BSU-nun Yaradıcılıq fakültəsi tələbələrini mərasimlə yola saldı - FOTOLAR
05.07.13

Bakı Slavyan Unversitetinin Yaradıcılıq fakültəsi tələbə və məzunlarının, ziyalıların, mətbuat nümayəndələrinin iştirakı ilə məzun günü keçirib.

Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, yazıçı Kamal Abdulla Yaradıcılıq fakültəsi ideyasının reallığa çevrilməsi üçün atdığı addımlardan danışıb və universitetin kollektivinə bu işə göstərdikləri dəstəyə görə təşəkkür edib: “Altı il bundan əvvəl bu fakültəni virtual olaraq yaratma ideyasını irəli sürəndə kollektiv nəinki bu fikri dəstəklədi, həm də öz təklifləri ilə genişləndirdi və müəllimlər, ziyalılar fakültənin araya-ərsəyə gəlməsində öz töhvələrini əsirgəmədilər. İstəyimiz bir ədəbi mühit formalaşdırmaq, gənclərin öz istedadlarını göstərməsi üçün meydan yaratmaq idi. İndi fəxrlə deyə bilərik ki, bizim məzunlarımızdan bir çoxu artıq cəmiyyətdə kifayət qədər tanınır. Doğrudur, mənim ədəbi müsabiqələrdən sidqim sıyrılıb, buna baxmayaraq tələbələrimizin müxtəlif müsabiqələrdə qalib olması faktını da yüksək qiymətləndirirəm. Beləliklə, hazırda müasir ədəbi prosesi bizim məzun və tələbələrimiz olmadan təsəvvür etmək mümkün deyil. Ancaq əmin ola bilərsiniz ki, bir neçə ildən sonra bu fakültənin məzunları ədəbi prosesin təkcə aktiv iştirakçıları yox, həm də yaradıcıları olacaqlar”.

Fakültə tələbələrinin ədəbi ictimaiyyətə təqdimatında səmimi-qəlbdən iştirak edən mətbuat orqanlarını xüsusi vurğulayan K.Abdulla onlara ayrı-ayrılıqda təşəkkür etdi: “525-ci qəzet”, “Kulis”, “Kultaz”, “Qafqazinfo”, “Oxu zalı” və s. adını çəkə bilmədiym, sözün, ədəbiyyatın yanında olan hər bir quruma, onların rəhbərlərinə də minnətdarlığımızı çatdırıram. Onların sayəsində yaradıcılığa yenicə qədəm qoyan, ilk addımlarını Yaradıcılıq fakültəsində atan gənclər özlərini ifadə edə və tanıda bilirlər”.

BSU prorektoru professor Asif Hacılı, tədris-hissə müdiri Məmmədtağı Rzayev və dekan Elnarə Tofiq qızı bu “virtual fakültənin” “reallığa” çevrilməsində K.Abdullanın xidmətlərini xüsusi vurğuladılar. “Kamal müəllim vaxtının azlığına, məşğul olmasına baxmayaraq, Yaradıcılıq fakültəsi ilə hər gün maraqlanır və onun bütün qayğılarını dərhal həll edir. Bu, bir fakültədən daha çox, Kamal Abdullanın yaradıcı gəncliyə olan qayğısının nəticəsidir. İstərdim ki, bizim məzunlar da gələcəkdə bu qayğını özləridən sonrakı nəsilə ötürsünlər” – deyə Asif Hacılı bildirdi.

Tədbirə qonaq qismində dəvət alan xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı keçmiş Sovetlər Birliyinin Ədəbiyyat İnstitutu modelində bir fakültənin yaranmasını alqışladığını söylədi. Xalq şairi qeyd etdi ki, minlərlə kitab oxumaq yaradıcı mühitin insana verdiyi ədəbi təsəvvürləri əvəz edə bilmir: “Biz gəncliyimizdə yalnız ədəbi birliklərə qoşulandan, ordakı müzakirələrin iştirakçısı olandan sonra ədəbiyyatın, sözün nə olduğunu dərk etməyə başladıq. Bu baxımdan Yaradıcılıq fakültəsinin bir ədəbi mühit kimi formalaşması, Azərbaycanın tanınmış ziyalılarının, tənqidçilərinin, söz adamlarının ustad dərslərinin təşkili gənclərin yetişməsində əvəzsiz rol oynayır”.

S.Rüstəmxanlı söz adamlarının heç vaxt bir-birinə mane olmadığını, meydanını dar etmədiyini vurğuladı: “Hər söz adamının öz dünyası var və ona kimsə mane ola bilməz. Əksinə, fikir bölüşmək, müzakirələrdə iştirak etmək bu dünyaların rəngarəngliyini artırır və ədəbi mühiti zənginləşdirir. Digər tərəfdən, dünyanın ən məşhur pedaqoqları, sənət adamları çox vaxt yaza bilmədiklərini yaradıcı mühitdə, canlı danışıqda deyirlər. Ədəbiyyat İnstitutunun tanınmış müəllimlərinin ən məşhur kitabları o audutoriyalarda etdikləri çıxışlardır ki, sonradan onları toplayıb dərc ediblər və ədəbiyyata misilsiz xəzinə bəxş ediblər. Yəni yaradıcı mühitlərin öz aurası söz adamlarına ayrıca imkanlar verir. Bu baxımdan belə bir fakültənin imkanları çox genişdir və tələbələr bu fürsətdən maksimum bəhrələnməlidirlər”.
Daha sonra iki il ərzində məzunlara müxtəlif fənlərdən dərslər deyən, ustad siniflər aparan, müzakirələrini təşkil edən ədəbiyyat və elm xadimləri – Niyazi Mehdi, Rəhim Əliyev, Tehran Əlişanoğlu, Rüstəm Kamal, Salam Sarvan, Etimad Başkeçid, Cavanşir Yusifli tələbələrə uğurlar arzuladılar. 

Keçmiş məzunlardan Qismət, Rəbiqə, Günel Eyvazlı, Feyziyyə çıxış edərək, Yaradıcılıq fakültəsinin onların həyatındakı rolundan danışdılar və bu gün də özlərinə mənəvi ocaq saydıqları BSU-nun müəllimlərinə təşəkkürlərini çatdırdılar.

Tədbir fakültənin keçirdiyi görüşlərdən, tələbələrin müxtəlif televerilişlərdə səsləndirdikləri şeirlərdən, mükafatlandırılma məırasimlərindən hazırlanan videoçarxlarla müşayiət olundu.
Sonda Yaradıcılıq fakültəsinin bu il təhsilini tamamlayan 23 məzununa rektor Kamal Abdulla diplom və hədiyyələr təqdim elədi.

Avanqrard.net














Yenililklər
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.