Uilyam Folkner və Alber Kamyunun görüşü
15.07.13

Uilyam Folkner və Alber Kamyu... Sağ ikən klassik, adları əfsanəyə dönmüş iki böyük sənətkar.

Taleyi, həyatları bu qədər oxşar və bu qədər bənzərsiz iki tənha insan. Hər ikisi Nobel mükafatı alıb. Hər ikisi qapalı həyat keçirib. Və hər ikisi ömrünü faciəli şəkildə başa vurub. Kamyu maşın qəzasında həlak olub. Folkner bədöy atdan yıxılıb, bundan sonra cəmi bir gün yaşayıb. Və bununla da iki böyük sənətkar arasında oxşarlıq qurtarır. Kamyu elə ilk əsəriylə dünya şöhrəti qazanıb. Folkneri isə ədəbiyyat dünyası uzun illər tanımaq istəməyib. Ona Nobel mükafatı veriləndə yerliləri təəccüblə soruşublar: “Folkner? Bu kimdi belə?”

Çünki o vaxtlar ədəbiyyat aləmi bir “tanrıya” sitayiş edirdi. Və bu tanrının adı Ernest Hemenquey idi. Folkner isə öz növbəsində Hemenqueyin yalnız bir əsərini: “Qoca və dəniz”ini bəyənirdi. Lakin bir neçə ildən sonra şıltaq tale Folknerin üzünə güldü və onu əlçatmaz bir zirvəyə qaldırdı.

Bu vaxt uzaq Əlcəzairdə daha bir Nobel mükafatı laureatı - Alber Kamyu yazıb yaradırdı. Və o, Folkner qədər məşhur və “oksfordlu zahid” qədər tənha idi. Bəlkə ondan da çox. Çünki Kamyu ən ağır anlarda Folkner dünyasına üz tuturdu. Folknerin qəlbindəsə özündən savayı ikinci bir sənətkara yer yox idi. Kamyunun öz amerikalı həmkarına marağı və məhəbbəti heç kəsdə şübhə doğurmur. Heç olmasa ona görə ki, Kamyu öz dünya şöhrətinə və vaxtının qıtlığına baxmayaraq, Folknerin “Rahibə üçün rekviyem” romanını səhnələşdirib. Və dünya ədəbiyyatında bənzəri olmayan bu qeyri-adi pyesi iki imzayla çap etdirib: Uilyam Folkner-Alber Kamyu.

Folknersə heç vaxt Kamyu haqda fikir söyləməyib. Nə mənfi, nə müsbət. O, ümumiyyətlə yazıçı deyilən varlıqdan həmişə uzaq gəzib . Folkner  yazırdı: “Mən tənqidçiləri oxumuram. Mən yazıçıları tanımıram. Mənim durub-oturduğum adamlar-fermerlər, maldarlar, ovçulardı. Mən onlarla ədəbiyyatdan yox, atdan, itdən, ovdan, tüfəngdən söhbət eləyirəm”. İki dahini bir yerdə təsəvvür etmək çətindir.

Folkner və Kamyu cəmi bir dəfə görüşüblər: 1955-ci ildə, Parisdə, “Hallimar” nəşriyyatının Folknerin şərəfinə təşkil etdiyi qəbulda. Folknerin bioqrafı Blotner bu görüşü belə təsvir edib:

“...Kamyu bir küncə çəkilmişdi, hiss olunurdu ki, bərk həyəcan keçirir. Təntənəli hissədən sonra Kamyunun qolundan tutub Folknerlə tanış eləməyə gətirdilər. Tərcüməçi də yanındaydı. Lakin əslində ona heç ehtiyac da yox idi. Folkner çox  könülsüz nəsə dedi, özü də elə anlaşılmaz şəkildə mızıldadı ki, heç kəs heç nə başa düşmədi. Sonra donub qaldı, handan-hana ayılan kimi oldu, yenə nəsə deyib mızıldayıb könülsüz şəkildə əlini Kamyuya uzatdı. Kamyu çox utancaq adam olduğundan sarsılmış, pərt olmuş halda bir kənara çəkildi”.

O, Kamyu qarşısındakı bu günahını yalnız onun ölümündən sonra yuya bildi. Gec də olsa Kamyu haqqında öz sözünü söylədi. Ədəbiyyatçıların fikrincə, Kamyu haqda bundan tutumlu, dəqiq və poetik fikir söylənməyib.

“Kamyu belə hesab edirdi ki, bu absurd dünyada doğulmuş insanın yeganə və həqiqi vəzifəsi-yaşamaq, öz həyatı, mübarizəsi və azadlığının mənasını dərk etməkdir. Insan dilemmasının yeganə həllini ölümdə görmək-yalnış yolla getmək deməkdir. Düzgün yol-həyata, günəşə doğru aparan yoldur. Qanı damarlarda donduran müdhiş soyuqdan daim əzab çəkmək yaramaz. Və Kamyu qiyama qalxdı. O, əbədi soyuqdan əzab çəkmək istəmədi. O, ölümə aparan yolla getməkdən boyun qaçırdı. Onun getdiyi yol yalnız və yalnız ölümə aparmayan yeganə mümkün yol idi. Onun seçdiyi yol insanı günəşə doğru aparırdı, çünki yalnız bu yolla getməklə biz öz cüzi gücümüz və absurd vasitələrin köməyilə indiyə qədər mövcud olmayan şeyləri yarada bilərik. Kamyu dedi: “Ölümün guya başqa dünyaya qapı açması fikri məni qətiyyən təmin etmir. Mənim üçün ölüm əbədi örtülən qapıdır”. Yəni o, buna inanmaq istədi. Və məğlubiyyətə uğradı. Hər bir sənətkar kimi Kamyu da özü hiss etmədən daim daxilini arayıb araşdırır və ən mürəkkəb suallara cavab axtarırdı. Lakin o, başa düçmürdü ki, bu sualların cavabını yalnız və yalnız Allah bilir. O, Nobel mükafatı laureatı olanda mən ona belə bir teleqram göndərdim :”Yorulmadan axtaran və sual edən varlığı salamlayıram”.

Kamyunun maşını ağaca dəydiyi anda o, hələ də axtarır və özü özündən cavab tələb edirdi. Ancaq inanmıram həmin o son məqamda, ölüm anında o, aradakı sualın cavabını tapmış olaydı. İnanmıram ki, ümumiyyətlə, bu sualların cavabını tapmaq mümkün olsun. Məsələ bunda deyil, əsas məsələ ondadır ki, həyat qapısı onun arxasınca əbədilik örtüləndə o, zəifləməkdə olan əliylə bu qapının üzərində “Mən bu dünyada olmuşam” sözlərini həkk etməyə macal tapdı. Hər bir sənətkar kimi o da ömrü boyu buna can atmışdı. Və ola bilsin ki, həmin ölüm anında Kamyu özünün ən böyük arzusunun çin olduğunu anlamışdı. Sənətkar üçün bundan yaxşı nə arzulamaq olar?” /milli.az/

Yenililklər
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.