Qalib Şəfahət - İçimi sərdim küləyə
01.07.13

Gizlədə bilmədim özümü sənə

Harada oldumsa, gördün məni,
Hər yanda
əsən külək kimi yelləndirdin,
yellənçəyimdə...
Yerinə yetirəmmədim sözümü, 
Yalançı çıxdım sözümə. 
Qadın gözəlliyinə güvənir,
Kişi gücünə ...
Zəifliyə tuş gəlmədi bəxtin,
Sən baş əymədin zəifliyinə.
Dünyanın ən böyük yalançısı mən,
Dünyanın ən böyük məni görəni sən.
Sən məndən güclüsən,
Sən məndən çox hündürdəsən,
Hər yerdə görürsən məni.
Mən isə heç yanda gizlədə bilmədim özümü.
Su olub hopdum yerə,
Qazıb çıxarırsan məni.
Od olub söndüm,
Yenidən alovlandırırsan məni.
Bulud olub çəkilirəm göylərin bir küncünə,
Kövrəldib yağdırirsan məni.
Günəş oluram,
Sonra çəkilirəm qaranlığa,
Səhərə kimi gözləyirsən, 
Hər an addım-addım izləyirsən məni.
Hər yanda, hər yerdə,
Yanımda görürəm səni.
Gizlədə bilmədim özümü sənə...



İçimi sərdim küləyə 

Bu qış mənə sitəm olub,
İçimi sərdim küləyə.
Gözüm islanıb, nəm olub.
İçimi sərdim küləyə.

Çıxarıb asdım bezini,
Günəş qızdırsın üzünü,
Toparladım mən özümü
İçimi sərdim küləyə.

Başqa cür yoxdur yozumu,
Çəkdim içimin nazını.
Külək aparsın tozunu,
İçimi sərdim küləyə.

 Qoy gözümün qəmi getsin,
Qoy dərdimin dəmi getsin,
Qoy içimin nəmi getsin,
İçimi sərdim küləyə.



Bu dərd əlimdə soyuyub

 Hənirti yox nəfəsimdə
 Bu dərd əlimdə soyuyub.
 Əynimdə kirli görünür,
 Görən bu dərdi kim yuyub?

 Çovğun-qarda ürək donur,
 Hər əsəndə külək dolur.
 Bu dərd məni fağır sanır
 Oyub ürəyimi oyub.

 Ta yada salmayır məni,
 Vecinə almayır məni,
 Yanımda qalmayır mənim 
 Daha bu dərd məndən doyub.

 Axıb göz yaşımnan gedib,
 Çəkilib qaşımdan gedib,
 Əkilib başımdan gedib
 Məni yenə düzdə qoyub.



Bir misra qədərdi bizim eşqimiz
Tək bircə misralıqdı bizim eşqimiz,
Sonu şeir olmayan misra qədər…
Amma tez əzbərləmək olar,
Tez itirmək qədər…
Bir misra içində çabalayırıq,
Hələlik yol tapmırıq
Nəğmə kimi oxunmağa,
Yada ki, şeir olmağa.
Bircə misra boydadı boyumuz,
Bircə misrada boğuluruq biz.
Bircə misra 
Qazamatdan betərdi bizə.
Darlıq edir ikimizə…
Sahib ola bilmirik,
Bir misralıq eşqimizə. 
Nə əlimizi aça bilirik,
Nə də ayağımızı ata bilirik.
Dönmüşük sükuta…
Bir misra qədər dillərdə qalmaq olarmı?..
Sonsuz olan şeir qədər…
Onu da kimsə ağızından salıb itirər,
Ya qəh-qəh çəkib güləndə,
Ya da bir qurtum su içəndə.
Su kimi aydın olsun ömrümüz…
Əlvida.. 
Tələsək…
Bu misranın axırı gələnə qədər.
Hələ bu misraya qoymayaq nöqtə,
Bəlkə axırı gələr…
Dərdimiz  oxunur,
Bir misra qədər.

Yenililklər
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.