazıçı olmağa nə sövq etmişdi?

-Kitab oxumağa hələ uşaqkən başlamışam. Oxuduğum kitabların sayı artdıqca mənim ədəbiyyata olan həvəsim də artırdı. Hiss edirdim ki, deməyə çox sözüm var. Özümü ifadə etməyin  ən qüdrətli və çərçivəsiz yolunun ədəbiyyat olduğunu düşündüm və başladım yazmağa. Əlbəttə, özümü sübut etmək və taleyimin axarını dəyişmək istəyi də vardı.

-Bizi öz yaradıcılığınızla tanış edin, zəhmət olmasa.

-Elə indicə sizə “Həyat da, ölüm də məni əldən salır” kitabını tövsiyə etdim. Birincisi, bu kitab Çin tarixi və gerçəklilərinə məxsus olan bir sıra mühüm məsələlərə, o cümlədən, torpaq və kəndlilərlə bağlı məsələlələrə toxunur. İkincisi, mən bu əsərdə şərq surrealizmindən  istifadə etmişəm. Romanda asanlıqla heyvana çevrilən insan bir heyvanın gözü ilə son  50 ildə Çin cəmiyyətində və tarixində baş vermiş dəyişiklikləri görə bilir. Bundan əlavə, ürəkdən gələn fikirlərimi daha sərbəst və sadə dildə ifadə etmək üçün əlimdən gələni etmişəm. Beləliklə, hesab edirəm ki, bu əsər realizmə göstərilən diqqət və yaradıcı üslubun  tədqiqininin nisbətən mükəmməl və yekcins kombinasiyasıdır.

-Mən oxumuşdum ki, siz “Həyat da, ölüm də məni əldən salır” kitabını 43 gündə yazıb bitirmisiniz. Bu qədər sürətlə yazmağa sizi nə vadar etmişdi? Yazarkən nə kimi çətinliklərlə üzləşdiniz?

-Bu kitabı necə oldu ki, qısa zaman kəsiyində yaza bildim?..İlk olaraq onu qeyd edim ki, kitab real həyat hadisələrinə əsaslanıb. Hardasa 6-7 yaşım olanda bizim məktəbin yaxınlığında bir kəndli yaşayırdı. O, bütün cəmiyyətə, “xalq icmalar”ına, kollektivləşməyə qarşı idi. O dövrdə isə onun kimi insanlar radikal hesab edilirdi və hamı ona bədheybət kimi yanaşırdı, onu döyür və alçaldırdılar. Üzləşdiyi itkilər onu öz əqidəsindən döndərə bilmədi. Ailəsi, o cümlədən oğlu və qızı belə ondan üz döndərdi, ancaq o, yenə də təslim olmadı. Sonralar isə, zaman onun haqlı olduğunu sübut etdi. Romanı yazmağa başlayandan  sonra düşündüm ki, həmin “bədheybət” gec-tez bu əsərə daxil olmalıydı. Beləliklə, kitab çox qısa vaxtda yazıldı. Eskizi 43 günə yazdım, əslində isə  romandakı qəhrəmanlar bəlkə də onillərlə  mənim xəyalımda hazır şəkildə mövcud idi. Təsəvvür artıq mövcud olduğu üçün yazı da belə sürətli alındı. /literary.agta.az/

Yenililklər
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.