Ayxan Ayvaz - Sartr kimi kimsəsiz, Kafka kimi sevgisiz...
08.07.13

Kitablar yalnız bizim oxumağımıza deyil, yaddaşımızı təzələməyimizə də kömək edir. Bəzən kitab oxuduğun vaxt qəribə hadisələr baş verə bilər. Hər dəfə hansısa kitab mağazasında gördüyün kitab içindəki əsərlə bərabər, həmin o olayları da xatırlamağa səbəb olur.

Məsələn, mən bu cür situasiyayla bir neçə dəfə qarşılaşmışam. Deməli, Zabrat qəsəbəsində qarovulçu işlədiyim vaxtlar idi.

Darıxdırıcı gecələrdə kitablar imdadıma çatırdı. Belə günlərin birində Jan Pol Sartrın “Ürəkbulanma” romanını oxuyurdum.

Kitab məni o qədər özünə çəkmişdi ki, pəncərədən belə çölə baxa bilmirdim.

Qarovulçuluq elədiyim dibçəkləri oğurlayıb aradan çıxmaq bir içim su kimiydi.

Yəni elə bir durumdaydım ki, top atılsa da hiss eləməyəcəkdim. Nə isə, kitabı oxuduqca içim sözlərlə dolur və mən tamam ayrı bir yerdə olduğumu düşünürdüm.

Bir azdan əsər mənə o qədər təsir etdi ki, kirimişliyi aradan götürmək üçün kitabı bərkdən oxumağa başladım.

İndiki kimi yadımdadır, kitabı bitirəndən sonra elə bil səsim xırp kəsildi, sükut təzədən boşaldılmış yerinə keçib rahat nəfəs aldı. “Ürəkbulanma”nı bir kənara qoyub siqaret yandırdım və saata baxdım. Həmin an məni dəhşət bürüdü: saat gecənin dördü idi.

Pəncərədən bayıra göz gəzdirdim: işıq dirəkləri söndürülmüş, qaranlıq ağır bir yük kimi asfalt yolun üstünə çökmüşdü. Hər yer adamsız, səssiz-səmirsiz olmuşdu. Elə bil dünya elə bineyi-qədimdən belə də qurulmuşdu: kimsəsiz, yurdsuz-yuvasız, zülmət... Məhz həmin an məni bir daha dəhşət bürüdü və Sartrı tamam-kamal anladım. Onun yazdıqları içimə dolmuşdu.

Başa düşdüm ki, indi bu zülmətdə yeganə adam mənəm və düşüncələrim də bu gecə kimi kimsəsizdi. Həmin o gecə səhər açılana qədər Sartr olmuşdum. Elə ki, gün işıldadı, adamlar görünməyə başladı təzədən eyni adama çevrildim. Adamların içində görünməz oldum...

Başqa bir qəribə hadisə: münasibətdə olduğum bir qızla kitab mağazasına getmişdik. Rus dilindəki kitablara baxır, bu dilin hüdudsuzluğuna heyran qalırdım. Bu zaman qız arxadan məni səslədi. Əlində Kafkanın “Məhkəmə” kitabı vardı. Onun bu yaşda Kafkanı oxumağı mənə təəccüblü gəldi. Kitabı əlindən alıb vərəqlədim, gülə-gülə: “Hələ cavansan, özünü korlama” dedim. Qız bunun səbəbini soruşdu. “İzah edərəm, sonra...” deyib yaxamı qırağa çəkdim.

Sonra aylar keçdi, bilmədim o qız Kafkanın “Məhkəmə” romanını oxudu ya yox, amma biz bir daha görüşmədik. Məndən uzaqlaşdı. “Özündən razısan” – son sözlərini tez-tez xatırlayırdım. Nə isə, keçənlərdə qrup yoldaşlarımla söhbətləşirdim. Oğlanlardan birinin əlində “Azərbaycan” jurnalı gördüm. Dərsə girməmişdən jurnalı həvəssiz vərəqlədim və birdən qarşıma usta tərcüməçi Vilayət Hacıyevin çevirməsində Kafkanın “Məhkəmə” romanı çıxdı.

Romanı vərəqləyə-vərəqləyə auditoriyadan içəri keçdim. Qəfil telefonuma zəng gəldi. “Salam...” Səsi tanımadım. Kimliyini soruşdum. Həmin qız idi. Mənimlə çox kövrək danışırdı, sanki hər şeyin günahkarı mən idim. Eynən “Məhkəmə” romanındakı K. kimi günahsız durumda suçlu görünməyimə təəccübləndim. “Verdiyin kitabları qaytarmaq istəyirəm...” – səsi daha da incəldi. Elə bil oyuncağı əlindən alınmış uşaq kimiydi. Mən yaranmış bu təsadüfi hadisənin çaşqınlığı içində: “Səndə qala bilər, problem yoxdu” dedim. Kədərli halda sağollaşdı.

Və kitabların taleyi olduğuna, hər insanın öz kitabı olduğuna bu hadisələrdən sonra bir daha inandım... /oxuzali.az/

Yenililklər
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.