Corc Oruell - Yaxşı və pis kitablar
10.06.13

Esse

Bir müddət əvvəl bir naşir məndən Leonard Merrickin bir romanının yeni nəşri üçün müqəddimə yazmağımı xahiş etdi. Görünür, bu nəşriyyat evi XX əsrin bir neçə kiçik və unudulmuş romanlarını yenidən nəşr etmək niyyətindədir. Kitabların dəyərsiz hesab olunduğu bir dövrdə bu, çox önəmli bir işdir, hətta o 3 qəpiklik lazımsız qutuları eşələyib uşaqlıq dövrünün ən sevimli kitablarını axtarıb tapan insanın yerində olmaq istərdim. 

Chestertonun "babat” adlandırdığı bu kitablar bu günlərdə nəşr olunmasa da XIX əsrin sonu - XX əsrin əvvəllərində çox məşhur idi, adətən bu kitablar ədəbi keyfiyyətlərə malik olmurlar, ancaq daha samballı kitablar olmayan yerdə oxunaqlı hesab oluna bilər. Saysız-hesabsız "problem romanları”, "insan sənədləri”, "dəhşətli ittihamlar”ın unudulduğu bir zamanda öz yerini tutmuş Raffles və Sherlock Holmes hekayələri bu qəbilədən olan kitablara daxildir. (Kim daha çox unudulub, Conan Doyle, yoxsa Meredith?) Bu cərgəyə daxil olan R.Austin Freemanin ilk hekayələrini - "Oxuyan meyit”, "Osirisin gözü” və s., Ernest Bramahın Maks Karados əsərini, keyfiyyətcə bir az aşağı olan Gay Boothbyın "Tibet trilleri”ni (Tibetan thriller) , "Həkim Nikola” əsərini də daxil edərdim - sizi xəyalən Mərkəzi Asiyaya aparacaq bu əsər sanki Huenin Səyahətləri əsərinin başqa bir versiyasıdır, bu tam bir xəyal qırıqlığıdır. 

Həmin dövrdə Triller əsərləri yazanlardan əlavə bəzi yumorist yazıçılar da var idi. Məsələn: Pett Ridge - indi onun tammetrajlı kitablarının oxunmadığını etiraf etməliyəm, EşNesbit (Xəzinə Axtaranlar), George Birmingham - o da siyasətdən uzaq olduğu vaxtlarda çox yaxşı yazırdı, pornoqrafik Binstead ("Pitcher” of the pink ‘un). Amerikan kitablarından isə Booth tarkinghtonun Penrod hekəyələrini nümunə göstərmək olar. Bunlardan ən yaxşısı Barry Pain idi. Düşünürəm ki, Painin bəzi yumoristik yazıları hələ də çap olunur, bunlardan ən yaxşısı The octave of Claudius’dır, indi bu kitab çox nadir tapılır. Sonra isə Peter Blundellin Uzaq Şərq üslubunda W.W.Jacobs əsərini yazdı, lakin bu əsər H.G.Wellsin qəzetlərində mədh edilmək əvəzinə tezliklə unuduldu. 

Hər halda, barəsində danışdığım kitablar demək olar ki, "unudulmuş” kitablar sayılır. Beynimizin bir küncünə həkk olunmuş yaddaqalan, xoş xatirələri oyadan bu kitabların gerçək həyatla heç bir əlaqəsi yoxdur. Digər növ babat isə daha ciddi kitablardır, düşünürəmki, kitab özü romanın təbiəti və onun tənəzzülünün səbəbini özü açıqlayır. Son 50 il ərzində bir çox yazıçılar yazıb-yaratmışlar - onlardan bəziləri hələ də yazır və onlara bədii keyfiyyətlərinə görə "yaxşı” demək qeyri-mümkündür amma yaxşı zövqə malik bu naturalist roman yazarları nisbətən səmimidirlər. Bu sinfə mən Leonard Merrickin özünü, W.L.George, J.D.Beresford, Ernest. Raymond, May Sinclair və digərlərindən aşağı səviyyədə olan amma mahiyyətcə eynilik təşkil edən A.S.M.Hutchinsonu daxil edərdim.

Onların əksəriyyəri prolifik yazıçılar idilər və əsərləri, həqiqətən, keyfiyyətinə görə fərqlənirdi. Hər birinin ən azı 1-2 məşhur əsərini bilirəm, məsələn, Merrickin "Cynthia” əsəri, J.D.Beresfordun "Həqiqət axtaran” (A candidate for truth), W.L.Gerorenin "Caliban” əsəri, May Sinclairin "Bitişik labirint” (The combined maze) və Ernest Raymondun "Biz, ittiham olunanlar” (We, the accused) əsəri. Bu kitabların hər birində müəllif öz təsviri personajları ilə özünü təqdim edir, onları hiss edir və bu xarakterlərə maraq cəlb etməyə nail olur ki, əksər ağıllı insanlar bunu edə bilməzdilər. Onlar göstərirlər ki, intellektual zənginlik yazıçını musiqili komediyalarda olduğu kimi gülünc vəziyyətə sala bilər. Məsələn, götürək Ernest Raymondun "Biz, ittiham olunanlar” əsərini, bu qəribə, iyrənc, inandırıcı qətl hekayəsi, böyük ehtimalla, Krippen (Dr.Crippen) məsələsinə əsaslanırdı. Burdan da belə bir məsələ ortaya çıxır ki, müəllif  barəsində yazdığı insanların riqqətli vulqarlığını qismən qəbul edir, buna görə də onlara nifrət etmir. Bəlkə də, Theodore Dreiserin Amerikan tragediyası kimi  bu əsərdə də, çürükçülük bu əsərə nə isə qatır - detal arxasınca detal, seçim şansı yoxdur, hekayə davam etdikcə qorxu, qəddarlıq effekti də artır. 

