Elvin Bakiroğlu - Sağlığında qiymət verin
05.07.13

Şeirlə tanışlığımı anama borcluyam. Uşaq yaşlarımda ilk dəfə Mikayıl Müşfiqin şeirlərini anamın dilindən əzbərləmişəm. İlk tanıdığım şair də, sevdiyim şair də Mikayıl Müşfiq olub. O gün olmazdı ki, anam mətbəxdə Müşfiqin şeirlərini oxumasın. O, həm də şəkillərdə gördüyüm ən yaraşıqlı şairiydi. Ağlım kəsəndən bəri istəmişəm ki, kaş onun da yaraşıqdan əsər-əlamət olmayan, beli bükülmüş, saçı tökülmüş, üzü qırışmış şəkilləri olaydı…

“Sağlığında qiymət verin insanlara” - Cabir Novruzun dillər əzbəri bu misrasını tez-tez xatırlamamaq mümkün deyil. Nə əmr kimi əmr, nə xahiş kimi xahiş olan bu ifadə ətrafında son günlər daha çox düşünməyə başlamışam. Səbəbsə bu il Səlim Babullaoğlunun böyük ədəbiyyat fədailyi və əvəzsiz zəhmətiylə işıq üzü görmüş Mikayıl Müşfiqin seçmə əsərlərindən ibarət kitabını vərəqləməyimdi. 

Kitab, ömrü kəm, ilhamı gur şairimizi bütün cizgiləriylə ifadə edir. Təsəvvür edirsinizmi, Mikayıl Müşfiqin adını belə eşitməyən, kimliyini belə tanımayan hər bir azərbaycanlının bu kitabı oxumağı kifayətdir ki onunla yaxından tanış olsun. Bu doğurdan da çox ciddi bir işdir. Çox sevindirici haldır ki, Mikayıl Müşfiq özü kimi zamanında layiqli qiymətini almayan, ziyasıyla, istedadıyla, düşüncə yüküylə daha yaxşı mövqelərə aid olan vicdanlı bir şair tərəfindən öz layiqli qiymətini ala bilib.

 Bu gün cibində istedadölçən gəzdirdiyini sanan, Səlim Babullaoğluna dil uzadan  yeniyetmə “dahi”lər qiymət verməyə nə qədər geciksələr də şübhəsizdir ki, illər ötəcək, Səlim Babullaoğlunun özü kimi biri və ya biriləri meydana çıxacaq və onu unudulmağa qoymayacaqdır. Bu ilahinin ədalətidir.

Bu ilin əvvəllərində Türkiyəni lərzəyə gətirən dramatik bir film çəkildi. “Kelebeğin Rüyası” adlanan Yılmaz Erdoğan filmi bu günə qədərkilərə bənzəmədi. Film ikinci dünya müharibəsi ərəfəsində Zonguldak şəhərində yaşayan, mədəndə işləyərək ağır həyat tərzi keçirən, nəhayət vərəmə yoluxan iki şairdən – Rüştü Onur və Müzaffer Tayyip Usludan bəhs edir. Bu iki şairin əsas qayəsi can, mal hayında olan insanlara şeiri anlada bilmək idi. Onlar vaxtında anlaşılmadılar ancaq təxminən yetmiş il sonra Yılmaz Ərdoğanın vəfadarlığı sayəsində sübut elədilər ki  əsl sənət, əsl sənətkar ölməzliyə məhkumdur. Filmin bəyaz pərdədə görünməsiylə kitab dükanlarının rəflərində  hər iki şairin ən ön sıralarda yerlərini tapmağı bir oldu. 

Bizə düşən Səlim Babullaoğlu, Yılmaz Ərdoğan kimi qədirşünas şəxsiyyətlərə ürəkdolusu təşəkkür etmək və onları ayaqda alqışlamaqdı. 
       
Bu gün mən anama Səlim Babullaoğlunun və Yılmaz Ərdoğanın şeirlərini oxuyuram…

Avanqard.net

Yenililklər
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.