Qismət oxunmalı kitablardan yazır
16.07.13

Qismət - ŞƏNBƏ


Meqapolis - göylərə meydan oxuyan giqant göydələnləri, alış-veriş mərkəzləri, insanı həmişə hazırlıqsız yaxalayan milyon-milyon balaca yolayrıcı ilə həm min bir gecədir, həm də min bir gündüz.

Bir də var bu minbaşlı divin həftə sonları.

Dünyanın siyasi xəritəsini bu yazının içinə sərib, tələsik, qaba hökmlər verməkdən uzağam, amma deyim ki, üç-dörd il əvvəl indi mənə kobud gələn bir ümumiləşdirmə oxumuşdum. Orda deyilirdi ki, dünyanı şərti olaraq iki yerə bölmək olar: həftə sonlarını gözləyənlər və daim həftə sonunda yaşayanlar.

Böyük şəhərlərin qaçhaqaç, tələskənlik girdabında çırpınan çağdaş insan üçün həftə sonları vacibdir. Həftə sonları təkcə istirahət deyil -  yuxudan saat yeddidə yox, on birdə oyanmaq deyil, həftə sonları həm də keçib getmiş həftəni və qarşıdakı günləri özün üçün saf-çürük etməkdi, daxili  hesabatdı.

Əlbəttə, həftə sonları həm də böyük şəhər həyatının turbo ritmində yaddan çıxan, diqqətdən kənarda qalan, həmişə sonraya saxladığımız, ertələdiyimiz işləri – doğmalarımızı ziyarəti, onlara hal-əhval zənglərini  – reallaşdırmaq imkanıdır.

Kim bilir, bəlkə də sürətli qaçhaqaçın, qovhaqovun içində özünə və ətrafına vaxtı qalmayan modern insan üçün ömür elə həftə sonlarının cəmindən ibarətdir.

“Amsterdam” romanı ilə Buker mükafatını qazanmış ingilis yazıçısı İan McEwanın “Şənbə” romanı adından da göründüyü kimi həftə sonunun bir günündə – şənbə günündə beyin cərrahı Henri Perounun xatırladıqları, düşündükləri və  bir gün ərzində başına gələnlərdir.

Ədəbiyyat tarixində bir günə sığışdırılan romanlar çoxdur, tutalım, ən məşhuru Coysun “Uliss”idir.

“Şənbə” də bu romanlardandı. Roman 2003-cü ilin 15 fevral günü Londonda baş verənlərdən bəhs edir. Əsərin baş qəhrəmanı Henri 48 yaşı olan beyin cərrahıdır, həyat yoldaşı vəkildir, 16 yaşındakı oğlu musiqiçidir, Parisdə yaşayan qızı şairədir. Ailə üzvlərinin peşələri təsadüfi olaraq belə seçilməyib, bu, çağdaş avropalı ailə modelinin ümumiləşdirilməsidir.

Bu ailənin timsalında İan McEwan müasir Avropanı modelləşdirir. Roman Henrinin gecəyarısı qəfildən oyanması və pəncərədən bir təyyarənin yandığını görməsi ilə başlayır.

Bu görüntü Henrinin təhtəlşüurundakı zədəli nöqtələri aktivləşdirir. İan McEwanın “Şənbə” romanı artıq Filip Rotun, Con Apdaykın yazdıqları romanlardan sonra “post - 11sentyabr” deyilən roman növünün ən yaxşı örnəklərindəndir və romanın qəhrəmanı Henrinin gecəyarısı pəncərədən gördüyü görüntü onun şüurundakı 11 sentyabr sonrası qorxunu işə salır.

Çox qəribədir, romanın sonrakı səhifələrində Henrinin 16 yaşlı oğlu ilə dialoqundan məlum olur ki, pəncərədən gördüyü yanan təyyarə nəsə terror aktı deyilmiş, sadəcə, bir yük təyyarəsinin məcburi enişi imiş. Bu nöqtədə 48 yaşlı ata ilə 16 yaşlı oğul eyni qənaətə gəlirlər: deməli bizim həyatımıza qarşı bir akt deyilmiş.

11 sentyabrdan sonra dünyada müsəlmançınlıqla terroru eyniləşdirən xeyli birtərəfli, spekulyativ kitablar yazıldı. İan McEwanın “Şənbə” romanı məsələyə tamam ayrı cür yanaşan, daha çox fərdlərin psixoloji zədələrinə fokuslanan, adi bir avropalı ailənin timsalında məsələləri siyasi kontekstdən kənar tutub insanlarla, onların sadə, insani qayğıları ilə maraqlanır.

“Şənbə” romanı ilə İan McEwan XXI əsrdəki əsas problemin cəmiyyətin nüvəsi olan ailənin təhlükə altında olduğuna diqqət çəkir.

“Şənbə” romanı ölməmişdən əvvəl oxunması məsləhət görülən, bütün zamanlarda yazılmış 1001 ən yaxşı romandan biri hesab edilir. /oxuzali.az/


Ian McEwan

Ian McEwan

Yenililklər
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.