Aqşin Yenisey - Əxlaqsızlığa giriş
13.06.13

Zülhiccə ayının on dördündə əlimi atıb taxçadan bir kitab götürdüm və oxumağa başladım; kitabın adını ona görə çəkmirəm ki, oxucular məni də bəzi “yazarlar” kimi oxumadıqları kitabların adını da sadalayıb özlərini intellektual göstərmək istəyən şöhrət düşkünlərindən biri zənn etsinlər. Kitabdakı bir ifadə diqqətimi çəkdi: “əxlaq polisləri”. Söhbətimiz də elə bu barədə olacaq. Əvvəlcə gəlin əxlaq anlayışının növlərini ayırd edək: İctimai əxlaq, fərdi əxlaq. Fəlsəfə bu məsələyə soyuqqanlı yanaşır və deyir ki, əxlaq ictimai şüur formalarından biridir, yəni insanı heyvandan fərqləndirən bir xüsusiyyətdir. Yaxşı onda sual yaranır, bu “əxlaq polisi” nə üçündür? Yəni hələ də elə insanlar var ki, onları bu gün, rəhmətlik Darvinin ölümünün üstündən dörd yüz il keçəndən sonra meymundan insana çevirmək lazımdı? 

Düzdür, bizim ailələrdə indi də əxlaq polisləri var; onlara el arasında ağsaqqallar və ağbirçəklər deyirlər. Ağsaqqallar kişilərin, ağbirçəklər qadınların əxlaqına nəzarət edir. Bu əxlaqi nəzarətin özünəməxsus cəza növləri var. Məsələn, ağsaqqalın nəzarətində olan şəxs cızığından çıxıbsa, ağsaqqal əvvəlcə onu qabağına qoyub üzünün əti tökülənə qədər danlayır, bütün yaxşılıqları və pislikləri onun başına qaxır. Ağsaqqalın ixtiyarı var ki, içki içib evə gec gələn ailə üzvünə, tutalım, min doqquz yüz altmış birinci ildə göyə uçub yerə qayıtmayan Qaqarinə görə, itin sözünü desin ki, sən hara baxırdın? Ömründə uzunqulaq minməyən adamı mindirib raketə, göyə uçurmusuz. Di cavab ver. Vaxtilə yəhudilər “nankor övlad” hesab etdikləri böyük filosof Spinozanı sinaqoqdan qovduğu kimi, sənin də mitilini tullayacaqlar küçələrə. Yaxud bir də görürsən kələmə oxşayan bir dəstə doqquztuman ağbirçək yığışıb götür-qoy edir; filankəsin gəlini niyə doğmur? Və hökm verilir: boşatdırmalı! Gəlin düşür küçələrə, olur fahişə. 

Şəxsən özüm dəfələrlə şahidi olmuşam və bu sözün məsuliyyətini hiss edərək deyirəm, barlardakı, saunalardakı fahişələrin əksəriyyəti bir-iki uşaq anası olan gəlinlərdir. Artıq onlar üçün hansı kişi ilə yatmağın heç bir mənası yoxdu. Onlar kişilərə yeriyən pul kimi baxırlar və kişi hiss edəndə ki, yatacağı, qucaqlayacağı qadın üçün o, sadəcə, heç kimdir, yəni itdi, pişikdi, gəndəlaş çubuğudu – özünü kişi hesab edən adam üçün bu, böyük təhqirdi.

Demək istədiyim odur ki, hansı dövrə baxırsınızsa baxın, əxlaq subyektiv xassəlidir və bununla barışmaq lazımdır: sənin əxlaqının mənə, mənim əxlaqımın sənə dəxli yoxdur. İctimai münasibətlər isə kiminsə əxlaqı ilə yox, qanunlarla tənzimlənməlidir. Yenə də bir başagəldi yadıma düşdü. O gün avtobusda qəfildən azan səsi gəldi, hamı dönüb səs gələn tərəfə baxdı və bir kişi ayağa qalxıb şalvarının arxa cibindən telefonunu çıxarıb uzun-uzadı danışdı. Kişinin mömin oğlu telefonun zənginə azan səsi yazdırıb və şalvarının arxa cibinə qoyub. Bu, onun əxlaqıdır, qarışa bilmərik. 
Bu barədə görün nə qədər adam cild-cild kitab yazıb: Yum, Smit, Şeftsberi, Xatçeson, Vestermark, Dugell, Rocers, Şarp, Tusi, Şend və neçə-neçə dünya dühası. 
“Əxlaq polisi” ifadəsi bu adamlardan oxuduğum əsərləri yadıma saldı və evdə qalanlarından bir neçəsini götürüb yenidən vərəqlədim, məyus oldum, yəni insan o qədər əxlaqsız məxluqdur ki, neçə-neçə dini kitab, bu qədər filosofun əsəri onun əxlaqını düzəldə bilmir. Sonra elə vərəqlədiyim bir kitabın arxasına nə vaxtsa yazdığım və unutduğum bir cümləyə rast gəldim. Qoy onu da yazım ürəyim soyusun: “İnsanı özünün qəlbiylə, əxlaqıyla, vicdanıyla üz-üzə qoy, gör o, necə tez aradan çıxacaq”.
Gedim televizorda bir az heyvanlar aləminə baxım. /simsar.az/

Yenililklər
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.