Azad Qaradərəli - Bu gün Xocalının  işğasl günü deyil!
05.09.13

MƏNİM  XOCALI  BACIM


1992-ci ilin Xocalı hadisələri baş verən günlər idi. Ayın neçəsi olduğunu dəqiq xatırlaya bilmirəm. Bir onu bilirəm ki, qan məni  tutmuşdu  o günlər. Nə məktəbdə əməlli dərs keçə, nə bir yerdə rahat diz qatlayıb otura bilirdim, nə də gizildəyən əlimə qələm ala bilirdim. Köhnə makinam da neçə gündü üstü ötrülü qalmışdı, elə bil ona da yaxın düşməyə qorxurdum. Tərs kimi Bakıdan bir il olar alıb gətirdiyim televizorumuzun da nəyisə xarab olmuşdu və adına “5 manatlıq radio”  dediyimiz radiodan və abunə olduğum qəzetlərdən  başqa dünyayla əlaqəm yox kimiydi. Respublikanın qurtaracağında – Zəngilanda, bu rayonun da ən ucqar kəndi doğma Qaradərədə məlumatsızlıqdan az qalırdı bağrım çatlasın. Belə bir vaxtda  bir dili qurumuş qəfil xəbər gətirdi ki, Xocalıda adamları qırıblar! Tez qonşu Hüseyaqulu dayıgilə  qaçdım və xahiş etdim ki, televizoru açsınlar. Bir qədər sonra xəbərlər başladı (səhv eləmirəmsə 215 KL studiyasıydı) və mərhum Çingiz Mustafayevin Seyidağa Mövsümlüylə birgə lentə aldıqları o məşum kadrları göstərməyə başladılar. Dedim axı, qan tutmuşdu məni. Dalımca gəlib divara söykənən və Çingizə “qoşulub” ağlayan anamın da səsini eşitmirdim elə bil.
       Papağı yerə düşmüş, söykənmək istədiyi əl ağacı yanında qalan qoca ( o bizim hamımız üçün  ümumiləşmiş ata obrazıydı - neçə illər  keçəcək,  radioda birgə işlədiyim Ələmdar Quluzadənin atası olduğunu  biləcəyəm), üstü  açılmış vəziyyətdə oldürülmüş körpə qız ( o zamanki bütün Azərbaycan qızlarının ümumiləşmiş obrazı kimi qalıb yadımda, sənin, mənim, hamımızın bacısı – Xocalı bacımız...), qoca ərinin yanında köhnə odeyalına bürünərək  şəhid olmuş ayağı qaloşlu qadın... (Bu da bizim anamız idi, hamımızın anamız) Gözlərimi ekranı basmış qan  bürüyürdü və bir də gördüm ki, hönkür-hönkür ağlayıram. (Rəhmətlik anam sonralar deyirdi ki, nə yaxşı ağladın, bala, sənə baxmağa qorxurdum, dedim bu saat ürəyin partıayacaq, ağladın, qanın açıldı)
      Sonra Şuşa işğal olunacaq, ağlamayacam, sonra o biri rayonlar əlimizdən gedəcək, yenə ağlamayacam, hətta bu işğal mənim Zəngilanımla qapanacaq, yenə ağlamayacam... Mən ağlamaq payımı Xocalıyla başa vurmuşdum...
     Xocalı günlərində eşitdim ki, Xocalı faciəsini kamerasının yaddaşına köçürdən Seyidağa Mövsümov vəfat edib. Üstündən bir neçə saat keçməmiş xoş xəbər gəldi ki, Seyidağa cağ-salamatdır.   Talehin ironiyasına baxırsınızmı?
     Əslində  bu sətirləri mənə yazdıran da o yalan olası xəbəri eşitməyim oldu.
    Uzun illər bədənində  qəlpələr (amma ən böyük qəlpə Xocalı qəlpəsiydi) Az.TV-nin divarları arasında məlul-müşkül dolanan bu iri cüssəli adam doğrudan da, gəzərgi ruh idi. Bir-iki dəfə yaxınlaşıb söhbət etmək istəmişdim.  Az danışan adam olduğunu demişdilər – buna görə həmişə öz aləmində olan bu kişini narahat etmək istəməmişdim. 
      Çox yaşayın, Seyidağa bəy! Bəlkə bir gün bir ədalət mühakiməsinə şahidlik edısi oldunuz.
      S.A. (Söz ardı)
      Xocalı deyəndə yadıma qız, qadın düşür. Heç kişi cildində görə bilmirəm Xocalını. Qardaşların pis günündə bacılar “Bacın ölsün, ay qardaş” deyib nalə çəkərlər. Mənim də elə bir nalə təpmək keçdi könlümdən: “Qardaşın ölsün, ay bacı!”

Avanqard.net

Yenililklər
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.