Rəbiqə Nazimqızı - Alınmayan tarixçələr
15.07.13

Kafedə oturmuşam. Üzbəüzdə, bəlkə də, son illıər gördüyüm ən yaraşıqlı kişi əyləşib. Təkdi. Elə mənim kimi salat sifariş edib, üstündən də çay. Qırx-qırx beş yaşı olar, ağarmağa başlayan qızılı-şabalıdı saçları hətta kişi üçün belə çox qısa vurulub. Yanında  bel çantası var, ayaqqabısı ilə eyni rəngdə -qəhvəyi. Cins şalvardadı, tünd göy rəngli köynəyinin uzun qolları azacıq qatlanıb. O qatlayıb, ya?.. Mən də təmiz ağlımı itirmişəm e. Mənə nə? Nə olsun ki, bütün üzü xarakterdən xəbər verir. Mənim sevdiyim xarakterdən...

"Gözlərini göstər" deyirəm öz-özümə. Sanki eşidir. Başını oxuduğu kitabdan qaldırıb üzümə baxır. Yosun yaşılı. Mehriban, ilıq baxışları sərt üz ifadəsini yumşaldır. Gülümsəyirəm.Dəli şeytanlar üzərimə hücuma keçir: nə durmusan, adama yaxınlaş, elə-belə düzünü de, de ki, onu tanımaq istəyirsən. Ya da elə belə: sizinlə çayınızı bölüşmək olar? Şeytana cavab verirəm: niyə? Çay içdik, tanış olduq, doğma olduq, sonra?.. Mənə xatirə də lazım deyil, xəyal da, heç o yosun yaşılı gözlərin yiyəsi də... Mən də ona dünəndən lazım deyiləm. Vəssalam, problem yoxdu...Çantamdan kitab çıxarıb oxumağa başlayıram. O, yüz faiz şeir oxumur, məndəsə şeir kitabıdı. Arabir başımı qaldırıb baxıram. Aha, budur arxadan ona bir xanım yaxınlaşır, o xanımı hardasa görmüşəm, hə, hansısa səfirlik əməkdaşıdı. Bəs kişi? Yox, xarici deyil, hərçənd bizimkilərə heç bənzəmir. Görünüşü, davranışı. Amma ofisiantla danışdı. Ya rusca, ya azərbaycanca. Özümü inandırmaq istəyirəm ki, rusca. Azərbaycan dilində unuda bilmədiyim, məni ağrıdan çox söz eşitmişəm. Guya rusca deyilən sözlər az ağrılı ola bilər. Deyirəm də, başım tamam xarab olub... 
 
Hə, qadın onu gördüyünə məmnundur, bəlkə də, daha çox məmnundur - onu sevir, ya xoşu gəlir. Kişi uzun müddət hiss eləmir, ya da oynayır (oynayırsa, əla oynayır, eşq olsun!). Qəfildən qadını görür, soyuq təbəssümlə gülümsəyir. Reaksiyalar adekvat deyil! Qadın ayaqüstə onun yanındaca dayanıb, danışır, bəlkə, 20 dəqiqə danışır. Qadın da qəşəngdi, mütənasib bədəni, kosmetikasız, gözəl üzü, qəşəng təbəssümü, sadə geyimi... Kişi olsam, sevərdim onu... Bu heyvansa özünü dağ başına qoyub. Az qalıram gedib deyəm ki, adam ol, qadına, heç olmasa, mədəniyyət xatirinə oturmağı təklif elə. Əclaf hələ özünə çay da süzür. Qadın isə ayaqüstə danışır, danışır. Sonda saata baxır, guya harasa getməlidir, bəlkə, həqiqətən də, getməlidir. Amma istəmir, əminəm, istəmir...Qadın gedir, bir az - təxminən 10 dəqiqə sonra kişi hesabı istəyir. Daha çox əsəbləşirəm, qadına deyə bilərdi ki, otur, 5 dəqiqə sonra bir yerdə qalxarıq! Mənim də telefonumun sonuncu nəfəsidi - batareyanın gücü ölmək üzrədir, qızımla danışmalıyam. Hesabı ödəyib çıxıram. Bir hekayə yazıb, o kişi ilə o qadının yerlərini dəyişdirmək istəyirəm...  

Avanqard.net

Yenililklər
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.