Nigar Köçərli: "Real problem budur - oxu mədəniyyətinin olmaması" - MÜSAHİBƏ
12.06.13

"Əli və Nino” şirkətlər qrupunun və ilk Milli Kitab Müsabiqəsinin təsisçisi Nigar Köçərlinin müsahibəsi.

- Onlayn mağazanızda kitab satışı necə gedir?

- Bizdə onlayn sistem, hələlik, zəifdi. Biz onun əhatə dairəsini gücləndirməyə çalışırıq. Məsələn, qeydiyyat sistemi alıcılıq qabiliyyətini aşağı sala bilər. Hərçənd, bunsuz da keçinmək mümkündür. Yəni bizim vəzifəmiz müştərilərlə işi daha asan və əlçatan etməkdir: onlar artıq cəhdlərə ehtiyac qalmadan bizim internet mağazadan kitab ala bilsinlər. 
 
- Harada kitaba tələbat daha çoxdur: regionlarda, ya Bakıda? Fərq böyükdürmü?

- Regionda satış 20, Bakıda 80 faizdir. Regionlarda kitab alırlar və bizim mağaza əyalətdəki kitabsevərlər üçün yeganə imkandır. Aydındır, Bakıda kitabsevərlər daha çoxdur, bununla belə regionlarla işləmək lazımdır, çünki paytaxtdakı oxucunun kitab almaq imkanı həmişə var, əyalətdəki oxucunun isə belə bir imkanı yoxdur. Bir sözlə, bu tələbatı ödəmək lazımdır və bunun üçün sadəcə oxucuya çıxışın olmalıdır.
 
Ümumilikdə isə ədəbiyyat çatışmır, oxucunun seçim imkanı azdır. Xüsusən də uşaq ədəbiyyatı ilə bağlı kitablar. 
 
- Rus kitab nəşriyyatı sahəsində də vəziyyət eynidir. Uşaqlar kitab oxumur?

- Problem uşaqlarda deyil, valideynlərdədir. Normal uşaq ədədbiyyatı yalnız bu yaxınlarda nəşr olunmağa başlayıb. Məsələn, bizdə Andersenin nəfis şəkildə Azərbaycan dilində kitabı işıq üzü görüb. Ümumiyyətlə, bu gün bizim sərgidəki kitabların 85 faizi Azərbaycan dilindədir. Bu, belə də olmalıdır.
 
- Hansı kitabları daha çox alırlar?

- Bizdə elə bir vəziyyət yaranıb ki, əsasən, tərcümə ədəbiyyatı alınır. Başqa ölkələrdə əsasən yerli müəlliflərə üstünlük verirlər, əcnəbilər sonra gəlir. Bizdə isə əksinədir.
 
- Yəqin azərbaycandilli oxucular arasında daha çox yerli müəlliflərin əsərlərinə tələbat var?

- Bizdə Elxan Qaraqanın minlərlə oxucusu var, onlar əsasən azərbaycandilli gənclərdir. Onun təqdimatına yüzlərlə gənc gəlmişdi. Elə bu səhər də Qaraqan gənc pərəstişkarları ilə birgə burada idi. Bununla belə deyərdim ki, Azərbaycan dilində yazan yerli müəlliflərə tələbat azdır. 
 
- Kitablar necə satılır, bu istiqamətdə bazarda yaxşılaşma varmı?

- Yaşamaq üçün mübarizə aparmalı oluruq. Hər gün satışa dəstək üçün hansısa aksiyalar düşünmək lazım gəlir. İstənilən başqa ölkədə bu templə çalışsaydım, artıq milyarder olmuşdum.
 
- Postsovet ölkələrindəki nəşriyyatlar kitab piratçılığının gücləndiyindən şikayət edirlər. Sizin biznesə bu necə sirayət edib?

- Bizim problemimiz piratçılıq deyil. Bizdə vəziyyət bir qədər fərqlidir, adamlar sadəcə olaraq kitab oxumurlar. Ölkəmizdə bir milyon adama bir kitab mazağası düşür, halbuki Rusiyada və Ukraynada 20 min nəfər üçün bir kitab mağazası işləyir.

Son illər kitab oxumaqla bağlı vəziyyət qismən yaxşılaşıb, amma bu çox cüzi göstəricidir.
 
- Yəqin, bu gənclərin hesabınadır?

- Bəli, onlar yeni olan hər şeyə açıqdılar. Qocalar və yaşlı nəsil isə belə düşünür ki, 90-cı ildən bəri dəyərli heç nə yazılmayıb və bunu oxumağa vaxt sərf etməyə dəyməz.
 
- İndi çox adam elektron kitaba üstünlük verir. Bu sizin biznesə təsir edibmi?

- Dinamika göstərir ki, 2020-ci il üçün əhalinin yalnız 15 faizi elektron kitablara keçəcək. İyirmi il əvvəl internet yox idi və ola bilsin, daha iyirmi il sonra başqa nəsə kəşf olunsun. Hələlik, reallıqdan çıxış edərək deməliyik ki, elektron kitablar kağız kitabları sıxışdırmır. Demək istəyirəm ki, "rider"lər bizim üçün təhlükə kəsb etmir. Bizdə adi kitab oxuyan yoxdu, qalsın "rider"ə keçmək. Real problem budur - oxu mədəniyyətinin olmaması, "rider"lər və ya piratçılıq deyil. /ann.az/

Yenililklər
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.