Həmçinin "Haqq namizədi” (A candidate for truth) də belədir. Eyni yöndəmsizlik bu əsərdə əks olunmayıb amma adi insanların şişirdilmiş problemlərindən bəhs edir. Eynən bu xüsusiyyətlər "Cynthia” əsərində və hardasa "Caliban” əsərinin başlanğıcında özünü əks etdirir. W.L.Gerorenin yazılarının əksəriyyəti lazımsız söz yığınıdır, amma, Northclifeenin nailiyyətlərinə əsaslanan bu qeyr-adi kitab London cəmiyyətinin aşağı, orta, yuxarı siniflərinin yaddaqalan və həqiqi portretini yaratmağa nail olub. Bu kitab qismən avtobioqrafik xarakter daşıyır və yaxşı-pis yazıçıların üstünlüyü də ondan ibarətdir ki, onlar avtobioqrafiya yazmaqdan heç çəkinmirlər. Eksibisionizm və özünü acındırma roman yazarlarının bədbəxtliyidir, əgər bunlardan yayınsa o zaman yaradıcı biri kimi formalaşa bilər.

Bu babat ədəbiyyatların mövcudluğu - kiminsə ciddi qəbul etmədiyi bir kitabın kimisə əyləndirə bilməsi, həyəcanlandırması və hətta təsirləndirməsi faktı göstərirki incəsənətin məntiqlə heç bir əlaqəsi yoxdur. Düşünürəm ki, istənilən testin nəticəsi Carlylenin Trollopedən daha ağıllı olduğunu göstərər.  Buna baxmayaraq Trollope hələ də oxunur, Carlyle isə yox: belə ağıllı olmasına baxmayaraq ingilis dilində təmiz yaza bilmir. Şairlər kimi roman yazarları üçün də zəka ilə yaradıcılıq gücü arasındakə əlaqəni bərqərar etmək çox çətindir. Yaxşı roman yazarı Flaubert kimi mütəşəkillik möcüzəsi də ola bilər, Dickens kimi zəka küpü də ola bilər. Bir çox yazıçıların Wyndham Lewisin "Tarr” və ya "Snooty baronet” (Davakar baronet) əsərlərində birləşdirə bilməsi onun kifayət qədər istedadlı olduğunu göstərir. Bununla belə bu kitablardan birini birdəfəyə oxumaq çox çətindir. Əsərdə "Əgər qış gəlirsə deməli oradan ayrılır” kimi bir neçə ədəbiyyatın özülü hesab olunan, tərifolunmaz ifadələr mövcuddur. Bəlkə də "babat” kitablara ən yaxşı nümunə "Tom əminin daxması” (Uncle Tom’s cabin) kitabıdır. Çox mənasız kitabdır, lazımsız melodramatik macəralarla doludur, buna baxmayaraq çox ağır və çox dürüst kitabdır, hansı keyfiyyətin daha önə çıxdığını demək çətindir. 

"Tom əminin daxması”ndə hekayə getdikcə ciddiləşməyə və real dünya ilə əlaqələnməyə başlayır. Bəs reallıqdan uzaq yazıçılar necə? Bəs həyəcan və yüngül yumor tədarükçüləri necə? Bəs Sherlock Holmes və yaxud da Dracula, Helenin uşaqları ya da King Solomon’s mines (Kral Solomonun xəzinəsi)?  Sözsüz ki, bu mənasız kitabların hamısı çox gülüncdür və əminəm ki müəllifləri  belə bu kitabları ciddi qəbul etmirdilər, buna baxmayaraq bu kitablar günümüzə qədər gəlib çıxmışlar və böyük ehtimalla gələcək nəslə də ötürüləcək.Onu deyə bilərəm ki, sivilizasiyanın mövcud olduğu zaman insan zaman zaman əyləncəyə ehtiyyac duyur, və bu yüngül ədəbiyyat da bu sahədə müəyyən yerə malikdir: amma savadlılıqdan və zəka gücündən daha önəmli dəyərlər var, bunlar da  həqiqi istedad və daxili nəzakətdir. 

Orkestrdə səslənən musiqi şeirləri antologiyaya daxil olan əsərlərin 3/4-ündən daha yaxşıdı.

Şərabın ucuz olduğu yerə gəl
Bardaqların dolu olduğu yerə gəl
Şefin əyləncə olduğu yerə gəl
Yan qapıya, qəlyənaltıya gəl!
        Və ya
Iki sevimli göz
Nə xoş təsadüf
Sadəcə yalnış adamı axtaran
Bir cüt sevimli göz

Sadəcə "The Blessed Damozel” və ya "Love in the Valley” yazmaq istəmədiyim üçün bu bəndləri yazdım. Eyni xüsusiyyətə gorə Virginia Vulfun və ya Geroge Moorenin bütün əsərlərini yaşatmaq üçün yenidən "Tom dayının daxması”  əsərini oxudum, amma belə baxanda mənim ciddi ədəbiyyatın nə olduğu barədə bir fikirim yoxdu.

Tərcümə: Elmira Quliyeva
Kult.az

Yenililklər
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.