Türkiyədə Uluslararası “İpək Yolu Şairlər Buluşması” keçirilib
03.07.13

20-30 iyun 2013-cü il tarixində TÜRKSOYun təşkilatçılığı  ilə Türkiyənin Ankara və İstanbul şəhərləri də  daxil olmaqla bir neçə şəhərində Türkdilli ölkələrin şairlərinin iştirakı ilə uluslararası “İpək Yolu Şairlər Buluşması” adlı tədbir keçirilib. Tədbirdə  Azərbaycan Respublikasını filologiya üzrə fəlsəfə doktoru, şair Ələmdar Cabbarlı təmsil edib.

Bu barədə “525.az”-a məlumat verən Ələmdar Cabbarlı bildirib ki, şairlər görüşməsi Türk dünyasının YUNESKO-su hesab edilən TÜRKSOY-un 20-ci ildönümü münasibətilə təşkil edilib: “Tədbirin açılışı Sapanca gölünün kənarında oldu. Öncə Türkiyə Cümhuriyyətinin Baş Naziri Rəcəb Tayyib Ərdoğanın təbrik məktubu oxundu. Daha sonra TÜRKSOY-un Baş Katibi Düsen Kaseinov çıxış edərək tədbir iştirakçılarını salamladı və tədbirin işinə uğurlar arzuladı. Düsen Kaseinovdan sonra Sakarya Valisi Mustafa Büyük, Sapanca Bələdiyyə Başqanı İbrahim Uslu və digərləri çıxış etdi. Bunun ardınca şeir oxumaları başandı. Türkdilli ölkələrdən və türk topluluqlarından mərasimə qatılan şairlərin şeirləri tədbir iştirakçıları tərəfindən böyük sevgi və coşqu ilə qarşılandı”. Şairlər görüşməsinin 10 gün boyunca Bolu, Karaman, Ankara, Eskişehir, İstanbul və digər şəhərlərdə davam etdiyini bildirən Ə.Cabbarlı hər bir şəhərdə, qəsəbədə insanlar tərəfindən şeirə, sənətə böyük hörmət və izzət göstərildiyini bildirib:
 
“Getdiyimiz bütün şəhər və qəsəbələrin vali və bələdiyyə başqanları tərəfindən hörmətlə qarşılandıq, mədəniyyət salonlarında, eyni zamanda bir sıra parklarda – açıq havada şeirlərimizi oxuduq. Mövlanənin vətəni, türk dilinin ilk dəfə rəsmi dil elan edildiyi Karaman şəhərində “Türkcə” adlanan parkda şeir oxunmasının isə ayrıca bir özəlliyi oldu. Türkiyə mediası da tədbirə olduqca böyük önəm verdi. Bir sıra görüşlər şəhər və qəsəbələrin yerli televiziya kanalları vasitəsilə canlı yayınlandı, yerli və mərkəzi qəzetlərdə bu barədə xeyli sayda reportaj və məqalə dərc edildi. Eyni zamanda şairlər görüşməsində iştirak edən şairlərin şeirlərindən ibarət kitabça da yüksək tirajla çap edilmişdi və insanlara paylandı”. Ə.Cabbarlı sözlərinin sonunda Azərbaycanı bu tədbirdə onun təmsil etməsini məsləhət bilən Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anara, Birliyin Gənclər üzrə katibi Rəşad Məcidə, təşkilati dəstəyə görə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri cənab Əbülfəz Qarayevə minnətdarlığını bildirib. /525.az/

Yenililklər
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.