Cəlil Cavanşir - 37 ölüb, casusluq qalıb
17.07.13


Aşağıda oxuyacağınız yazını Kamal Abdullanın mənə bağışladığı bağ evində, yenə onun mənə aldığı yumşaq kresloma yayxanıb qələmə alıram.

Qətiyyən səhv oxumadınız, “Əsəd Cahangirin suqqestivi” yazısından sonra hörmətli yazıçımız Kamal Abdulla mənə bağ evi, avtomobil, yumşaq mebel dəsti, bilgisayar, bir də kiçik bir dükan bağışlayıb. Söz verib ki, əgər bu cür davam etsəm mənə xüsusi təqaüd də ayıracaq ki, işləməyə ehtiyacım qalmasın.

İnanın ki, bu qədər hədiyyənin qarşısında cild-cild kitablar yazsam, Kamal müəllimin şərəfinə gecə-gündüz təriflər yağdırsam yenə də azdır.

Hazırda “Ruby Red” kokteylindən udumlaya-udumlaya, masamın üstündəki Kuba siqarından birini yandırıb, müdrikcəsinə düşünürəm: “Yaxşı ki, o yazını yazdım”.

Bəli, bəli, yaxşı ki, mənə yaraşdırmasalar da o yazını yazdım.

İş otağımın pəncərəsindən ulduzları seyr edirəm. Siqarın acı tüstüsü, “Ruby Red”in təsəvvür edə bilməyəcəyiniz tamı başımı gicəlləndirir.

Sərfəli olduğu üçün istedadlı tənqidçimiz haqqında tənqidi fikirlərimi davam etdirirəm.

Bu yazıdan sonra, Qara dəniz sahillərində vəd olunan villanın ulduzlarla bəhsə girən işıqlarını düşünüb, fərəhlənirəm.


“Yengəsi gülüm olanın...”

Tənqidçi Əsəd Cahangir haqqında yazdığım ilk yazıdakı fikirlər bir-bir özünü doğruldur. Zatən həqiqəti yazdığıma, doğru bildiyimi müdafiə etdiyimə əmin olmasam bir cümlə də yazmaram.

Nədənsə yazının mahiyyətini anlamayan bəzi dostlar mənə o yazını “yaraşdırmayıblar”.

Anlamayıblar ki, mən Kamal Abdullanın müdafiəsinə qalxmamışam.

Ortalıqda hamının açıq aydın gördüyü bir həqiqət var: Əsəd Cahangir dünən Kamal Abdullaya yarınmaq üçün, ətrafındakı gənclərə onu təriflətdirir, müsahibələr təşkil etdirirdi, Kamal Abdullanın əfvindən yararlana bilmədikdə isə şantaja başlayır.

Mən tənqidçinin, bu cür ucuz və düşük yollara əl atmasından iyrəndim və bütün bu oyunbazlıqlara etirazımı bildirdim. Amma nə oldu?

Əsədcahangirpərvər gənc şantajın ikinci hissəsinə keçdi. Tanınmış bir yazıçını cinayətdə günahlandırıb, böhtan atdı.

Amma onun sözlərinə heç kim inanmadı. Ustad Oynayan məşqçi özü hakimə işarə verdi, özü oyuna daxil oldu.

Mürid-mürşid aspektindən yanaşdıqda, bu davranış qayət normaldır. Müridin başarmadığını mürşid edər.

Elə bu açıqlaması da onun nə qədər qərəzli, mənim nə qədər haqlı olduğumu isbatladı.

Açıqlamadan məşum və mənhus 37-ci ilin qoxusu gəlir.

“Kamal Abdullaya çatdırmaq istəyirəm: Sizə olan bütün hörmətimə baxmayaraq, əgər Emin Piri məsələsi ilə bağlı işçilərinizin və özününüzün təhqir və böhtan dolu yazılarınız dayandırılmasa, bəyənmədiyiniz "Dəmirbaşlar" essemdəki sizə aid iki kitab səhifəsini ən azı iki qəzet səhifəsi həcminə çatdırmaq və mətbuatda dərc etdirmək zorunda qalacağam. Nəzərə alın ki, sizin haqqınızdakı məqaləm Prezident Adminstrasiyası rəhbərinin Şah İsmayıl Xətai haqqındakı məşhur məqaləsinin tezislərinə əsaslanacaq.”

Allahdan telefonlarımızın ekranında 1937-ci il yox, 2013-cü ildir.
Amma bu kafa həmin o 1937-ci il kafasıdır.
Şantaj o şantajdır, donos o donosdur.
Sadəcə bu donosla adamları həbsə, sürgünə göndərən Sovet sistemi yoxdur.


Avanqard.net

Yenililklər
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.